Əlim hələdə qapıda idi. Onun danışmağını gözləyirdim, o da mənim əlimi qapıdan çəkib otaqda özümə bir yer tapmağımı gözləyirmiş.Uzun müddət çəkən gözləntilərdən sonra mən içəri keçib dərman rəfi olan divarın küncündə dayanmışdım. Elə bunu gözləyirmiş kimi danışmağa başladı.-"Mən əvvəl belə deyildim" bir daha təkrarladı. Gözlərini dərmanlara dikib danışırdı. Bu onun xasiyyəti idi. "Böyük qardaşım Fərhad, uşaqlıqdan hər zaman insanların dərdlərini dinləyər və onlara kömək etməyə çalışardı. Hər zaman saf qəlbli idi. İnana bilmirdim ki, bir insanın ürəyi bu qədər təmiz olsun. Yəni, insanın içində bir parçadamı şeytani əlamət olmaz? Nə qədər ağır vəziyyətdə olursa olsun, heç kimin yardım istəyini geri çevirməzdi. Onun üçün öz sağlamlığı, xoşbəxtliyi, arzuları hər zaman 2-ci planda idi. Elə öz gələcəyinidə başqalarının gülümsəməsi üzərində qurmağı düşünürdü . Bunun üçün gecə- gündüz demədən çalışıb , həkim olmağa qərar verdi. Elə də edirdi. Hətta deyirdi ki mən sadəcə baş həkim olmayacam, ən yaxşı baş həkim olacam"
Bu zaman Asyanı xatırladım və özümdən xəbərsizcə gülümsədim.
-"Ailəm də onunla buna görə fəxr edir, hər yerdə ondan fəxrlə danışırdı. Nə yalan deyim birazda olsa içimdə şeytani qısqanclıq hissləri baş qaldırırdı. Amma bunu heç vaxt büruzə verməzdim. Biz yaxşı ikili idik. Hər çıxılmaz vəziyyətdə bir-birimizə dəstək olardıq. Yəni, qardaş sözünün haqqını verirdik" Susdu biraz düşünüb davam etdi "Mənsə, ondan tamam fərqli dünyalarda yaşayırdım. Atamın aldığı mavi üzlü dəftər vardı. o dəftərə ağlıma gələn kiçik reallıqdan kənar hekayələri yazardım, amma bunu heç kimə deməzdim. İnsanların mənə güləcəyini düşünürdüm. Kim balaca uşağın "uça bilən insanlar" haqqda yazdıqlarını uğurlu hesab edər ki? Hələ Frərhadın yaşından böyük duruşunun yanında ? Sonradan yazdığım hekayələr reallığa yaxınlaşmağa başlayırdı. O zaman anlamışdım ki, mən ssenarist olmaq istəyirəm. "
Bu anda mən ucadan gülə bilərdim. Amma özümü tutdum. Səlim həkim kimi ciddi birinin rəngli ssenarilər yazmaq fikri belə insanda gülüş hissi oyadırdı. Sonra gördüm ki mənim gülüşümü gizlətməyə ehtiyac yox imiş, çünki artıq o da gülürdü .
-"Yazdığım ssenarilərlə ölkənin film sektorunda yeniliklər yarada biləcəyimi düşünürdüm. Özümü yeni dövrün " Oqtay Eloğlusu" hesab edirdim. Bu düşüncələrimi atamın 1 cümləsi silib aparmışdı. O məni yanına çağırıb demişdi ki, "Bax Fərhad gələcəyini necə diqqətlə qurur. səndən də bunu görmək istəyirəm ". Atam da mən də yaxşı bilirdik ki, incəsənət adamları nadir hallarda yaxşı pul qazanır. Buna görə məndə könülsüzcə qardaşımın yolunu seçmişdim. Hətta, mən yox, bu yolu valideyinlərim seçmişdi. Mən dərslərimi yaxşı oxuyurdum. Bu işin bütün sirlərini dərindən öyrənməyə çalışırdım. Fərhad mənə çox kömək edirid. Amma heç vaxt onun qədər uğurlu ola bilmirdim. Bir işdə nə qədər bacarıqlı olsan da, sevgisiz görülən iş uğursuzluqla nəticələnəcək. Hər kəs bu yolun mənim öz seçimim olduğunu düşünürdü. Cəmiyyətin düşüncələri o qədər ətrafıma yayılmışdı ki, özümdə həqiqətən bu yolu seçdiyimə inanmışdım. Bəlkə də, bunun səbəbi 1 nəfərin belə gəlib məndən həqiqi arzularımı soruşmaması idi. "
Mən fərqində olmadan rəfin yanındakı çarpayıya oturub, maraqlı hekayə dinlərmişcəsinə onu dinləyirdim. O isə sanki illərdir bunu rahatlıqla danışacaq adam axtarırmış kimi dayanmadan danışırdı.
