Salam canlar necəsiz? Ümid edirəm ki, yaxşısız. Sıxılırsızmı evdə bu karantində?
Xoş oxumalar♡
Hə, bu arada...
Finala son bir hissə...
6 ay sonra.
Günlər çox tez keçirdi, həm də sıradan. Dərsə gedib gəlirdik sadəcə. Anamı gördükdən sonra onu heç görməmişdim. Darıxmırdım desəm yalan demiş olardım. O məni görmək istəməmişdi, mən onu görmək istəsəm belə, hardan tapacağımı bilməmişdim.
O məni yenə suallarla başbaşaqoyub getmişdi. Düşünmədən. Halbuki bunu istəyərək etmədiyini demişdi. Yaxşı ki inanmamışdım.
Bu məni yenidən yıxmadı deyə bilməzdim. Çox incidirdi məni. Lakin bilinməməzlik içində qalmağım, daha çox incidirdi.
Bütün bunlarla yanaşı məni sevindirən tək şey vardı. Orxanın addımları. Bəli, o artıq addım ata bilirdi və çox aydın eşidib, səlist danışa bilirdi.
Hər şey bir yana, düşüncələr yenə beynimdə dolaşırdı. Mənim pis bir xalam varmış. Buna yaxşı. Anamı bir otağa bağlayıbmış, buna da yaxşı. Amma mən yenidən onun məni qoyub getməsini qəbul edə bilmirdim.
Orxan bunların heç birini bilməyəcəkdi. Ən azından indiki vaxtda bilməyəcəkdi. Bəlkə hər şeyi daha sonra deyərdim ona. Çünki həqiqəti bilmək, onun da haqqı idi.
Əlinin evində qalırdıq. Öz evimiz kimi olmuşdu artıq. Borclu hiss edirdim özümü. Özüdə çox. Lakin başqa yolum yox idi.
Vəli və Məhbubə xanım Orxanı övladlıq götürmüşdü, çünki onu yanımda saxlamaq üçün başqa çarəm yox idi.
Hal-hazırda isə Zeynəblə sonuncu dərsdə idik. Dərsin bitməsini gözləyirdik. İmtahan vermişdik yaxın zamanlarda. Bəlkə də, bu imtahan nəticələri ilə xaricdə təhsil qazana bilərdik. Lakin mən qazanmayacaqdım, bundan əmin idim. Çünki, bu aralar diqqətimi heç toplaya bilməmişdim bütün bu olanlara görə.
Son qeydlərimizi də götürdükdən sonra dərs bitdi və biz evə doğru yola düşdük.
Yığdığımız pulla özümüzə yeni telefon almışdıq. Hal hazırda isə zəng gəlirdi.
Zəng Əlidən idi. Özü də görüntülü.-Zeynəb Əli şirkətə gedəcəyini demişdi də, hə?
"Hə. Zəng edən odur ki?" Deyib telefonuma boylandı.
-Hə. O belə zəng edən deyildi. Xeyir olsun.
-Açıb bax, bəlkə bizə süpriz etmək istəyir?
-Zeynəb, xahiş edirəm artıq öz sözlərimizdən istifadə et. Filmlərlə yaşama, qurban sənə.
-Eh, Dəniz. Açsana.
Açdım telefonu "Əli?" Səs gəlmədi. "Əli?"
Hırıltı səsi gəldi. Sonra iyrənc bir gülüş səsi. "Səhv bildin, gözəllik. Tanımadın məni?" Telefon əlimdə, küçənin ortasında dayanmışdıq. Telefondakı Səfər idi. Üzü tüklü və gözlərinin içi qıpqırmızı idi.
-Əli hardadır?
"Sən onun üçün narahat olma. Onun yeri çox rahatdı." Telefonu Əliyə çevirmişdi. Əlləri və ayaqları bağlı halda, oturacaqda huşsuz vəziyyətdə idi. "Vay digər gözəllikdə orda imiş. Nə gözəl, nə gözəl."
-Nə istiyirsən?
"Mənmi? Fikirləşim biraz. Hmm? Əslinə qalsa mən bir şey istəmirəm. Patron istəyir. Ona görə də, saat ikidə birazdan göndərəcəyim ünvanda olmasan, sevimli əmioğluna əlvida deyərsən." Üzümü turşutdum. Düşünməsi belə bu qədər pis hiss etdirdisə... Gerisini düşünmək belə istəmirəm.
ŞİMDİ OKUDUĞUN
Ağ Zəhər
Gizem / Gerilim"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...