İndi bu yazılar öz rəsm sərgimdən yazıram. Rəsm sərgimin ən bəyənilən rəsmi anama çəkdiyim rəsm oldu.İndi həyatımda bəzi dəyişikliklər var. Özümündə gözləmdiyim dəyişikliklər. Səlim yanımdadır. Hələdə. O mənə bəzi şeyləri demək üçün gecikmədi. İndi onu çox vaxt gülərkən görə bilərsiz. Hələdə xəstəxanada işləyir. Bu günə qədər bir çox uşaq əməliyyatına girib və hamsını uğurla tamamlayıb.Bəzən çəkdiyim rəsmlərə kiçik ssenarilər yazır. Amma çox qəşəng yazır. Ssenariləri düşündüyü kimi film sektorunu dəyişdirmir,amma mənim pis əhvalımı 180 dərəcə dəyişdirir.
Yaşım o qədərdə çox deyil, amma bəzi şeylər öyrəndim.
Bu həyata gəlirik və bəzilərimiz həyatın mənasını anlayacaq qədər uzun qalmırıq,Bəzilərimiz uzun müddət həyatda olsaqda anlamırıq,Bəzilərimiz anladığını düşünür ,amma fikrimcə həyat 1 ömürə sığacaq qədər kiçik bir anlam kəsb etmir.Bəlkədə ,elə həyatın oyunuda budur ,Səni dünyayla tanış edir bəzən bir məqsədin bəzən bir istəyin arxasınca qaçdırır ,sonra isə mənasını anlamağa icazə vermədən səni geri alır.Qəribə həyatdır həm öldürü həm güldürür.Həyatı dərk etməyə çalışarkən sevdiklərnizi unutmayın .Bəlkədə onlar dərk edəcəyniz ən dəyərli anlamdır.Gec olmadan "Yaxşı ki ,varsan""səni sevirəm" kimi sizin üçün sadə qarşınızdakı üçün böyük anlam ifadə edən sözləri işlətməyi unutmayın.Sevin,Gülün, Bir insan gülümsəməsinə səbəb olun.
İnanın ki ,siz gülümsəməyi bacardıqdan sonra həyatın sizi məğlub etməyi çoxda ağılabatan məsələ deyil.
Həyat nağıl deyil. Hələ də davam edir. Bu bir kitabın sonu, birininsə başlanğıcıdır.
![](https://img.wattpad.com/cover/255121287-288-k953746.jpg)
ŞİMDİ OKUDUĞUN
Gecikmə-(TAMAMLANDI)
General Fiction"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itir...