-"O burdakı təhsiliylə kifayətlənməyib, xaricdədə müəyyən araşdırmalar etdikdən sonra Bakıya geri gəldi. Bu xəstəxanda işə başlamışdı. Məndə praktik olaraq hər zaman onun yanında olurdum. Yadımdadır o həmin vaxtlar QİÇS ilə əlaqəli lenfoma müalicəsini araşdırıdı. O bir çox əməliyyatlara girirdi və onların əksəriyyəti uğurlu keçirdi. Əgər Əməliyyat uğursuz keçərdisə, ki, bu çox nadir hallarda olurdu, Fərhad günlərcə özünü bunda günahlandırır və özünü otağa qapadaraq daha dərin araşdırmalar edirdi. Bizim xərçəngin bir növü olan Hodgkin lenfomadan əziyyət çəkən bir uşaq xəstəmiz vardı. Onun müayinəsi və müalicəsi qardaşımda idi. Müalicə çox yaxşı gedirdi. Gündən-günə onun sağalacağına ümidlər artırdı. Lakin onun vəziyyəti birdən-birə ağırlaşdığı üçün, onu əməliyyata aldıq. Məndə əməliyyatda idim. Əlimdən gələn hər şeyi edirdim, bütün biliklərimi ortaya qoymuşdum. O anı heç unutmayacam. Qardaşım mənə çox məyus şəkildə baxırdı. " Biz uduzduq " dedi "Lenfoma qalib gəldi". Hadisədən aylar keçsədə o əməliyyatda iştrak edib- etməyən hərkəsi; bütün xəstəxananı günahkar sayırdı. İçi özü qarışıq. Əslində məndə özümü günahkar hesab edirdim, çünki bu mənim girdiyim ilk əməliyyat və qardaşımın itirdiyi ilk uşaq xəstə idi. Bilirdim qardaşım mənim uğursuz olduğumu düşünür və üzdə büruzə verməsədə içində bir yerlərdə məni bağışlamırdı. Bu hadisədən sonra aramıza analşılmaz bir yadlıq daxil olmuşdu. biz...."
O gözünü dikdiyi rəfdən hələ indi qaldırıb, mənim oturub maraqla onu dinlədiymin fərqinə vardı. Gülümsədi qol saatına baxıb davam etdi.
-" Nəysə çox uzatdım....Sonra bir neçə il keçdi , artıq mənidə xəstəxanda savadlı bir həkim olaraq görürdülər. Düzdü, mən yenədə qardaşım qədər uğurlu deyildim, amma pis də sayılmazdım. Keçən il gözləmədiyim həqiqətlə qarşılaşdım. Hər nə qədər aramızda soyuq divarlar hökm sürsədə, sevimli qardaşımında infeksyon bir xəstəlikdən əziyyət çəkdiyini öyrəndim. Ən pisi də o idi ki, o artıq bunu bizdən uzun vaxtdır gizlədirmiş. Bunu öyrəndiyimdə artıq infeksiya onun bədəninə tamamən yayılmışdı. Onun müalicəsi ilə məşğul olmağı təklif etdim, amma mənə artıq başqa həkimin onunla məşğul olduğunu dedi. Mən heç cür anlamırdım o özü həkim idi və ətrafı həkimlərlə dolu idi niyə buna ciddi yanaşmırdı? ondan niyə əməliyyat olmadığını soruşdum. O əməliyyatdan qorxa bilməzdə. Bu çox mənsaız olardı. O cavab verdi "Mənim o əməliyyatdan ölü çıxma ehtimalım sağ çıxma ehtimalımdan daha çoxdur. İndi icazə ver nə qədər ki sağam, insanlara kömək edim" Fərhad yenədə öz sağlamlığını başqalarının sağlamlığına dəyişmişdi. Və sonda nə oldu bilirsənmi?"
