Gözlənilməz dəyişkənlik

1.3K 70 48
                                    

"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?"   suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey, ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itirdikcə bədən hərarətimin də surətlə aşağı endiyini hiss edirdim.  Anamın səsini eşidirdim. "Gəl " Deyirdi " Gəl qızım ..........."

************************************************

İllərlə düşünsəm bir gün suyun altında bu vəziyyətdə olacağım ağlıma gəlməzdi. Bunun yalnızca filmlərdə olacağını düşünərdim.

Heç o gün otağımda oturb  kiçik bacım Asya ilə balaca hədiyyə qutusunu  hazırlayanda da bu haqda düşünmürdüm. Biz anama aldığımız hədiyyəni hansı rəng paketə saracağımız haqqında müzakirə edirdik.

Mən sıraya düzdüyümüz rəngli hədiyyə paketlərinə baxdım.

-  "Məncə mavi olsun. Həm gözəl rəngdir həm də, üstünə "Ad günün mübarək" yazılıb." Amma deyəsən Asya mənimlə eyni fikirdə deyildi. O qərarsızca mənə baxdı

- " Niyə də ki qırmız olmasın?  Axı, o anamın ən sevdiyi rəngdir". Heç düşünmədən cəld etiraz etdim

-  "Bu mümkün deyil  onun üstünə " Yeni iliniz mübarək " yazılıb.  Anamın ad günü isə Oktyabrdadır.  Bu heç düzgün deyil" Asya əsəbi şəkildə aşağıdan yuxarı baxaraq, qalın qaşlarını çatdı

- "Bu qaydaları kim qoyur belə?  Əsas  olan odur ki, bu rəng onun sevdiyi rəngdir və bu onun xoşuna gələcək."

Əslində Asyanın bu uşaqca hrəkətləri normal idi. Çünki o hələ sadəcə 8 yaşındaydı və həqiqətən də uşaq idi.  Oturduğumuz yerdən başımı qaldırıb çalışma masama baxdım. Dərhal, qalın "Dünya tarixi" Kitabı gözümə sataşdı.   Onu görməmək namümkün idi. 900 səhfəyə yaxın yaşıl kitab . Problem kitabı görməyimdə deyildi.  Onu gördükdə sabah üçün oxumalı olduğum 3 paraqrafı xatırladım. Buna görə də, artıq Asya ilə mübahisə etmək yalnız vaxt itkisi olardı. Elə bu vaxt anamın məni səslədiyini eşitdim.  Asyaya diqqətlə baxdım -" Nə edirsən et.  Mən indi gələcəm. Onu hazırla və rəfdə gizlət anam görməsin. Sonra isə otaqdan get. çünki dərs oxuyacam"  Deyib onun cavabını gözləmədən aşağı mətbəxə düşüdüm.  Anama biraz kömək etdikdən sonra  otağıma gedib dərs oxumağı düşünürdüm.  Anam getmək istədiyimi hiss edib  alçaq tonla dedi –"Ayla... gəl otur saçını hörüm"  gülümsədi. Bu artıq bizim adətimizə çevrilmişdi.  Anam tez-tez saçımı hörərdi.  Bu zaman onun gəncliyindəki halına oxşadığımı deyərdi.  Amma bu vaxt anama etiraz etməli oldum. Deyəsən düşüncəli olduğumdan etirazım biraz kobud səslənmişdi. İkimizdə inadla bir birimizə müqavimət göstərirdik. Əslində Anamın qısa saçlarımı hörməsi heç 3 dəqiqə çəkməyəcəkdi. Mən bunu bilirdim.  Hətta, bu bizim mübahisəmizdən belə qısa çəkəcəkdi. Anamda bilirdi ki, o saçımı hörməyədə bilər.  Bütün bunlara baxmayaraq balaca uşaqlar kimi  sözləşirdik.  Biz insanlar beləyik. Ortaq yolu tapmaq bizim üçün hər zaman sonrakı variant olmuşdur. Nəhayət birdən anamın telefonu çalmağa başladı. Zəng edən Atam idi.

Artıq atamla 2 ilə yaxındır ki telefon vasitəsilə əlaqə saxlayırdıq.  O bizim Ailə xərclərmizi ödəmək üçün xaricdə işləmək variantını seçmişdi. Ondan nə zaman gələcəyini soruşduqda isə, "Bu hələ dəqiq deyil" cavabını verirdi.

Mən anamın bütün mübahisəmizi unudub atamla danışdığını gördükdə yuxarı mərtəbəyə - otağıma qalxdım.  Hələdə  üstümdə mənasız bir əsəb vardı.  Buna görə otağıma girdikdə qapını çırpdım.  Sonra Azərbaycansayağı deyinməyə başladım.

Mən bütün paraqrafları oxuyub bitirmişdim.  Son cümlələri oxuduqda gözlərimin artıq buna dözmədiyini və yavaş-yavaş öz axarında yumulduğunu hiss edirdim. Deyəsən ikinci ölüm adladırılan yuxu məni  etiraz edilməz cazibəsilə özünə çəkirdi. Yox! Mən yatmamalıydım. Son cümlələri oxumadan olmaz. Elə bu vaxt köməyimə  yanımda çalan telefon zəngi çatdı. Onun dilxor edici səsi ilə  yuxunun 1 addımlığından qurtuldum.  Gözlərimi ovuşdurub zəng edənin kim olduğuna baxdım. Bu atam idi. İndidə mənə zəng edirdi.  Əgər anamla danışdıqdan sonra o mənə zəng edirdisə, deməli ya mənə verəcəyi suallar var ya da  onların söhbəti çoxda ürəyincə olmayıb.  Atam mənə görüntülü zəng edirdi.  Çox şanslıyıq ki texnalogiyyalar dövrünə təssadüf etmişik . Əks halda, mən artıq atamın görünüşünü unuda bilərdim. Telefonu gülümsəyərək açdım.  Adətən atamın əhvalından asılı olmayaraq o bizlə danışanda gülümsəyirdi. Bu dəfə də təxminimdə yanılmamışdım. O məni görəndə  şən səsi ilə söhbətə başladı.

