Xoş oxumalar əzizlərim♡
Yanımda duran tibb bacısı mənə baxırdı. Mən də ona baxıb gülümsədim və çiçəkləri ona uzatdım.
"Buyurun." Tibb bacısı mənə təəccüblə baxdı. "Axı bu sizindir."
"Siz mənə verdiniz, mən də sizə. Heç bir problem yoxdur. Həm Orxan üçün də zərərlidir. Hara qoyacağam? Ən yaxşısı sizə hədiyyə etməkdir." Tibb bacısı gülümsəyib əlimdəki çiçəkləri götürdü. "Təşəkkür edirəm."
-Xoşdu. Son olaraq bir şey soruşa bilərəm?
-Təbii ki. Buyurun.
"Bu çiçəkləri kim gətirdi?" Qız ətrafa baxdı. Sanki buralarda olmaq ehtimalı varmış kimi.
-Mən bu çiçəkləri sizə gətirəndə o hələ də burda idi. Görünür artıq gedib. 25-30 yaşlarında, əsmər bir oğlan idi.
-Çox təşəkkür edirəm.
"Yaxşı günlər." Qıza gülümsəyib içəri keçərkən, bir qadın gördüm. Sanki xəstəxanaya deyildə, toya gəlibmiş kimi halı vardı. Göz süzdürüb içəri keçdim.
Mən hər şey yaxşı olacaq dedikcən sanki həyat "Sən yanılırsan əzizim. Hər şey mən istədiyim kimi olacaq. Hər şey qarmaqarışıq olacaq" deyib üzümə gülürdü.
Bəlkə də həyat bir puzzle oyunu idi. Belə ki, hər başımıza gələn bir pis və ya bir yaxşı hadisələrdə yeni bir hissəsini tapırdıq həyatın məzmunu olan puzzlenin. Yeni bir qanunu öyrənirdik. Bu dəfəki puzzle bizim həyatımızdan ibarət olacaqdı. Bu oyunu özümüz yönəldirdik. Son parçanı tapandan sonra puzzle tamamlanacaqdı. Ondan sonra bilinəcəkdi: Həyatımızın bir gül bağçasındanmı yoxsa bir dumandan ibarət olduğunu.
Orxana baxdım. Mənim məsumum, mənim gül qoxulum. Nə də olsa, sənə söz verirəm ki, səni qoruyacağam.
-------
Keçən bir həftə ərzində dərslər başlamışdı. Dərslər gündüzlər olduğundan axşamları işləyirdik.
Orxan artıq xəstəxanadan çıxmışdı. Evdə üçümüz: Zeynəb, Orxan, mən yaxşayırdıq.
Evi mirasdan qalan pulla tutmaq istəmişdim, amma Əli buna izin verməyib bizə öz evini vermişdi. İlk öncə qəbul etməmişdim. Lakin çarəm olmadığından qəbul etmək məcburiyyətində qalmışdım. Özü isə bizlə qalmırdı.
Orxan əməliyyat olduğuna görə bizlə qalmağına izin verilmişdi. Amma əslinə baxsaq, qanuni olaraq bu düzgün deyildi.
Orxanı evdə tək qalmağa qoymurdum. Biz axşamlar işlədiyimizə görə, onun fiziki müalicələrini axşam saatlarına salmışdıq.
Bu gün bazar günü idi. İndi hər birimiz evdə idik.
"Nə edək kiçik bəy? Film izləyəkmi?" Zeynəb bunu səsli demişdi. Demişdi, çünki Orxan yavaş-yavaş eşitməyə başlamışdı. Lakin hələ danışa bilmirdi.
Orxan təsdiq mənasında başını salladı.
İkisi divanda, televizorun qarşısında oturmuşdu. Zeynəb əlindəki film disklərini seçməsi üçün Orxana göstərirdi. Mən atışdırmalıq olaraq bir şeylər hazırlamaq üçün mətbəxə keçdim. Bu anda qapı döyüldü.
-Dəniz, mən açıram.
"Yox, Zeynəb. Açacam mən. Əlidir yəqin. Siz filmi qoşun." Əli iki gündən bir gəlirdi. Hər dəfə gələndə əlində lazımlı, lazımsız ərzaqlar olurdu. Sıxılırdım bu haldan. Sanki kimdənsə asılı imişəm kimi hiss edirdim.
VOCÊ ESTÁ LENDO
Ağ Zəhər
Mistério / Suspense"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...