sehrli toxunuş

404 26 35
                                    


Saatlar idi ki, otağın önündə gözləyirdim. İndi içəridə sadəcə 3 həkim vardı. Digərləri isə, getmişdi. Məndə sanki heç burda işləmirəmmiş kimi Mehdinin valideyinləriylə gözləyirdim. İçəri girməyə cəhd etsəm də  Səlim həkim gözləməli olduğumu söyləmişdi. Mehdinin anası dayanmadan mənə suallar verirdi. Atası sağa-sola getməkdən  dəhlizin hər hissəsini əzbərləmişdi. Sonda onları hava almaq üçün həyətə çıxmağa razı sala bildim.

Gözümü qapıya dikmişdim. Hər an açılmağını gözləyirdim. Saatlar irəliləsdə qapıda heç bir hərəkət yox idi. Sanki əməliyyat otağının önündə gözləyirdim. Axı ,bu niyə bu qədər uzun çəkmişdi? Bəlkə də, düşündüyüm qədər çox vaxt keçməmişdi , amma həmin an saniyələr çox yavaş keçirdi. Gözlərimin yumulmasına mane ola bilmirdim. Çox qəribə idi, orda Mehdiyə nə olduğunu bilmirəm ,amma gözlərimə hakim olmaqdan başqa bir vacib işim yox idi. Hər halda bunun adı əlacsızlıqdır. Amma daha dözə bilmirdim. Nə onun valideyinlərinin fəryadına , nə də  heçnə etmədən oturmağıma.

Nəhayət,  qapı açıldı və məni özünə doğru çəkən yuxunu qovdu. Otaqdan 2 həkim və 1 tibb bacısı çıxdı.  İlk çıxan tibb bacısı  tələsərək Mehdinin valideyinlərinin yanına getdi. Nərgiz həkimdə  onun ardınca otaqdan çıxdı mənə tərəf döndü, sonra yenə geri döndü  və elə heçnə demədən də onun ardınca getdi. Mən barmaq uclarım üzərinə qalxıb içəridə Mehdini görmək istəyirdim. Bunun heç bir faydası yox idi, çünki sonda Səlim həkim otaqdan çıxdı və tam qapının önündə dayandı .  İndi lap, stulun üzərinə qalxsam belə  mən heçnə görə bilməzdim. Ondan bir açıqlama gözləyirdim.Əksinə o mənə heç baxmırdı. Artıq getdikcə özümü görünməz hiss etməyə başlamışdım. 

-"Həkim , ona nə olub?"

-"Ən tez zamanda o əməliyyat olmalıdır" sözü heç uzatmadan adi bir xəbər verirmiş kimi söylədi.

-"Axı niyə? hər şey yaxşı gedirdi" Öz xasiyyətinə uyğun olaraq indi ondan elmi bir açıqlama gözləyirdim. Düşünürdüm ki,  Mehdinin səhətində nə baş verdiyini o mənə bütün detaları ilə danışacaq. Onun cavabı gözlədiyimdən qısa oldu.

-"Həyat bizim qoyduğumuz proqnozlarla getmir. Öz bildiyini edir"

-"Əməliyyatdan sonra nə olacaq?"

- "Əgər uğurla keçsə, yaxşı olacaq" Ona verəcəyim sualların çox olduğunu görüb, başlamadan sözümü kəsdi. "Nərgiz həkimlə mənim əməliyyatım olacaq,indi Mehdi səni görmək istəyir.get."

                                             ****************************************************

Mehdinin rəngi o qədər ağarmışdı ki, indi ona limon demək olmazdı. Gözləri  də əvvəlki kimi ümidlə parlamırdı. Qəddar həyat hələ onu bizdən almamışdı. O burda idi. yanımızda. Amma gülüşünü aparmışdı. Onun uzandığı yerə yaxınlaşdım. 

-"Yaxşısan ?" Əslində onun halını mən " Necəsən ? özünü necə hiss edirsən ?  hələdə halın pisdir? " kimi eyni məna kəsb edən sözlərlə də soruşa bilərdim.Bir yerdə oxumuşdum,  qarşımızdakından müsbət cavab almaq üçün biz də , ona müsbət emosiya ötürə bilərik. Mənim "Yaxşısan ?" sualımı inkar etsə belə hər halda onda yaxşı olmaq üçün bir ümid yaranacqdı. Yəni 1 sözünüzlə insanlara müsbət enerji siqnalları ötürə bilərsiniz. Buna el arasında "yaxşı tərəfindən baxmaq" deyilir.

 Elə gözlədiyim cavablardan birini də aldım.

-"Səlim həkim dedi ki, daha yaxşı olacam"

Gecikmə-(TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin