Limon

589 41 31
                                    




Günlər bir-birinin ardınca gedirdi. Qışın soyuq nəfəsi payızın saralmış yarpaqlarını qovurdu.  Biz yeni normalımıza alışmışdıq. Həftənin 3 günü xəstəxanaya gedirdim  və o gün yenə dərsdən çıxıb xəstəxanaya tələsirdim. İxtisasımla heç bir əlaqəsi olmasada bu mühiti sevməyə başlamışdım. Daha çox  mənim işim oradakı insanları dinləyib, onlara mənəvi dəstək vermək olurdu. Çünki  onlara iynə vurub, dərman verməkdən başqa heç bir tibbi dəstəyim olmurdu. Hər ay məni müxtəlif xəstələrə yönləndirirdilər. Bu dəfə qayğısına qalmalı olduğum xəstə bizim "Limon " adlandırdığımız balaca Mehdiydi. Onu belə adlandırırdıq, çünki o sözün əsl mənasında sarı idi. O sadəcə 7 yaşındaydı. Bu qədər kiçik və saf uşağın yolu xəstəxanaya yalnız  mərhəmətsiz bir xəstəlik səbəbilə düşə bilərdi. Onda xərçəngin bir növünə rast gəlmişdilər. Bu onun seçimi deyildi. 7 yaşlı olmasına baxmayaraq,  bir çox insanlardan daha əzimli və daha həyat dolu idi. Çox hallarda insanlar ölüm təhlükəsiylə üz-üzə qaldıqda bu qədər həyatı yaşamağa maraqlı olurlar.  Amma Mehdi daha "yaşam" kəliməsini qavramamışdı. Onun belə həyat dolu olmağının sirri çoxda anlaşılmaz deyildi. O sadəcə uşaq idi. Məncə uşaqlıq bizə hədiyyə edilmiş ən gözəl dönəmdir. Əgər, ətrafında gülüşünə səbəb olacaq insanlar varsa.  Mehdi şanslı idi , çünki onun kiçik  gülümsəməsi üçün  arxasında gecə-gündüz yanından ayrılmayan 4 nəfərlik ailəsi dururdu. Onlar artıq xəstəxanda qalmamalıydılar. Həkimlər buna icazə vermirdi. Mehdinin 1 aylıq müalicəsində onlar yalnız gün ərzində müəyyən müddət onu görə bilərdilər. Onun müalicəsində yaxından iştrak edən Nərgiz həkim, onun dərmanlarının vaxtı-vaxtında verilməsi və iynələrinin vaxtı-vaxtında vurulması işini mənə tapşırmışdı. Bu səbəbdən,  1 ay boyunca  bütün günümü onunla keçirəcəkdim. Əslində həyat dolu 7 yaşlı bir uşaqla 1 ay heçdə çətin keçməyəcəkdi. Çünki  mən onunla  xəstəxanaya gəldiyi ilk gündən tanış olmuşdum. Həkimlər onun valideyinləriylə uzun söhbət edən zaman biz palatada maraqlı oyunlar oynayırdıq. Hətta, bütün xəstəxana heyətinin onu "Limon" adlandırmsının səbəbi də mən idim.

   O ilk xəstəxanaya gəldiyi gün, nə üçün gəldiyini bilməsədə ağlayırdı. Ümumiyyətlə normal uşaqlar kimi bu mühiti sevmirdi. Onun ilk gəldiyi gün valideyinləri Nərgiz həkimlə söhbət edərkən mən palatada onunlaydım. O mənimlə danışmaq istəmirdi, sadəcə pəncərədən həyətə baxırdı. ona yaxınlşdım. Nə deyəcəyimi tam olaraq bilmirdim, amma söhbətə hardansa başlamaq lazım idi.

-"Adın nədir? bəlkə, tanış olaq? sənin kimi dosta çox ehtiyacım var" Bu sözlər onun  diqqətini çəkməmişdi. daha cəlbedici bir şey tapmalıydım. Elə bir şey ki, bu onu düşündürsün. Həmin an sadəcə onun sapsarı saçları diqqətimi çəkirdi.  Ona dahada yaxınlaşıb, mən də həyətə baxmağa çalışdım və yenidən cəhd etdim.

-"Səni heç limon adlandırırlar ?"  o gözlərini dikdiyi ağ binadan çəkərək , xəzər mavisi gözləriylə mənə baxdı.  Deyəsən, məqsədimə çatırdım.

-"Niyə limon?" çəkinərək soruşdu.

- "Çünki.... sən limonsan. Sözün əsl mənasında limon" əlilmə arxada duran güzgünü işarə etdim.  Mehdi yavaşca arxaya çevrildi və özünənə baxdı. Bir neçə saniyə sonra onun üzünə balaca bir gülümsəmə qondu. Bu onun  xoşuna gəlmişdi. Bundan sonra o mənimlə uzun-uzun söhbət etməyə başlamışdı. Səmimi tanışlığımız bu qəribə başlanğıcla olmuşdu.

-"Xətəxananın heç sevmirəm. Eyni zamanda,  iynə və dərmanlar heç xoşuma gəlmir. mən onlardan qorxmuram. Sadəcə, xoşuma gəlmir" o özünü heç nədən qorxmurmuş kimi aparırdı.

- "Əminəm ki, elədir.  Amma istəmədiyimiz şeylər bir müddətdən sonra həyatımızın bir parçasına çevrilə bilər."

                                       *******************************************

Gecikmə-(TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin