IV. Qandal

99 12 35
                                    


4-cü hissə

Qandal

Daha bir ah almışdı altı partlayıcı üstü can alıcı olan bu qara torpaq. Nə ay təəccüblənmişdi, nə də süzülüb gedən sərin meh. Bezmədən eyni mənzərəyə şahidlik edirdi hər ikisi. Susqunluqları unutduqları demək deyildi. Susqunluqları xatırlamaq istəmədikləri üçün idi.

***

17 il əvvəl

"Ana!"

Çöl qapını aralayıb tappıltı ilə özünü içəri atdı Mizgin. Futbol oynayıb qanı süzülə-süzülə gəldiyi o isti yay günlərindən biri idi yenə. Darmadağın olmuş tərli saçlarını geriyə atıb ayaqqabılarını belə çıxarmadan birbaşa mətbəxə keçdi.

Mətbəxdə anasıyla üz-üzə gəldiyində
Çaşbaş halda qızını süzdü Şilan xanım.

"Mizgin?!"

"Yıxıldım, ana" deyib simasına yazıq bir ifadə qondurdu qız. Belə etdiyində anasına ona əsəbləşməyə qıymırdı.

"Ah, qızım, ah!" gileyləndi Şilan xanım. Mizgini qoltuğundan tutub stula oturtdu. "Sən nə vaxt boyüyəcəksən, hə?"

"Neyləyim, ana? Onlar vəhşi kimi oynayır mənim bir günahım yoxdu. Onlar məni itələyəndə yıxılıram, ancaq mənim onlara gücüm çatmır."

Qaşlarını çatsa da biruzə verməməyə çalışaraq gülümsədi Şilan xanım. "Çünki sən qızsan, Mizginim. Allah səni zərif yaradıb. Nə qədər inad etsən də onlar kimi güclü ola bilməzsən."

"Sənlə atam kimi?" soruşdu Mizgin. "O səni vurur, ancaq sənin ona vurmağa gücün çatmır."

Şilan xanımın rəngi ağardı. Mizginin bunları bildiyini bilmirdi. Görmüşdü qızı? Nə vaxt? Sözlər dilini düyünlərkən cəld ayağa qalxıb çəkməcədən yodla pambıq götürüb geri qayıtdı.

"Bax gör heç o biri qızlar qoşulur oğlanlara," mövzunu dəyişməyə cəhd etdi qadın. "Ağıllı-ağıllı kuklalarını oynadırlar. Sənsə hamısının başını ayağını qopardıb atmısan bir qırağa. Nə görürsən bu oğlanlarda, bilmirəm. Hər gün səni qana bələyirlər yenə əl çəkmirsən o uşaqlardan."

"Mənim kuklam onlarkı kimi ağıllı deyil axı neyləyim? Yemək verdim dünən, yemədi. Mən də başını qopardım. Dedim dur get içəri yoxsa ayaqlarını qopardacam, getmədi. Mən də qopardım."

Eşitdikləri ilə Şilan xanım dəhşətə gəldi. Bütün bu kəlmələri yoldaşı Davud ona qarşı işlətmişdi. Nə etmişdilər axı onlar belə? Bütün olanları kənardan izləyən bir cüt qara gözü necə unutmuşdular?

"Oğlanlar elə deyil amma. Ağaca çıxaq deyirəm, gəlirlər. Pas at deyirəm, atırlar"

"Kifayətdi, qızım, kifayətdi!" cəld sözə atıldı qadın. Dahasını eşidəcək taqəti qalmamışdı artıq.

Yoldaşı Davud onu heç bir tutarlı səbəb olmadan incidir, təhqir edirdi. Ancaq Mizginin dilindən duyduğu kəlmələr qədər canının yandığını xatırlamırdı qadın.

Mizginin iniltisi Şilan xanımı fikirlərindən ayırdı.

"Ana!"

Üçə qədər sayHikayelerin yaşadığı yer. Şimdi keşfedin