-" Ayla.... Necəsən?"  Onun bu pozitiv baçlanğıcı yuxum gəldiyini unutdurmuşdu.

-" Çox əla ..."  və  beləliklə biz söhbətə başlamışdıq. O yenə öz gözlənilməz zarafatlarıyla məni güldürməyi bacarmışdı.  Artıq söhbətimizi yekunlaşdırırdıq. Sonda  qapıya baxıb anamın bizi dinləmədiyindən əmin oldum. Çünki o adətən atamın söylədiklərini və ümumiyyətlə səsini eşitmək üçün bizi dinləyərdi. İndi o bizi dinləmirdi, Onun otağının işığı sönmüşdü. O artıq Asyayla yatmışdı. Həyəcanla və tələsərək  sona saxladığım sualı atama verdim

-"Nə vaxt gələcəksən?". Atam nə soruşduğumu anlamışdı.  Gülümsədi, telefon ekranından belə yorğun amma xoşbəxt görünən gözləri qısıldı.

-"Çox az qalıb". Bu o demək idi ki, atam artıq  oktyabrın  25 i Bakıda olacaqdı.  Anamın ad günü 26 oktyabr idi və biz onunla anamın ad günündən 1 gün əvvəl gəlməyini planlaşdırmışdıq.

Mən artıq sağollaşacağımızı düşünərəkən  atam təmkinlə sözə başladı. Deyəsən o da ən həyəcanlı sözünü sona saxlamışdı. Hətta sırf bunun üçündə zəng etmiş ola bilərdi.

-"Ayla ananla danışdım. O çox solğun görünürdü.  deyəsən son günlər kefi yaxşı deyil. O söhbət boyu bir dəfə belə gülmədi. Səndən sadəcə bir xahişim var,  ona onu necə çox istədiyimi və sevdiyimi de. Əminəm ki,  o gülümsəyəcək" – Atam haqlı idi çünki anamın yanında onun haqqda danışdıqda o istəməsə belə gülümsəyirdi. Mən ona bunu edəcəyimə söz verdim.  Atam sonda  gülümsədi

-" Bunu ona söyləmək üçün gecikmə"

-" Sən də gecikmə" Mən onun 25 oktyabr gəlişini nəzərdə tutmuşdum.  Biz beləcə sağollaşdıq.

Kitabımı bağlayıb çalışma masamdan qalxdım.  Qapıya yaxınlaşdım.  Məqsədim atamın qısa, amma, təsirli cümləsini anama çatdırma idi. Sonra anamın artıq yuxuya getdiyini xatırladım. Saat çox gec olmuşdu. Əlimi qapının dəstəyindən çəkib yatağıma doğru addımladım. Sonra  geri döndüm, bunu anama deməliydim. "Yuxulu olsa da deməliydim." Əlimi qapının dəstəyinə yenidən qoyanda  yenə duruxdum. Nə idi axı, məni tələsdirən? Bunu sabah da edə bilərdim. İçimdəki bu şübhəli hisslər niyə vardı?  Dərin düşüncələrdən ayılaraq anamla mübahisəmizi xatırladım. Bu əla bəhanəydi.  Deməli  mən atamın sözlərini ona sabah aramız düzələndə çatdıracaqdım.  Bu  bəhanə ilə dərin yuxuya getmişdim.

Yataqdan yuxulu-yuxulu başımı qaldırıb  saata baxdım. Səhər saat 9 da təlaşla oyanmışdım.  Çünki anam məni oyatmamışdı. O unutmuşdu.  Mən universitetə gecikirdim. Anamla dünənki mübahisəmi tamam unutmuşdum və artıq yeni mübahisəyə hazırlaşırdım. Mən mətbəxə gedəcəkdim  və anama "Axı sənə demişdim saatım çalmasa məni 8 də oyat.  Sən bilirsən ki, o bəzən işləmir" deyəcəkdim. Piləkanlardan tez-tez aşağı endim və mətbəxin qapısını böyük təşviş və surətlə açdım.  Amma gördüyüm mənzərə hər zamankindən fərqliydi.  Mətbəx dünən necəydisə indidə eləydi. Anam oyanmamışdı. Bizə səhər yeməyi hazırlamamışdı.  Amma o həftə sonu olsa belə, saat 7 də oyanardı.  Amma o gün heç bazar günü də deyildi.  Qulağıma birdən bacım Asyanın hönkürtü ilə ağlama səsləri gəldi. Onun nə dediyini tam anlamırdım. Mən sadəcə " oyan ....... oyan ..." sözlərini anlaya bilirdim. İradəsizcə səs gələn otağa- anamın otağına qaçdım. Asyanın bəyaz teni ağlamaqdan qızarmşdı. Onun gecə yatarkən geyindiyi ağ köynəyin önü göz yaşlarıyla boz olmuşdu.  Ən dəhşətli görüntüysə ,  O yataqda uzanmış olan anamın qoluna vuraraq "Oyan ...Oyan mən məktəbə gecikirəm ......oyan" deyirdi.

Gecikmə-(TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin