Salam dostlar necəsiz? Necə gedir həyat? Korona ilə mübarizə necə gedir? Mən qorxmuram. Amma hər ehtimal tədbirli olmaq lazımdı. Hər şeydən özünüzü qoruyun. Pis insanlardan, xəstəliklərdən. Sizləri sevirəm.♡
Şərh etməyi unutmayın.
Son olaraq sonda sürpriz var ))
---------
Hər gün olduğu kimi bu gün də işə gedirdik. Saat səhər 8-ə qalmışdı və biz artıq yolda idik.
Hər sabah olduğu kimi bu gün də hər kəsdən tez oyanmış, məşq etmişdim. Dərslərin açılmasına azacıq vaxt qalmışdı. Buna görə də, Zeynəblə necə gedəcəyimiz, nə edəcəyimiz barəsində fikirləşirdik.
Mütləq ki, yeni kitablar alınacaqdı. Maaşın vaxtı çatırdı və bu da zənnimcə yetərdi.
Dərslər başlayandan sonra, dərsin saatına görə işləyəcək və təbii halda maaşımızdan kəsiləcəkdi.
Hər şey bir yana, biz hələ də binada qalırdıq. Mən hər şeyi öyrəndikdən sonra, Əli artıq binaya da gəlmirdi.
Mənim ona qarşı incikliyim vardımı? Bəlkə də. Güvənə də bilmirdim. Qırılmışdı bir kərə güvən zənciri. Necə sabitləmək olardı yenidən? Onu da bilmirdim.
Bəlkə canımdan belə keçərdim onun üçün. Tək onun üçün deyildə, digər sevdiklərim üçün də. Çünki heç vaxt özümü digərlərindən çox düşünməmiş, sevməmişdim. Dəyər də verməmişdim özümə. Bu pis bir şey idi. Axmaqlıq idi. Bilirdim. Ağrı verərdi sonda. Lakin gözə almışdım. Ən azından vicdanımı rahatladırdı bu.
Bu axmaqlığım olmasa, vicdan əzabı hiss edəcəkdim birinə bir şey olduqda. Daha doğrusu yardım edə bilib, etmədiyim halda. Sevdiklərimi xilas etmək özümün canımı verməklə ödənəcəkdisə, buna düşünmədən razı olardım. Çünki bir söz bəs edərdi canımdan keçməyimə. Sevdiklərim...
Vicdan əzabı ağır bir cəza idi. Çox deyirlər, çox eşidirik. Ən ağır cəza ilə, ölümlə cəzalandırıldı nələr, nələr. Yalan idi.
Vicdan əzabı idi, çünki bu hiss insanın içini , beynini yandırardı. O qədər düşünərdin ki bir şeyi, xəstəliyə düşərdin fikirdən. Sağalmaz bir xəstəliyə. Dərmanı olmazdı. Çünki sonrakı peşmançılıq fayda verməzdi.
Belə baxanda deyərdin. Bir hiss nədir ki? Heç bir şey.
Amma birdə bu yandan baxın. İnsanın ən böyük düşmanı özüdür. Hiss özündə olmurmu? Vicdan əzabını sən çəkmirsənmi? Sən çəkirsən. Bunu da, belə isbat etmək olar.
Yenə düşüncələrlə dolu bağda gəzirdim. Bu bağdan məni çıxaran Zeynəbin səsi oldu.
-Dəniz?
-Ha bəli?
-Əli ilə nə vaxt görüşəcəksən?
-Günorta yeməyində bizə verilən vaxt ərzində.
-Hə bildim.
Dünən axşam zəng edib danışmalı olduğumuz söhbət olduğunu deyib söndürmüşdü telefonu.
Maraqlı olmadığını desəydim yalan olardı.
---
Başımız işə qarışdığından Saat tez gəlib keçmişdi. Nahar vaxtı idi və bizə 1 saatlıq vaxt verilirdi. Mən nahara qalmayacaqdım.
Önlüyü çıxarıb yerinə asdıqdan sonra marketdən çölə çıxdım. Əli qapının ağzında maşına söykənmiş, telefonda nəsə edirdi. Birdən telefonumun çaldığını gördüm.
ESTÁS LEYENDO
Ağ Zəhər
Misterio / Suspenso"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...