Dənizdən...
Düşüncələrim şəkərlə duzun bir-birinə qarışdığı kimi qarışmışdı. "Düşüncələr qarışarmı? Qarışırsa necə olurdu? " deyə sual versələr, mən bu nümunəni göstərə bilərəm.
Məhbubə xanım gildə Zəhərmi, Səfərmi deyə birinin məndən Əlinin soyadını niyə soruşduğunu düşündüyüm zaman, Əlinin soyadını niyə bilmədiyim düşüncəsi ağlıma gəlirdi. Və bu iki düşüncə ilə başa çıxmağa çalışarkən niyə Əlinin soyadını bilməliyəm? "Ailəmi qururdum yoxsa övladlığamı götürürdü?" sualı qapını icazəsiz açıb girirdi.
Sonda heç bir sualın üstündə dəqiqliklə durmadığımdan, əldə bir şey etməmiş olurdum və zamanım boşa keçirdi.
Ahh... Lənətə qalsın. Hər şey üst üstə gəlirdi. Mən heç 18 yaşım olduğu zaman belə olacağını düşünmürdüm. Mən azad bir həyat yaşayacağımı və oxuyacağımı düşünürdüm. Demək insanın hər düşündüyü gerçək olmurdu . Təbii ki elə idi. İnsanın hər düşündüyü olsaydı, insan və insanlıq məhv olmazdımı?
Məktubun gəlməsi, qaçırılmağım, Əlinin qəribə davranışları və bu. Bütün bunlar təsadüf idimi? Yox. Təsadüflərə inanmırdım. Bütün bunların bir- biri ilə əlaqəsi var idi. Amma mən, heç cürə bunları əlaqələndirə bilmirdim. Bəlkə bir sualın cavabı, sadəcə bir sualın cavabı olsaydı, gerisi corab söküyü kimi gələrdi.
Bütün bunları öyrənəcəyim tək insan Əli idi. Çünki öz dili ilə deməsə belə, mənə mənim haqqımda bildikləri olduğunu hiss etdirmişdi. İçimdə bir hiss Səfərin bir şeylər bildiyini deyirdi, amma mən ona güvənə bilməzdim. Qarşılığında məndən edə bilməyəcəyim bir şey istəyərdi və mən geri çəkilərdim. Elələrinin qarşısında gücsüz olmaq heç zaman istəməzdim.
İndi bəs? Hal hazırda gecə rahat yuxu yata bilməmiş Zeynəb ilə qarşı-qarşıya idim. Gecə Əli məni binaya qoyandan sonra, uzandığım çarpayıda yata bilməmiş, yerimdəcə fırlanmışdım. Köhnə yataqlar olduğundan, mən fırlandıqca yataq səs çıxarmış, yanımda yatan Zeynəbi narahat etmişdi. Gecə hərdən oyanıb yuxulu və hirsli Zeynəbin baxışlarına məruz qalmışdım.
-Dəniz, başım çartlayır. Nə olmuşdu sənə?
"Üzr istəyirəm, amma mənlik deyildi."
-Necə yəni sənlik deyildi? Sən yatmamışdınmı o çarpayıda?
-Elədir.
-Bəs nə deyirsən, Dəniz?
-Heç nə.
"Nəysə. Səhər atışmalarını sevmirəm. Mənə dörtgözlüdən dərman ver barı." O paltarını geyinirdi. Mən isə artıq hazır idim və çarpayıda oturub onu gözləyirdim.
Dörtgözlüdən dərman çıxarıb Zeynəbə verdim. O da, dərmanı masanın üzərindəki su ilə udub yanıma gəldi və çarpayıya oturdu.
-Nəysə sən boş ver məni. Yarı yuxu yatdığıma görə aqressivəm. Səni tanıyıram. Sən heç vaxt özündən başqa kimisə düşünüb yuxuna haram qatmarsan. De mənə canını sıxanı. Bacı döysün onları.
Mənim ağzımı açmağa icazə vermədən təkrarladı. "De mənə canını sıxanı, bacı döysün onları. Nə gözəl qafiyə oldu" Deyib genişcə gülümsəyib başını iki yana salladı. "Ahh, Zeynəb, məsələ budur? Dəniz, sən də bir şey demirsən"
Mən də bayaqdan ona baxaraq gündə 22 saat yatan kaolaların əsnəyərkən ağzını açıb yumduğu kimi baxırdım. Buna səbəb Zeynəbin sözünü bitirdiyini sanmağım idi. "Dəniz, davam et". Bax yenə.
ESTÁS LEYENDO
Ağ Zəhər
Misterio / Suspenso"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...