VIII.Ümid

48 4 0
                                    

8-ci hissə

Ümid

    Otaqda müharibənin elçisi bir sükut vardı. Aradabir tavandakı lampa zamanın axdığını işarə edərcəsinə cızırdayaraq közərirdi.

Camal hələ də Mizginin başı üzərində bir qarabasma kimi dayanmış, səs çıxarmasın deyə ovcunu qızın dodaqlarına basmaqda davam edirdi.

"Getməliyik," Camal bir daha alçaq tonda mızıldandı. "Çox vaxtımız qalmayıb."

Mizgin gözlərini iri-iri açmış, təngnəfəs halda ona bütün ciddiyətiylə zillənən yosun gözlərə baxırdı. Bir başqaydı o rəng bu dəfə. Daha həyəcanlı, daha səbrsiz və daha tünd.

Eşitdikləri gerçəkdən o qədər uzaq gəlirdi ki, halüsinasiya görmədiyinə əmin olmaq istərcəsinə gözlərini qırpışdırdı qız.

Düz eşitmişdi?! Həbs demişdi bu axmaq oğlan?!

Camalın ağzına tutduğu əli hiddətlə itələyən Mizgin yüksək səslə çəmkirdi.

"Psixopat! Uzaq dur məndən!"

İşarə barmağını hiddətlə dodaqlarına götürən Camal səssiz ol əmri verdi. Lakin qızda onu dinləyəcək göz yox idi.

"Nə istəyirsən məndən?!" bir daha çəmkirdi qız. Qorxurdu. Həyəcanlanırdı. "Kimsən sən?!"

Camal çevik hərəkətlə cəld irəli atılıb bir daha iri ovcunu qızın ağzına basdı və asta, lakin hirsini ələ verəcək tonda mızıldandı.

"Lənət olsun, Mizgin! Səssiz olmağı bacarmırsan!"

Mizgin ağzındakı ələ etiraz edərcəsinə yerində vurnuxmağa başladı. Son çarə olaraq əlini Camalın çiyninə basıb geri itələdi. Oğlan millim yerindən oynamadı.

"Sakit qal!" dedi Camal hövsələdən çıxmışcasına.

Mizginin ona dəhşətlə baxan gözlərinə ən yaxından şahidlik edirdi indi. Canavardan sonra psixopat da olmuşdu bu qız üçün. Sırada nə var idi?

"Qulaqlarını aç, bu psixopatı yaxşı-yaxşı eşit!"

Oğlanın səsindəki təhdidvari ton Mizginə etiraz etmə şansı vermədi. Sadəcə böyük bir həyəcanla qulaqlarını şəkləyib özünü eşidəcəklərinə hazırladı.

"Vəziyyəti izah etməyə vaxt yoxdu. Bu dəqiqə, buradan getməsən sənin üçün hər şey gec olacaq. Jandarma səni aparmamış çıxmalısan buradan, başa düşürsən məni?"

Mizgin hiddətlə başını iki yana salladı. Bu dəqiqə qapqara baxışlarıyla Camalı məhv edə bilərdi.

"Səni qorxutduğumu görürəm,"  qızı yola gətirmək üçün bir daha dilə gəldi Camal. Bu dəfə səs tonunu mülayim tutmağa çalışdı. Bu tərs qızı özünə inandırmalı idi.

"İnan, başa düşdüyün kimi deyil heçnə. Sadəcə güvən mənə, Mizgin. Sadəcə güvən. Jandarma gəlməmiş səni burdan çıxarmalıyıq."

Camalın qolları arasında vurnuxmağa son verdi Mizgin. Boğazını arıtlamaq üçün zorla udqundu. Tərləmiş qara saçları üzünə yapışmış halda eyni çaşqın üz ifadəsi ilə Camala baxırdı.

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin