5-ci hissə
Terrorist
"Sən... Sən mənim dilimi bilirsən?"
Mizginin təlatümlü səs tonu sanki qeyri-mümkün bir hadisənin reallığına şahid olmuş kimi çıxmışdı. Qalın dodaqlarında
gülüb-gülməmək arası ifadə vardı. Gözünü açdığından bu yana ilk dəfə biri onun dilində danışmışdı."Yatağa uzanmalısan," dedi Camal ciddiyətini pozmadan. "Sənə ayaqda durmaq olmaz."
Mizgin bir neçə saniyə karıxmış halda oğlanın qüsursuz kürd ləhçəsini dinlədi. İçində, ruhunun dərinliyində bir yerdə kiçik bir ümid qığılcımlandı. Dilimi bilir. Dərdimi anlayır.
"Hə, hə sən kürdsən," deyə mızıldandı qız özü-özünə. Yalnız bir kürd bu dili belə qüsursuz danışa bilərdi. "Mənə kömək et," dedi biçarə qız. Səsi yalvarışdan və xahişdən uzaq tonda idi. Əmr etmişdi.
"Sənə kömək etməyim üçün yatağa keçməlisən."
Başını iki yana salladı Mizgin. Çaşqınlıq dolu baxışlarının yenə eyni qaranlığa dönməyi çox çəkmədi.
"Heç bir yerə keçmirəm!" hiddət dolu baxışlarını qarşısındakı oğlanın yosun gözlərinə dikdi. "Dilimi bilən tək sənsən. Niyə kömək etmirsən axı mənə?!"
"Dedim axı, burda olmağımın tək səbəbi sənə kömək etməkdi."
Hövsələdən çıxmışcasına dilə gəldi Camal. Yuxusuz və yorğun halıyla ən son istəyəcəyi şey qəzəb dolu pasientə söz çatdırmaq idi.
"Gördüyün hər kəs sənə kömək etmək üçün burdadı. Qolunu cırmaqlayıb, qanatdığın tibb bacısı belə," dedi Sevdanın bayaqkı halına eyham vuraraq.
İkrah dolu təbəssüm yarandı Mizginin çöhrəsində. "Kömək?" dedi kinayəli tonda. Biləyini tərpətdiyində qandalın səsi otaqda cingildədi. "Ələ salırsan məni?! Budu sizin köməyiniz? Bu zibili qoluma siz bağlamamısız bəyəm?"
Camal sıxıntıyla nəfəs verdi. Mizgin ilk oyandığında Həcərlə Sevdaya hücum çəkdiyi jandarmanın qulağına çatmış, çarəni qızı yatağa qandallamaqda tapmışdılar. Ancaq tək səbəbin bundan ibarət olmadığını bilirdi oğlan. Bunu anlayacaq qədər ağıllı idi.
O an Sevdanın ağzının qapalı tutacağına ümid etdi Camal. Əgər Mizginin ona bir daha hücum çəkməsi eşidilsəydi bu dəfə qızı təmamilə yatağa bağlayacaqlarından şübhə belə etmirdi.
"Biraz daha belə qışqırmağa davam etsən çox çəkməz, jandarmaları başımıza yığarsan. Onsuzda səni görmək üçün səbrsizlənirlər," dedi Camal Gərdanla səhərki söhbətlərini xatırlayaraq. "İndi yatağa keç."
Mizgin qızarmış gözlərini çaşqınlıqla qırpışdırdı. Nə jandarmasından danışır bu axmaq oğlan?!
"Jandarma?"
"Həqiqətən harada olduğunu bilmirsən?" soruşdu Camal. Səsində açıq-aşkar kinayə vardı. "Gecə vaxtı, zülmət qaranlıqda minalı torpağa girərkən hara getdiyini xatırlamırsan? Səni bura gətirən kəslər haqqında heç bir fikrin yoxdu?"
Mizginin beynindəki qaranlıq otaqların işıqları arda-arda yanmağa başladı. Onun qanlı leşini jandarma sürüyüb çıxarmışdı minalı torpaqdan. O an Bərzanın səsi uğuldadı qulaqlarında.
![](https://img.wattpad.com/cover/217822853-288-k451675.jpg)
ŞİMDİ OKUDUĞUN
Üçə qədər say
AventuraOnlarınkı sonun başlanğıcı deyildi, onlarınkı daha dəhşətli bir sona layiq möhtəşəm bir başlanğıc idi.