13-cü Hissə / Əlinin ailəsi

168 35 17
                                    

Əli qapını döyüb iki addım geri çəkildi. Mən də Əlidən iki addım arxada idim.

"Gecə, gəlsənə qarşıya." Üzünü mənə çevirmişdi.

"Haradı bura? Məcbur da gətirdin. Birdə rahat olmağımı deyirsən? Qapı açılmayıb hələ. Nə olub? Açılanda başıma dəysin birdə burda yaralanım?" Əli ürəkdən gülüb, nə isə demək istəyirdi ki, qapı açıldı:

"Xoş gəldiniz, Əli bəy." Nə? Əli bəy?

-Salam, Gülmirə xala. Hər şey hazırdır?

"Əlbətdə. Qonaq otağına buyurun. " Qarşımızda 50 yaşlarında, saçlarında tək-tək ağ saçlar olan, qısa boy, azacıq bədəncə dolu xala dayanmışdı. Mehriban və səmimi birinə bənzəyirdi.

"Çox sağ ol," Xalaya təşəkkürlərini bildirib mənə çevrildi. "Gecə, gəl." Əlinin səsi ilə irəlilədim. Hara idi bura?

"Sən də xoş gəldin, qızım." deyib xala gülümsədi. "Çox sağolun." deyə qarşılıq verdim.

Əli artıq evin içində idi. Mən də ayaqqabımı çıxarmaq üçün əyildim.

"Ehtiyac yoxdu." Əlinin səsi ilə başımı qaldırdım. Ayağa qalxdım. Başa düşmədiyimi bildirən ifadə ilə, adının Gülmirə olduğunu öyrəndiyim xalaya baxdım.

"Qızım, ayaqqabı ilə gəzməkdə problem yoxdu. Ayaqqabı ilə evdə gəzə bilərsən." Daha nələr. Mən belə gəzə bilməzdim.

-Axı, mən belə rahat ola bilmərəm.

"Boş verin, Gülmirə xala. O çox inadçıldı. Xahiş edirəm, tərlik verin Gecəyə." Gülmirə xala təsdiq mənasında başını hərəkət etdirdi. Gülümsəyib ayaqqabı qoyulacağından tərliyi mənə verdi. Ayaqqabımı çıxarıb tərlikləri geyindim və gülümsədim. Əli artıq içəridə idi. Biz isə hələ də, dəhlizdə idik.

"Qızım, bağışla, amma adın Gecədir?" Gülümsədim. "Yox, xalacan, Əlinin mənə verdiyi ləqəbdi o. Əsl adım Dənizdir.

"Hə. Bildim." Başını salladı. "Deyirəm axı, mən Dəniz deyə eşitmişdim. Niyə Gecə deyir Əli sənə, çox maraqlı gəldi mənə. İndi başa düşdüm." Hara idisə bura, adım əvvəlcədən çəkilmişdi. Əlinin ailəsinin ola bilərdimi? Bir sözlə, əmimin?

-Yolu göstərə bilərsiz?

-Hə, əlbətdə.

Ev çox böyük idi. İçi sadə döşənmişdi və bu da, evə gözəllik verirdi. Divarda çoxlu uşaq şəkilləri var idi. Təxmin etdiyim qədər, Əlinin uşaqlığı idi. Çünki hər yerdə sarışın uşaq şəkli vardı. Bu da əmimin evi olduğunu təsdiq edirdi.

Mən yuxarı qalxacağımızı zənn edirdim, amma hal-hazırda pilləkənlə aşağı enirdik.

"Tərlikli qızımız da gəldi." deyib gülən Əlinin səsini eşitdim. İnsan bu qədərmi heç nə olmamış kimi davrana bilərdi? O ki, hər zaman gülürdü. Bəlkə də, ömrünü uzatmaq üçün gülürdü. Səni tülkü.

Qarşımda 50 yaşlarında kişi, 45 yaşlarında qadın və nəhayətində Əli vardı.

"Xoş gəldin, Gecə. Anam Mələk, atam Vəli, və mən" deyib şirincə gülümsədi. Ailəsinin yanında uşaq kimi idi.

"Salam, qızım, xoş gəldin." Deyib Mələk xanım yaxınlaşıb, qucaqladı məni. Mən hələ nə edəcəyimi bilmirdim. Donmuşdum yerimdə. Heç nə olmamış kimi, birdə yeni övladlığa götürülmüş uşaq kimi əzizlənirdim. Belə sevirdinizsə, əvvəldən götürə bilmirdinizmi? Nəysə, əsəbləşməyim.

Ağ ZəhərOù les histoires vivent. Découvrez maintenant