Onun gözləri kinayəli şəkildə parladı üzünə əsəbi bir gülüş qondu.
-"Sonda saf duyğular yenə məğlub oldu hər zaman olduğu kimi. Sonda yaxşılıq məğlub oldu hər zaman olduğu kimi. Sonda qələbə bayrağı yenədə pis niyyətlərin əlidə idi. Hər zaman olduğu kimi"
Sözün düzü mən bu qismini tam dərk etməmişdim. Çünki o qardaşının öz arzularını başqalarının arzularına dəyişdiyini bilirdi. Bunu indicə özü demişdi. Nə idi onda bu qədər nifrətə səbəb olan? Sualımın cavabı çoxda gec gəlmədi o söhbətinə davam edirdi.
-"Onun müalicəsi ilə maraqlanan həkim. Xəstəxananın ən bacarıqlılarından idi. Onu Fərhadla bir tutardılar. Mən hər zaman onun Fərhada həsəd apardığından şübhə edərdim. Fərhadsa bunların boş düşüncə olduğunu deyərdi. O öz rolunu elə gözəl oynayırdı ki, məndən başqa heç kim ona şübhə ilə yanaşşmırdı. Mən Fərhadın o ən yaxşılardandır deyə müalicəsi üçün onu seçdiyini düşünürdüm. Sonra öyrəndim ki bu özünün fikri imiş. Daha sonra öyrəndim ki o nəyinki müalicəni məsuliyyətsiz edir, hətta Fərhad xəstəxandan tez getsin deyə müalicədə yalnışlarada yol verirmiş. Öz maraqları uğruna bir insan həyatı ilə oynamışdı. Bəlkədə, daha çox"
Mən burda onun Fərhadın müalicə edəcəyi xəstələri nəzərdə tutduğunu bilirdim.
-"Sonra nə oldu?"
-" Sonra onun bütün xəstəxananı aldatdığı üzə çıxdı. Amma nə fayda ? Onun pis niyyəti qalib gəlmişdi. Cəmiyyətin deyiminə görə o sonra öz layiqli cəzasını aldı, Lakin mən elə düşünmürəm."
-"Ona nəsə etməyi düşünürsüz? "
-Əslində hə. Məni bu düşüncələrimdən qardaşımın "Nifrət, kin, pis niyyət elə hisslərdir ki sən haqq yolunu axtararkən haqqsız vəziyyətinə düşə bilərsən" cümlələri çəkindirir
-"Məncdə qardaşınız çox haqlı bir ifadə işlədib " Sözün düzü nə deyəcəyimi bilmirdim. Ona görə sönük cümlələrlə ona cavab verdim.
-"Bax Ayla, ona görə deyirəm ki, tibbi nə siyasətlə, nə də başqa şeylə qarışdırmayaq. Mən başqa insanların məsuliyyətsiz həkimlərə görə həyatlarını riskə atmağını istəmirəm. Bunun sənlə heç bir əlaqəsi yoxdur. Burda olduğun müddətcə işinə ciddi yanaşmağını xahiş edəcəm. Mən qardaşıma söz vermişdim ki , tanıdığım və tanıyacağım bütün həkimləri məsuliyyətə dəvət edim. Düzdü, heç bilmirəm o məni eşidib, ya yox . Çünki mən bunu ona ölümü təsdiqləndikdən sonra deyə bildim. Mən onun hələdə məni eşitdiyinə inanırdım. Bəlkə bilərsən.... buna tibbdə yarım ölüm deyilir... Bu....."
Həkimin sözünü kəsib neçə ildir axtardığı oyuncağı tapmış uşaq kimi qışqırdım.
ŞİMDİ OKUDUĞUN
Gecikmə-(TAMAMLANDI)
General Fiction"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itir...