II. Oyun

123 13 18
                                    

Media : Bərzan

2-ci hissə

Oyun

  Ərəb, kürd və türkmənlərdən ibarət pərişan bir qrup dəstə Cerablusun qaranlıq səmasına sığınmış, bir neçə yüz metr qarşılarında ay işığı altında parlayan dəmir tellərə doğru ürkək addımlarla irəliləyirdilər.

İrəlidə, qara boşluqda, heçnə görünməsə də, Karkamış torpaqlarının ətri burdan belə duyulurdu. Azadlıq qoxurdu. Cənnət qoxurdu.

Qrupun ən sonunda addımlayan Mizgin səssizliyini qoruyurdu. Məşəqqətli yol bitdi, o nəfəs kəsən darısqal yerdən çıxdı deyə sevinən qız, qarşısında uzanan ucsuz-bucaqsız qaranlığın onu sıxışıb qaldığı deşikdən daha çox ürküdəcəyini ağlına belə gətirməzdi.
Ayaqları altındakı yumşaq torpaq indi ölümünə qorxudurdu onu.

Düz qarşısında əl-ələ irəliləməkdə olan anasıyla bacısına baxdı. Seranın əlindəki oyuncaq dovşanı görcək acı təbəssüm qondu dodaqlarına. Necə də məsumdu deyə düşündü. Necə də qayğısızdı.

Peşmançılıq adlanan hissin xirtdəyində dirəndiyini hiss etdi Mizgin. Aylarla yalvarmışdı anasına bu dəliliyi etmək üçün. İlahi, nə etmişdi axı o belə? Hansı ağılla anası və bacısını buna məcbur buraxmışdı?

Titrəyən əlləriylə qucağında bərk-bərk sıxdığı çantasını açdı qız. Vaxt itirmədən əlini çantanın içinə salıb köynəyinə bükdüyü metal parçasına toxundurdu barmaq uclarını. Silahın soyuq səthini tərləmiş ovuclarında hiss etdiyində hiss olunacaq bir rahatlıq yaşadı Mizgin. Özgüvəni təzələndi.

"Ana, daha nə qədər yeriyəcik?"

Seranın səsi dərin bir quyudan çəkib çıxardı onu. Cəld çantanı bağlayıb çiynindən asdı və iki addımda bacısına çatdı.

"Sera," dedi Mizgin dizlərini büküb qızcığazla boyunu eyniləşdirərək. Bacısının kiçik əllərini ovucları arasına aldı. "Hazır ol, Sərçəm," zorla səsinə qatdığı sevinc sədalarıyla mızıldandı. "Oyun başlayır."

Ölüm oyunu.

Əllərini fərəhlə bir-birinə çırpdı Sera. Üzündəki qayğısız gülümsəməylə qollarını bacısının boynuna doladı. "Oyun başlayır!"

"Kevroşk dedi ki Sərçənin sısqa ayaqları yorulub," deyən Mizgin Seranı qucağına alıb qrupun ardınca addımlamağa başladı. Şilan xanım düz yanlarında səssiz irəliləyirdi.

İşvəli qəhqəhə çəkən qızcığaz dovşanını Mizginin gözü önündə salladı. "Kevroşk danışa bilmir, Mizgin."

Mizgin heyrətlə qaşlarını qaldırdı. Səsinə qatdığı yalançı təəccüblə dilləndi. "Amma mən səsini eşitdiyimə əminəm, Sərçəm."

Sera, "Ana, Mizgin yalan danışmağın günah olduğunu bilmir," deyə Şilan xanıma səsləndiyində Mizgin anasına çevirdi üzünü.  Şilan xanımın fırtınalı dənizə yelkən açan qara gözlərindəki çarəsizliyi gördüyündə qızın dodaqlarındakı zorlama təbəssüm qeybə çəkildi.

Müharibənin ortasında iki qız uşağıyla qalan birinə görə cavan və gözəl qalmışdı Şilan xanım. Qara gözlərindən, qalın kirpiklərinə qədər anasından almışdı Mizgin bütün cizgilərini. Bircə həyata qarşı dik duruşundan başqa. Zəif idi anası. Nə qədər qəbul etməyə çətinlik çəksə də, təəssüf ki, bu gerçək hər çətinliyə düşəndə özünü doğruldurdu.

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin