7-ci hissəSəni qaçırıram
Mənzil başına çatdıqlarında sürücü yük maşınını yolun kənarına çəkdi. Hava çoxdan açılmış, günəş ən təpədə yerini almışdı. Hər kəs səssizcə maşından tökülüşməyə başlarkən Bərzan bir kənarda dayanıb, fikirli halda siqaretini sömürürdü.
Gaziantepə yaxın bu kənd onlar üçün son mənzil idi. Təhlükə keçmiş, bəladan sıyrıla bilmişdilər. Bu andan sonra hər kəs öz istədiyi yerə getmə haqqına sahib idi. Hər zaman olduğu kimi Bərzan bir neçə gün Türkiyədə gününü gün etdikdən sonra yenidən Suriyaya yollanacaq və cibini doldurmaq üçün qarşı tərəfə keçirməyə yeni tayfa toplayacaqdı.
Bu dəfə də yaxasını bəladan çəkib çıxara bilmişdi. Gələn dəfənin necə olacağını düşünmək əvəzinə isə məşuqəsi Səmranı canlandırırdı xəyalında. Ən azından arxada ölümə tərk etdikləri bir cüt qara gözləri unudardı. Həqiqətən də unudacaqdımı.
Öz yoluna getmədən öncə onunla xüdahafizləşən adamlara sadəcə başını salladı kişi. Nə də olsa artıq onların qəhrəmanı idi. Muzdlu qəhrəman.
Əlindən tutduğu qızcığazla Əjdərin ona doğru addımladığını görən kişi damağındakı siqareti yerə atıb çəkməsinin ucuyla əzdi. Qızcığazın məsum siması ona tanış idi, lakin o qaranlıqda kimin yanında gördüyünü heç cürə xatırlaya bilmirdi. Gəl görək deyə düşünürdü öz-özünə. Gəl görək nə pox yeyəcik bu uşaqla.
"Bu qızı nə edəcik?" soruşdu Əjdər qarşısında dayandığında.
Bütün yol boyu bunu düşünmüşdü Bərzan. Balaca qız uşağının ortada qalmasından dəhşətli bir şey varsa, o da Bərzanla birlikdə qalmasıydı. Uşaq sevməzdi o. Qızı yaşamazkən başqa uşaqların yaşamağı haqsızlıq idi onun dünyasında. Bu dünyada nəfəs alan hər şey onun üçün haqsızlıq idi.
Əllərini arxasında birləşdirib istehzayla Əjdəri süzdü.
"Dabanına tüpürüb qaçanda nə fikirləşirdin bəs?" deyə donquldadı. "Uşağın ailəsini qoyub özünü gətirəndə bilmirdin belə olacağını?"
Əjdər təəssüf dolu baxışlarını bir an olsun göz yaşı dinməyən Seraya çevirdi. Qızcığaz onun əlindən bərk-bərk tutmuş, dovşanını qoynuna sıxaraq ağlayırdı.
"Anası zorla tutuşdurdu qucağıma."
"Hə, demək istəyirsən anası zorla tutuşdurmasa uşağı orda atıb gələcəkdin?"
Bərzanın gözlənilməyən sualı qarşısında Əjdər karıxıb qaldı. Bərzan onu ardına baxmadan qaçdı deyə günahlandırarkən özünün də eyni şeyi etdiyini unudurdu. Lakin oğlanın bunu Bərzanın üzünə vurmağa cəsarəti yox idi. Çünki Bərzan tərəddüt belə etmədən belindəki silahın darağındakı güllələri alnına boşaldacaq qədər vicdandan yoxsul insan idi.
Bərzan dizləri üstə çöküb Serayla boyunu eyniləşdirdi. İfadəsiz baxışlarını içli-içli hıcqıran uşağın yaşlı mavi gözlərinə dikdi.
"Adın nədi?"
Kişinin səsi elə sərt çıxmışdı ki Sera tutduğu hönkürtüsü sonda azad etdi. Uşağın gözündən yaşlar gilə-gilə tökülərkən kişi nə edəcəyini bilmədi. Bir uşaqla necə rəftar edilməsini unutduğu uzun zaman olmuşdu.
"Kəs bunun zırıltısını!"
Bərzan hirslə dillənib cibindən siqaret paçkasını çıxardı. Bütün əsəbləri tarıma çəkilmişdi. Uşaq nazı çəkəcək yaşda deyildi daha.
![](https://img.wattpad.com/cover/217822853-288-k451675.jpg)
ŞİMDİ OKUDUĞUN
Üçə qədər say
AdventureOnlarınkı sonun başlanğıcı deyildi, onlarınkı daha dəhşətli bir sona layiq möhtəşəm bir başlanğıc idi.