Əzizlərim? Necəsiniz? Əli kimi mən də, sizlərdən bunu soruşmağa alışmışam. Həm də çox maraqlıdır mənə. Görəsən oxuyucularımın halı necədir? Aman! Heç zaman pis ruh halında olmayın. Hər şey gəlib keçicidir. Sıxmıyın o gözəl canınızı. Yaxşı ki, varsınız♡
Hissələrə düzəlişlər edilir, dostlar. Əgər yenə də bir yerdə səhv görsəniz, çəkinmədən deyin xahiş edirəm.
Məktubdan sonra mənə hər şey qəribə gəlirdi . Artıq gəzintimizdən gəlmişdik. Əlini görəndən sonra 1 saat gəzib sonra isə bugünlük macəramızı tamamlamışdıq. Macəralarda qəribə bir şeylər baş verərdi. Digərlərini bilmirəm, amma mənim üçün əsl macəra idi.
Gələndən sonra şam yeməyini edib, dərslərimi hazırlayandan sonra otaqda o baş bu başa gedirdim. Saat 12-ə qalmışdı. Hər kəs yatmışdı. Mən həmişəki kimi oyaq idim. Bu gün Əlinin növbəsi idi. Nəhayət kiçik otaqda, kiçik gəzintidən sonra pəncərənin kənarında oturdum. Həyətə baxıb Əlini gözləməyə başladım.
Məsələ o deyildi ki, Əlini şirkətin qarşısında görüm. O şirkətə yeni bir iş üçün də gedə bilərdi. Hətta oranın işçisi belə ola bilərdi. Bu məntiqli səbəblərdəndi. Amma Əli bir işçi kimi deyil, sanki onların başçısı kimi görünürdü. Qapıdakı gözətçilərin ona rəsmi olaraq salam verməsi, geyindiyi kostyum...
Yanıla bilərdim. Şirkətin qarşısında gördüyüm insan o olmaya bilərdi. Bəlkə də çox bənzəyən biri idi? Amma yox. Tutaq ki, mən bənzətdim. Bəs Zeynəb? O da bənzətmişdi? Təsadüf ola bilməzdi.
Ona sual verməyəcəkdim. Sadəcə bugün onu gördüyümü deyəcək, hərəkələrinə və üz cizgilərinə fikir verəcəkdim.
Başqa heç cür öyrənə bilməzdim onsuz. İnsanların üz cizgilərini diqqətlə izləyib, nə hiss etdiyini asanlıqla anlaya bilirdim.
O deyil də, məktubu yazanın kimliyi və birdə üstünə Əlini görməyim maraqlı gəlirdi.
Düşüncəli halda baxdığım pəncərədə iki salamlaşan insan gördüm. Nəhayət, Əli gəlmişdi.
Yeməkxanaya düşdüm. İlk öncə suyu qızmağa qoydum. Sonra şkafdan qəhvəni götdüm və hər fincana iki qaşıq qəhvə əlavə edib suyu üzərinə tökdüm. Sonra isə aşağı düşdüm.-Gecən xeyir olsun, Əli.
-Sənində Gecə. Ne.. Qəhvə?
"Təbii ki. Unutmuşam. Necəsən?" O zaman anladım tutulub qalmışdım və ficanı Əliyə verməmişdim.
-Mən yaxşıyam, amma sən biraz fikirlisən deyəsən.
-Hər zaman eləyəm.
-Yox, bu səfər elə deyil. Sən Bilmədən gözlərin yol çəkir.
" O necə olur?" Gülümsədim
"Nə bilim. Qəribə haldasan" Kim bilər axı mən kiçik şeyləri belə beynimə yük edirəm. Əlimi dizlərimə qoyub 3 pilləlik piləkəndə əyləşdim.
-Yox, Əli, həmişəki halımdı. Neynirsən? Necə keçdi günün?
-Hər şey yaxşıdı. Həmişəki kimi.
-Yaxşı olsun. Mələk xala necə oldu?
-O da yaxşıdı. Sağalıb artıq.
-Yaxşı olsun.
Bəzən istəmədiyin halda belə yalan danışmaq məcburiyyətində olursan. İstəməsən belə. Deyirlər yalanın ağı qarası olmur. Bəs yalan olmasaydı doğrunun qədri bilinərdimi? Sevmirdim yalan danışmağı. Amma insan bəzən məcburiyyət qarşısında qalırdı.
VOUS LISEZ
Ağ Zəhər
Mystère / Thriller"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...