Proloq

337 27 40
                                    

ÜÇƏ QƏDƏR SAY

23.03.2020

Hər kəsdən oxumağa başladığı tarixi qeyd etməyi xahiş olunur ...

Proloq

  "Təbiətin əzəldən bir qanunu var. Hər bir zülmət gecə sonda mütləq gündüzün aydınlığa təslim olunar," deyə adını xatırlamadığı kitabda adını xatırlamadığı personaj dilə gətirmişdi bu ifadəni. Necə də büsbütün gerçəyə bürünmüş bir yalan.

İndi, qanunların ödənmədiyi zülmət gecənin ortasında inandığı yalanla başbaşa qalmış halda  düşünürdü o.

Bilirdi...

Bu gecə ruhuna çökmüş qaranlığı heç bir gündüz öz şəfəqi ilə aydınlatmağa könüllü deyildi. Daha heçnə əvvəlkitək olmayacaqdı. Çünki, yaşadıqlarının hər saniyəsinə şahid təpədəki ay, hər şeyin daha betər olacağını qaranlıq ruhuna anbaan fısıldamaqda idi.

Bilirdi...

Verilən cəsarətli qərarların cəzası idi bu gecə. Çarəsiz və aciz ruhlarını bu zülmətdən heç bir güc çıxara bilməyəcəkdi. Bu qaranlığın aydınlanacaq tərəfi yox idi.

Onlarınkı sonun başlanğıcı deyildi, onlarınkı  daha dəhşətli bir sona layiq möhtəşəm bir başlanğıc idi.

-Nar Giz-

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin