Günəş batdıqca pəncərədən düşən işığını özü ilə aparırdı. Bu səhnə həyatın ümidlərimizi yavaşca bizdən ayırmasına bənzəyirdi. Gün işığı yavaşca otağı tərk edirdi. Sanki heç kəsin onun getdiyindən xəbəri olmasın deyə bunu səssiz-səssiz edirdi. Otağın getdikcə qaralması onu ələ verirdi. Bakı küləyi səliqəsiz şəkildə o tərəf-bu tərəfə əsdikcə qış aylarında olduğmuzu xatırladırdı.
Mehdi iri mavi gözlərini mənə dikib nağılı bitirməmi gözləyirdi. Bu, bir gündə oxunacaq nağıl deyildi. Mən fikirləşirdim ki biz onu 4-5 gün oxuyarıq Nəhayət , onun digər dərmanının vaxtı yaxınlaşırdı. Mən qaldğımız yerdən kitabın səhifəsini qatlayıb kənara qoydum.
-"Hara tələsirik hə? biz onu axşamda oxuyarıq, hətta sabahda. İndi dərman vaxtıdır" mən onun dərmanlarını hazırlamağa başladım. Özümdə fərqində olmadan bunu daha diqqətlə edirdim. Çünki hər an içərə təlaşlı bir həkim girib məni ittiham edə bilərdi.
-"Mən sadəcə, nağılın sonunda balaca oğlana nə olacağıyla maraqlanıram. Nağılın sonunu görmək istəyirəm" Mehdi gülümsəyərək dedi.
-"Biz bunu 1-2 günə öyrənəcəyik Limon. Amma indi sən bunu içməlisən" balaca mavi dərmanı və rəngli stəkandakı suyu ona doğru uzatdım " yoxsa, Səlim həkim gəlib onu sənə 23 saniyə gec verdiyim üçün əsəbləşəcək "Səlim həkimin kobud səsiylə " Sən dərmanı hələ ona verməmisən?" dedim. Elə bu vaxt o, qapıdan içəri girdi.
-" Mehdi dərmanını içdi?"
-" İçdi"
-" Nə vaxt ?"
-" İndi"
o dərhal qolundakı saatına baxdı.
-"Axı 1 dəqiqə keç....." Biz Mehdiylə bir birimizə baxıb gülüşdük.
O əsəbi qaşlarını çataraq saatına baxmağa davam edirdi.
-"Axı, nəyə gülürsüz?"
-"Həkim, o dərmanı tam vaxtında, 1 dəqiqə əvvəl içib. Narahat olmayın" Mən baxışlarımı ciddiləşdirməyə çalışdım. Mehdi isə hələ də gülürdü. Bu, həkimi narahat etmirdi. Bir uşaq gülüşü sizə həyəcan və ümiddən başqa duyğu bəxş edə bilməzdi.
Səlim həkim indi, əsəbi baxışlarını sadə baxışlarına çevirmişdi. Onun bir həkim olaraq belə nüanslara çox önəm verdiyini bilirdim, amma məncə, o bəzən reaksiyalarını həddən artıq göstərirdi.
*******************************
Mən aşağıda-bufetdə oturub, sabaha olan dərslərimi çatdırmağa çalışırdım. Mən otağı tərk etmişdim çünki, Səlim həkim Mehdini müalicə edirdi. Nə etdiyini tam olaraq bilmirdim. Hərhalda o Mehdinin baş həkimi idi və Mehdi burada kefindən qalmırdı. Biz onun tez sağalması üçün əlimizdən gələni etməliydik.
Üstündən 2 il keçməsinə baxmayaraq mən hələdə qalın "Dünya tarixi " Kitabını oxuyurdum. Sadəcə zaman və məkan fərqliydi. Ən böyük fərqsə, artıq mən kitab oxuyarkən otağıma dərslərimi rahat çalşım deyə 1 stəkan çay gətirəcək anam yox idi. Bu qalın yaşıl üzlü kitab mənə hər zaman, bir parça peşmanlıq hissi gətirərdi. O qəddar duyğu ki, bizə heç bir zaman 2-ci şans vermir. Öz peşmanlıq hissimi Hitlerin 2 ci dünya müharibəsi zamanı etdiyi vəhşilikləri oxuyaraq yatışdırırdım. Mənim etdiyim onun etdiklərinin yanında nöqtədən belə balaca qalırdı. Məni bu qarmaqarışıq hisslərdə boğulmaqdan,
-"Tarix oxuyan tibb bacısı. qəribədir" cümlələri qurtarmışdı. Lakin kobud səsi eşitdikdən sonra öz qarışıq hisslərimdə boğulmağa üstünlük verdiyimi anladım.
ŞİMDİ OKUDUĞUN
Gecikmə-(TAMAMLANDI)
Ficción General"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itir...