Salam dostlar necəsiz? Kefiniz, halınız? Sizi gözlətdiyim üçün üzr istəyirəm. Müəyyən səbəblərə görə hissəni gec paylaşmalı oldum.
Özünüzə yaxşı baxın. Sizləri çox sevirəm.♡
Media:Dəniz İsgəndərzadə
-------------------------------------------------
Şirkətin qarşısında idim artıq. Taksiyə pulunu ödəyib düşmüşdüm. 16 mərtəbəli bina. Mən haradan biləcəkdim Əlinin otağı hansıdır? Dərindən nəfəs alıb içəri keçdim.İçəri girər-girməz hamını baxışı mənə çevrildi. Nə vardı burda? İlk dəfəmi insan görürdülər?
Reseption olduğunu anlağım yerə yaxınlaşdım. Sarışın, gözəl bir qız oturmuşdu burada. Kiminsə gəldiyini hiss edib başını qaldırdı.
-Buyurun?
"Salam. Əlinin otağını soruşacaqdım." Qız Əlinin adını eşidib bir qaşını qaldırdı. "Əli bəyinmi? 15-ci mərtəbə. Siz kim idi soruşan?
"Heç kim." Deyib liftə tərəf irəlilədim. Hələ də ətrafdakıların baxışı üzərimdə idi. Dayandım. Və fırlandım. Nə vardı axı?
Sonradan anladım. Mənim tipimə baxırdılar onlar. Məndə özümə baxdım. Üzərimdə dizi yamaqlı qara cins şalvar, mənə 4 ölçü böyük, üzərində kəllə şəkili olan, qara, qoluqısa köynək vardı.
Birdə onlara baxdım. Qadınlar qısa ətək, açıq köynək, kişilər isə rəsmi şəkildə kostyum geyinmişdilər.
Onlara baxıb bir qaşımı yuxarı qaldırdım və yoluma davam etdim. Hələ də baxışlarının üzərimdə olduğunu hiss edirdim. Durub onlara yaxşı söz deyə bilərdim, amma buna vaxtım yox idi.
Onsuz mən niyə bu qədər vaxt itirmişdim? Təmiz ağlımı itirirdim.
Liftlə deyildə pilləkənlərlə qalxmağa başladım. Birazda yuxarıda, buludları üzərində otura bilmirdinmi, Əli?
Düzü mənim üçün problem deyildi pilləkənləri qalxmaq.
Əlidən...
Şirkətdəki otağımda idim. Oturmuşdum və qarşımdakı sənədləri gözdən keçirirdim.
Qapı açıldı və içəriyə Səbuhi girdi.
"Salam, Əli." Deyib yaxınlaşdı. "Əli həqiqətən son qərardımı? Yəni mən gözdən keçirilməsi üçün vəkilə vermişəm. Hələ də gec deyil."
"Salam. Dənizin son qərarı budur. Heç cürə yolundan döndərə bilmədim." Səbuhi əlindəki kağızı mənə uzatdı. "Vəkil artıq imzalayıb. Son olaraq sənin imzan qalıb." Kağızı əlindən alıb baxdım və qırağa qoydum. " Bunları həll edib imzalayacam."
Birdən çöldəki səs ikimizində diqqətini çəkdi. İkimiz bir-birimizə baxdıq. Qapı birdən açıldı.
-Əli?
-Əli bəy, nə qədər etdimsədə dayandıra bilmədim. Üzr istəyirəm.
Hər iki cümlə birdən səslənmişdi. Bunlardan biri Dəniz, digəri işçi qız idi.
"Bu saat keşikşiləri çağırıram." Qızın təlaşlı halı vardı.
-Ehtiyac yoxdu.
"Axı, Əli bəy..." sözümün iki edilməsini sevmirdim.
"Ehtiyac yoxdu, dedim." Qız səsimin qalxmasından qorxub başını ehmalca təsdiq mənasında salladı və çölə çıxdı.
-Dəniz?
BINABASA MO ANG
Ağ Zəhər
Mystery / Thriller"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...