VI. İzahat

62 7 39
                                    


6-cı hissə

İzahat

Karkamış dövlət xəstəxanası

11:45

Hospitalın soyuq dəhlizində irəliləyərkən fikirliydi Camal. Həcərin son söylədikləri elə bir çaşdırmışdı ki onu, ağzını açıb tək kəlmə kəsə bilməmişdi oğlan. Cavan yaşına baxmayaraq kifayət qədər insan tanımış, indiyə qədər saysız uğursuz hadisələrlə qarşılaşmışdı. Bu səbəbdən insan sərrafı olduğunu düşünürdü, lakin yanılmışdı. Bu qandallı qız barəsində heç olmadığı qədər yanılmışdı.

"Camal!"

Bahadur Kəskin yandakı açıq qapıdan qaçaraq addımlarla çıxıb qarşısına dikildiyində ayaq saxladı oğlan. Kişinin dağınıq sarı saçları və şişkin mavi gözləri əynindəki ağ xalata qəti yaraşmırdı.

"Bu gecə," dedi Bahadur ağzında sözünü gəvələyərək. Camalın gözlərindən qaçırdığı baxışları pərtliyini ələ verirdi. "Şey, bax bu gecə..."

"Sızıb qalmısan!"

Camal olduqca qətiyyətlə kişinin can çəkişməsinə son verdi. Məzəmmətlə özünə həkim deyən kişini süzdü. Bahadurun bir ümumi cərrah olaraq biliyinə və təcrübəsinə sözsüz güvəni vardı, lakin gəl ki, bir araq butulkasını görənə qədər.

"İkisini də sən əməliyyat etmisən."

Oğlanın sözlərinə qarşı başını razılıqla salladı Camal. Şüuru saatlar öncəki həngaməyə qayıtdığında qaşları çatıldı.

Amedin vəziyyəti ağır olduğundan ilk oğlana müdaxilə etmiş və iki saat vaxt itirmişdi. Mizginə keçdiyində isə qızın ağır olmayan vəziyyəti gec müdaxiləyə görə kafiləşmiş, kifayət qədər qan itirmişdi.

"Şükür et ki, onlara bir şey olmadı," dedi Camal və təhdidvari tonla əlavə etdi. "Əgər sənin axmaqlığın ucbatından ikisindən birinə bir şey olsaydı..."

"Bax, mən atacam bu zibili," cəld sözə atıldı Bahadur. Yaşca Camaldan böyük olsa da, bu dəqiqə böyük qardaşından danlaq eşidən uşaq rolunda idi. "Söz verirəm"

"Vecimə deyilsən," şəhadət barmağını Kəskinin sinəsinə basdı Camal. Yosun gözləri özünün ən tünd rəngini almışdı. "Bu qapıdan çıxandan sonra kimlə, harda nə edirsən zərrə vecimə deyil! Ancaq lazım olduğunda o qapıdan çıxdığın kimi içəri girməyə borclusan!"

"Bir daha təkrarlanmayacaq," itaətkarlıqla dilə gəldi Bahadur.

Bu sakitliyi Camalı sevdiyindən deyil, qorxduğundan idi. Ondan fərqli olaraq doktor Mirzanlı bütün xəstəxana işçiləri tərəfindən sevilir, hörmət edilirdi. Onun dərdi də elə bu deyildimi? O bu xəstəxanada can qoymağa başlarkən Camal tibb universitetində hələ iynə vurmağı yeni öyrənirdi. Ancaq gəl ki, bu üzündə şeytan tükü olan oğlan qapıçısından tutmuş müdiriyyətə toxunulmazlıq əldə etmiş, xırda söz belə qondurulmurdu.

İndi tək qorxusu vardı kişinin. Əgər Camal onu şikayət etsə, deyil Karkamışda, Türkiyənin heç bir yerində iş tapa bilməzdi.

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin