Salam dostlar necəsiz? Kefiniz əhvalınız? Etdiyiniz şərhlər məni çox çox sevindirir. Həqiqətən. Kiçik şeylərdən xoşbəxt olan biri üçün bu çox böyük bir şeydi. Allah sizi də daim sevindirsin.
Bu arada yaxın zamanlarda hekayəni final etməyi düşünürəm. Yaxın zaman dediyim 4-5 hissədən sonra. Sonra isə yeni hekayə yazmağı düşünürəm.
Xoş oxumalar♡
Evin ortasında əllərimi başıma qoyub dayanmışdım. Birdən Səbuhinin kənarda burnunu tutduğunu və ağrıdan qıvrandığını görüb tez ona yaxınlaşdım.
-Yaxşısan?
Başını azacıq qaldırıb oturduğu yerdə mənə baxdı və başını iki yana yelləyib "Iı" deyə səs çıxardı.
-Çək əlini baxım bir.
"İko hafto deyol dərsə başlodoğon. Mən ozumu daha guvanli birinə maslahat gorardım." Əlini burnuna tutduğundan və ağrıdan qıvrandığına görə danışığından bir şey başa düşmək olmurdu. Mən də başa düşmədiyimə görə üzümü turşutdum. "Vəziyyətdən göründüyü kimi məndən başqa heç kimə güvənə bilmərsən." Əlinin hər ikisini tutub yana çəkdim və qanayan burnuna baxdım. "Heç bir şey yoxdu." Cibimdən cib dəsmalını çıxarıb burnuna tutdum. "Tut bunu sonra yavaş-yavaş ayağa qalxmağa çalış." Qolundan tutub qalxmasına kömək etdim. Vanna otağına aparıb suyu açdım. Çoxdandır işləmədiyinə görə sadəcə biraz su sızırdı. Əlindəki cib dəsmalını götürüb islatdım və yenidən ona verdim. "Bunu sıx burnuna, başını aşağı tut qan kəsilənə kimi."
5 dəqiqədən sonra qan kəsilmişdi. Ayağa qalxıb köhnə, tozlu güzgünü paltarının qol hissəsi ilə sildiyini gördüm. "Gül kimi burnum vardı. Sındı o da. Qızlar mənim burnumu bəyənirdilər ən çox." Ağlayırmış kimi hal aldı. İnana bilmirmiş kimi baxdım ona. "Kağızlar getdi, Səbuhi, kağızlar. Sən nə danışırsan? Hayıf yerə burnun da "sındı" "
-Onu kim dedi?
-Görmədin? Sən təbii ki o zaman burnunu tutub durmuşdun.
Bir əli burnunda güzgüyə baxaraq, digər əlini cibinə saldı. Cibindən iki kağız parçası çıxardı. "Onlar nədir elə?"
-Sənin ayaq açıb getdiyini zənn etdiyin kağızlar.
Gözümü süzdürdüm. "Nə deyirsən?"
-Kağızlar deyirəm, kağızlar. Məndədir.
İnanmayıb əlindən kağızları aldım. Həqiqətən elə idi. Bir neçə dəqiqə öncə əlimdə olan kağızlar. "Bu?"
-Əbəs yerə gedib yaxasını tutub, burnumu qırdırmadım. Bir səbəbim vardı mənim də. Yerə yıxıldığında kağızları ağılsızlıq edib yerə qoymuşdu. Mən də onun yaxasını tutmamışdan əvvəl götürdüm kağızları. Qorxusundan heç diqqət etmədi. Burnumu qıranda isə, canımla əlləşərkən belə, digər kağızları atdım. O da sənəd olduğunu zənn edib onları götürdü." Sevincdən ağzım qulaqlarıma çatmaq üzrə idi. Gedib çiyninə zarafatyana bir yumruq vurdum. "Vay. Sən nəymişsən belə?"
-Sən deyəsən bu gün mənim canımı almaq fikrindəsən. Əlin yaman ağır imiş. Ehey, bizim də qızları cəlb etmək üçün bir neçə addımımız var.
Təəccübdən gözlərim kəlləmə çıxdı. Yumruğun birini də vurdum. Tək fərqi bu dəfə zarafatyana deyildi.
Kiçik bir qəhqəhə atıb göz vurdu. "Zarafat edirəm. Gəl gec olmamış gedək. Əli narahat olub indi." Göz süzdürdüm yenə. Cavab vermədən son dəfə evə baxdım və çıxdım.
BẠN ĐANG ĐỌC
Ağ Zəhər
Bí ẩn / Giật gân"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...