III. Ölüm gəzintisi

100 12 15
                                    


3-cü hissə

Ölüm gəzintisi

   Artıq yarım saat olardı ki bir metr önlərini belə görə bilmədikləri qaranlıqda irəliləyirlər. Hər kəs diqqətlə bir-birinin addımını izləyir, heç bir vəchlə torpaq altındakı onları vahiməyə salan mexanizmi bir an olsun beyinlərindən çıxara bilmirlər.

Sərin hava indi dondurucu bir soyuqluğa çatmışdı. Sanki olanları duymuş kimi getməyin deyirdi iqlim. Burada soyuqdan donub qalın və bir addım belə irəli getməyin!

Neçə metr irəliləyiblər, daha neçə metr qalıb heç kim bilmir. Bildikləri tək şey ölümlə burun-buruna dayandıqları gerçəyi idi. Sanki hər kəs Mizginin susqunluq oyununa qoşulmuşcasına səsini çıxarmırdı.

Şilan xanım Seranı qucağına almış irəliləyərkən, Mizgin anasının ardınca addımlayırdı. İrəli doğru atdığı hər addımda ayaqları altında xışıldayan kolluğun səsi belə sanki ölümü zümzümə edirdi qıza.

Aralarında hər kəslə olduğu kimi beş metr məsafə vardı. Əgər biri minaya düşərsə digərinə bir zərər gəlməsin deyə məsafəni saxlamağı xüsusilə tənbeh etmişdi Bərzan.

Addımladıqca durmadan üç kəlməni təkrarlayırdı Mizgin. Sakit ol. Səssiz ol. Diqqətli ol.

Sizi buradan sağsalamat keçirmək mənim işimdi. Ancaq işimi layiqincə yerinə yetirə biləcəyimin sözünü sənə verə bilmərəm.

Mizgin diqqətini anasının addımlarına verməyə çalışsa da, Bərzanın iki gün əvvəl dediyi kəlmələr beynini talan etmiş, ona rahatlıq verməməyə inad edirdi.

Heç tanımadığı bu insana hansı ağılla güvənib ailəsini təhlükəyə ata bilmişdi axı?

Başını iki yana salladı qız. Mənfi düşüncələrin bədəninə bir zəhər kimi yayılıb ruhunu ələ keçirməsinə icazə verə bilməzdi. Qərarını sorğulamağın vaxtı deyildi artıq. İş işdən keçmişdi. İndi onlar üçün yaxşı da olsa, pis də olsa tək yol irəli idi.

"Acmışam, ana" deyə Sera mızıldandığında Şilan xanım ani reflekslə əlini qızının ağzına götürdü. Gözləriylə sus əmri verdi və yeməli bir şey tapmaq adına əlini çantasına atdı.

Əlinə gələn şokoladla qadın sevincək olmuşdu ki, hər şey bir göz qırpımında tərsinə çevrildi. Bütün iplər körpənin iniltisinin bu səssiz yerə bomba kimi düşməsiylə qopdu. Soyuq hava bir anda sanki əlli dərəcə istiliyə yüksəldi. Şilan xanımın əlindəki şokolad yerə düşərkən qadın nə baş verdiyini anlamadan yerində mıxlanıb qaldı.

Qarşıdan əsgərlərin səsi eşidildi. Sanki əzrailini gözləyirmiş kimi hər kəs olduğu yerə kilitləndi. Qorxuyla körpəsini susdurmağa çalışan qadın çarəsizcə göz yaşı axıtmağa başladı.

"Dayanmayın!" deyə qışqırdı Bərzan daha iti addımlarla irəliləməyə başlarkən. Özünü söyürdü içdən-içə. O qadını ilk gördüyündə bu işin belə olacağını bilməliydi.

Bütün qrup Bərzanın ardınca irəliləməyə başlamışdı ki, silahdan üç dəfə ardarda atəş açıldı. Hamı qorxuyla qışqıraraq əlini başına götürdü və olduğu yerdə dizləri üstünə çökdü.

"Öləcik!" deyə qışqırdı Mizginin arxasında dayanan Amed. "Hamımız öləcik!"

"Bəs əsgərlərin qərargahına uzaqdı demişdin!" qorxu və qəzəb qarışıq kişi səsi eşidildi. "Bunlar hardan çıxdı axı?!"

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin