15-ci hissə / Miras

225 28 58
                                    

Salam, dostlar, necəsiz? Necə gedir işlər? Bağışlayın gec gəlir hissələr. Amma inanınki çatdırmağa var gücümlə çalışıram.

Bu hissədə çoxlu şərh istəyirəm. İradlarınızı müvafiq hissələrdə bildirin.

Bu hissə çox yaxşı dostumuza həsr olunur.))

Özünüzə yaxşı baxın, dostlar.
-----------------------------------------------------

Pəncərədən düşən gün şüaları gözümü qamaşdırdığından gözümü aça bilmirdim. Gecə narahat yatmışdım. Çünki yuxum olmadığı halda yatmağa çalışmışdım.

Yarı ayıq yatdığımdan Əlinin yatmadığını bilirdim. Yarım saat qədər yanımda oturub gözünün acısını aldıqdan sonra, ayağa qalxıb evin həyətinə çıxmışdı. Bütün gecə ya telefonla danışmış, ya da telefonla kiməsə bir şey yollamışdı.

Uzandığım yerdən qalxıb oturdum. Ağrım hələ də vardı, amma gecəyə rəğmən azalmışdı. Bu gün mütləq binaya və işə getməli idim. Nə qədər qalmaq olar işdən? Böyük ehtimalla işdəndə atılacaqdım.

Ayağa qalxıb axsayaraq çölə çıxdım. Əli qapının ağzındakı döşəkli yellənçəkdə oturub başını əllərinin arasına almışdı. O qədər düşüncəli idi ki, qapının səsini belə eşitməmişdi.

-Əli.

Yerindən dik atıldı səsimə. Əslində o qədər də möhkəm səsləməmişdim. Amma qəfil səsdən qorxmuşdu.

-Dəniz? Nə olub yaxşısan?

-Narahat olma, yaxşıyam. Bəs sən yaxşısan?

-Ağrın sızın varmı?

-Yaxşıyam dedim axı. Amma sən heç yaxşı deyilsən. Ən azından belə görünür.

-Yorğunam sadəcə.

-Əli...

-Bəli, gözəlim?

-Olar ki, nə danışacaqsaq danışaq mən işə gedim?

-Danışmalı nə var ki?

-Axşam dedin səhər danışarıq.

-Həə... Onumu deyirsən? Sən narahat olma. Mən həll edəcəm.

-Dəqiq?

-Dəqiq, gözəlim. Narahat olma. Aparımmı səni?

-Oldu onda. Yox ehtiyac yoxdu. Onsuz böyük ehtimalla yenidən binaya qayıdacam.

-O niyə?

-İşdən atılacam.

-Pis fikirləşmə.

-Amma elə olacaq.

-Getməsən bilmərsən. Elə deyilmi?

-Eynən. Hələlik.

-Hələlik, gözəlim.

----------------------------

Yoldakı taksilərdən birinə pul verib məni marketin qarşısına gətirməsini xahiş etdim. Hal hazırda da marketin qarşısında dayanıb içəri girməyə hazırlaşırdım. İşdən atılsam nə olacaqdı? Hardan tapacaqdım yeni işi? Nəysə deyib içəri keçdim.

-Sabahınız xeyr.

"Sabahın xeyr sərt qız. Necəsən? Haralardasan görünmürsən?" Tuncaydan başqası deyildi.

-Yaxşıyam. İşim vardı.

-"Hey, Dəniz. Haralardasan? " Bu da Sevil idi. Gülümsədim sadəcə.

Ağ ZəhərDonde viven las historias. Descúbrelo ahora