IX. Qız yoxdu!

28 3 0
                                    

9-cu hissə

Qız yoxdu!

Dəmir pilləkənlərlə Camalın ardınca aşağı enir Mizgin. Sərin meh saçlarını yalayaraq uçurur, lakin o, bu tanış olmayan duyğunu hiss etmir belə.

Səssizcə irəliləyirdi sonunu bilmədiyi bu yolda. Başına gələcəklər vecinə deyil artıq. Ümid demişdi bu tanımadığı oğlan ona. Gözləmədiyi bir anda ümid doğmuşdu həyatına. İlk dəfə ümid verən o olmamışdı. Camalın sözünə etibar etməsə də içində doğmuş ümidə etibar edirdi. Anasının yadigarını tapacaqdı. Nə olursa olsun tapacaq və bir daha ondan ayrılmayacaqdı.

Dəmir pilləkənlər o qədər dar idi ki, yıxılmamaq üçün məhəccərdən bərk-bərk yapışdı qız. Qaranlıqda ayağının altını görmək bir kənara, qarşısında irəliləyən Camalın ağ xalatını güc-bəla seçə bilirdi.

İki mərtəbə aşağı endikdən sonra ayaq saxladı Camal. Sağa doğru əyildi və hospitalın giriş qapısına boylandı. Jandarma avtomobili hələdə giriş qapısının önündə dayanmaqda idi.

"Bu tərəfdən," dedi Camal sola dönərək. Mizgin oğlanın ardınca getdi.

Bir neçə metr irəliləmişdilər ki, qarşıda paralel iplərdən asılmış bəyaz mələfələr göründü. Hospitalın çamaşırxanasına aid olan birinci mərtəbənin işıqları yanırdı. Camal içəridə kiminsə olmasından ehtiyat edərək yavaşca çevrildi və açıq pəncərədən içəri boylandı.

Ağ geyimli orta yaşlı qadın arxası pəncərəyə dönük vəziyyətdə ütü işi ilə məşğul idi. Elə bu dəmdə otağın qapısı çırpılaraq açıldı. Qadın diksinərək kiçik çığırtı qopardı. Camal cəld divarın dibinə çökdü və qorxuyla yerindəcə donub qalan Mizgini yanına çəkdi.

"Burdadı?" təlaşla soruşdu jandarma. Əlində silahla bir neçə saniyə içində bütün otağı
ələk-vələk etdi və bir daha qadına döndü.

"Qız burdan keçdi?!"

"Kimi axtarırsız?" Qorxuyla əlini havaya qaldıran qadın mızıldandı.

"Qız yoxdu! Mizgin Dehar!"

Mizginin həyəcanlı baxışlarıyla Camalın təlaşlı baxışları toqquşdu o an. Bura qədər imiş deyə düşündü qız. Hospitaldan çıxmamış yoxluğumu anladılar, həkim.

Qorxudan dizləri boşaldı qızın. Yıxılmamaq üçün divara tutundu. Saçları üzünə töküldü və bu hissə yad olan burnu qaşındı. Zibilə qalsın! Asqıracaqdı!

Mizginin düşdüyü vəziyyəti anlayan Camal cəld irəli atılıb qızı özünə çəkdi və son anda Mizgin asqırmamışdan öncə əlini qızın ağzına tutmağı bacardı.

Çox yaxından gələn o cılız səs jandarmanın qulağından yayınmadı. Cəld pəncərəyə tərəf şütüdü. Mizginlə Camal biraz daha divarın dibinə çökərkən qarşılarındakı mələfənin üzərinə jandarmanın kölgəsi düşdü. Mizginin gözləri dəhşətlə aralandı. Bütün bədəni Camalın bədəninə yapışmış vəziyyətdə durarkən beynindən eyni şeyləri təkrarlayırdı.

Bu dəfə sondu! Bu dəfə sondu!

Jandarma bütün diqqətilə pəncərənin altında gizlənmiş iki nəfərdən xəbərsiz ətrafa boylandı. Qaranlıqda heç kim görünmürdü, ancaq bir səs eşitdiyinə əmin idi.

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin