Xoş oxumalar!
Əlinin son sözünü saymayıb yenə də deməsi üçün inad etmişdim. Çünkü həqiqətən çox maraqlanırdım. Nə ola bilərdi axı? Bəli bu sualı son zamanlar tez-tez təkrarlayırdım.
Məktubdan da bir xəbər yox idi. Qaçırılmağımla bir əlaqəsi ola bilərdimi? Bilmirəm. Fikirlərim çox qarışıq idi.
Məktubdan bir xəbər çıxmaması bir növü mənim ilk düşüncəmə gətirib çıxarırdı. Sadəcə əyləncə istəyən biri belə bir şey göndərə bilərdi. Amma bu çox məntiqsiz idi. Hansı əyləncə istəyən biri gizli yazı yazardı axı? Ya Rəbbim. Fikirlərim çox qarışıq idi və mən fikrimi cəmləşdirə bilmirdim.
Əliyə nə qədər inad etsəm də deməmişdi. O da ən az mənim qədər inadcıl idi. Mən də inad etməyin bir faydası olmadığını bilib əsəblə yuxarı çıxmışdım. Bu səfər o qazanmışdı.
İndi isə səhər saat 8-ə işləyirdi və mən səhər qaçışımı tamamlayıb səhər yeməyimi etmişdim. Üç gündür işə başlaya bilməmişdim. Özümü toplamaq üçün vaxta ehtiyacım var idi və dünəni bunun üçün istifadə etmişdim. Bu gün nəhayət başlamamaq üçün bir səbəb yox idi. Hələki.
-Zeynəb, mən çıxıram.
-Yaxşı yol sənə. Soruşarsan bir yeni bir işçi axtarsalar mən burdayam.
"Yaxşı soruşaram." Deyib gödəkcəmi oturacağın üstündən götürmək üçün oraya yaxınlaşdım. Oturacaqlar kiçik masanın ətrafına yığılmışdı. Birdən masanın üzərindəki kitab gördüm. Əlimə götürüb:
-Zeynəb, bu kitab sənindi?
-Hansı?
"Dostoyevskinin" Aqata Kristidən sonra ən sevdiyim yazıçı idi. Bir çox əsərini oxumuşdum.
"Yox, yəqin qızlarındı." inanmağım gəlmədi. Çünki bizim otaqda Zeynəblə məndən başqa demək olar ki, bədii əsər oxuyan yox idi. Digərləri yalnız özlərinə fikir verib əyləncəni sevirdilər.
-Onlar kitab oxuyurdular ki?
"Nə bilim bəlkə biz onlara nümunə ola bilmişik?" Deyib güldü.
"Bəlkə də" deyib başımı fikirli halda buladım. "Nəysə, sən nə edəcəksən?"
-Qızlar qəsəbəyə çıxacaq mən də bəlkə onlarla getdim.
-Yaxşı edəcəksən. Mən çıxdım. Hələlik.
"Yaxşı yol. 2-ci Qərənfil xanım bilmir eləmi?" Qərənfil xanım gəlməmişdi və yeni gələn müdirin Qərənfil xanımdan heç bir fərqi yox idi. Müdirin adı təbii ki, Qərənfil xanım deyildi. Sadəcə ondan seçilmədiyindən biz öz aramızda elə deyirdik.
"Yox, amma bilsə də bir şey dəyişməyəcək. Soruşsa deyərsən."
-Yaxşı.
Market 15 dəqiqəlik məsafədə idi. Doğru idi ilk növbədə çox yol gəzmişdim, amma bir iş tapa bilməmişdim. Düşüncədən binaya yaxın olan marketi görməyib bütün qəsəbəni gəzmişdim.
Marketə girib müdürün otağına getdim.
Qapını döyüb, heç uzatmadan sözə başladım:
"Sabahınız xeyr. Mən iki gün əvvəl iş üçün gəlmişdim və işə qəbul olunmuşdum. Yəqin ki, hələ də qəbul edərsiniz." Heyfslənmək istəmirdim. Kaş hələ də işimi itirməmiş olam. Buna ehtiyacım vardı.
-Sabahınız xeyr. Bəli, sizi iki gündür gözləyirdik. Harada idiniz?
"Bəzi problemlərlə qarşılaşdığımdan gələ bilmədim" qaşımın üstündəki yara tam sağalmamışdı və biləklərim hərdən sızlayırdı. Yara yapışqanı hələ qaşımın üzərində idi. Biləyimdəki sarğılar da hələ də qonaq idilər. Kim olsa biləklərimdəki sarğıları görüb mənim intihar etdiyimi düşünərdi. Bununla yanaşı məni ruhən gücsüz sanardı və mən bunu istəmirdim. Onsuz dövrümüzdə bu hallar çox idi. İntihar XXI əsrin modası olmuşdu sanki. İntihar etməmişdim mən. Nə olursa olsun heç zaman canıma qıymazdım . Ölümdən qorxduğumdan deyil. Sadəcə ailəsi olmayan bir insan bütün ağrılara dözərdi. İntihar etmənin faydası nə idi ki? Sadəcə özünü gücsüz saydırır və həyatına son qoyur.
CITEȘTI
Ağ Zəhər
Mister / Thriller"Dəniz düzdü. Eşitmişəm onun və zülmləri haqqında. Bir ata qızına, öz canına nə edə bilər axı elə şiddətli?" Gözlərimi nə qədər açılırsa o qədər açdım. Necə yəni nə etmişdi? Etmədiyi bir şeymi qalmışdı? Yaşlar yanağımdan süzülməyə başlamışdı. İnanmı...