Mehdinin günü gündən yaxşılaşması , hər kəsə kiçik bir təbəssüm gətirmişdi. Bütün xəstəxana ondan danışırdı. Hətta, adı artıq "Limon " yox "Xərçəngə qalib gəlmiş uşaq " idi. Bu xəstəlikdən əziyyət çəkən hər kəs bu 7 yaşlı qəhrəmanı danışırdı. Onun qalibiyyəti hər kəsə inanc gətirmişdi. Ən əsasıda , onun məsum gülüşünü geri qaytarmışdı. O artıq istədiyi kimi məktəbə gedəcək, yaşıdlarıyla danışacaq, istədiyi qədər qar topu oynayacaqdı. Artıq ona qəribə qadağalar qoyan olmayacaqdı. Gələcək üçün planları həyəcanlı və böyük idi.
Əməliyyatdan sonra onunla danışdıqda mən ona nağılımızı tamamlamağı təklif etdim. O isə yalnız 1 cavab verdi.
-"Mən bilirəm, sonda şəhzadə qalib gəlir. bunu sən özün dedin ,"
Deməli , o gün gözlərim yanılmırmış. Mən o təbəssümü görmüşəmmiş.
Mehdini evə yola salanda içimizdə qələbə sevinci və ayrılıq kədəri vardı. İkisi birlikdə adı qoyulmamış qəribə bir hissi ortaya çıxarır.
O bəzən xəstəxanaya yoxlanışlar üçün gəlirdi .
***********************
Mən sadəcə 1 xəstəylə deyil, müxtəlif xəstlərlə maraqlanırdım.Bu dəfə mənə tapşırılan xəstə biraz fərqli idi. Əgər ona xəstə demək olardısa. Bu 55 yaşlı Firuzə xala idi. Yaşının belə çox olmasına baxmayın, o sözün əsl mənasında bizdən sağlam və gümrah idi. Bəs niyə burdaydı ? Yaxın zamanlarda çox kiçik bir maşın qəzasının iştrakçısı olmuşdu. Demək olar ki, qəzada heç yaralanan yox idi. Firuzə xala isə həyəcanlanıb qorxduğu üçün huşsuzluq keçirmişdi. İndi o 2 gün idi ki xəstəxananın otaqlarından birini zəbt etmişdi. Hətta otağıda özü seçmişdi. Həkimlər ona heç bir problem olmadığını və evə getməli olduğunu deyirdilər. Amma kimə deyirdilər ?Biraz inadçı qadın idi. Yaxınları baş həkilmlərlə danışaraq 1 həftəlik onun burada qalmasına razı salmağa çalışmışdılar. Biraz problemli olsada sonda icazə almışdılar. Bəs mən bu sağlam qadına necə qulluq edirdim? Gündə 1 dəfə vitaminlərini verirdim və bəzən boş olduqda söhbət edirdik. Səlim həkimin güvənsizliyinə görə çox vaxt mənim işlərim başqa tibb bacılarına yönləndirilirdi.Boş vaxtdan bolluq idi. Bəzən özümü Firuzə xala kimi hiss edirdim. Hər kəs 1 həftə sonra onun getməsini gözləyir. Eynilə, Səlim həkimin xəstəxananı tərk etməyimi səbirsizliklə gözlədiyi kimi.
Ümumi otaqda vurulan iynələri toplayıb atdıqdan sonra, Firuzə xalanın yanına getdim. Bu dəfə boş söhbətə getmirdim. Onun "çox vacib" vitamin içmək vaxtı idi. Çox qəribə situasiyadır. Görəsən həkimlər onun belə burada qalmasına necə razı olmuşdular? Ailəsi nə qədər pul təklif etmişdi ? Evdə bu qadın istənmirdimi?Ya bu qadın evə getmək istəmirdimi? Yenə ağlımda bir çox suallar vardı.
Otağına daxil olmuşdum. Otağı özü seçmişdi. Sanki oteldə özünə otaq tuturdu. Xəstəxananın ən geniş və ən yaxşı işıq alan otaqlarından idi. Divara iplərdən hördüyü qəribə fiqrlardan asmışdı. Evə zəng edib xüsusən üstü şəkilli yorğanını gətizdirmişdi. Sanki burda yaşamağa hazırlaşırdı. İçəri girəndə o öz kiçik fincanı ilə oturub çay içirdi. Bu mənzərəyə baxaraq ciddi olmaq mümükün deyildi. Gülməyimi gizlətmirdim. Çünki onun yanına gələn hər kəs eyni reaksiyanı verirdi.
-"Nə ? Yoxsa dəli olduğumu düşünürsən ? Kaş elə olaydı . Aşağıda psixoloji otaqlar var. Çox gözəldir. Orda qala bilərdim."
-"Yox elə düşünmürəm."
-" Düşünədə bilməzsən . Özün gördün ki, testlərin hamsından uğurla keçdim. Gəl otur "
![](https://img.wattpad.com/cover/255121287-288-k953746.jpg)
ŞİMDİ OKUDUĞUN
Gecikmə-(TAMAMLANDI)
Ficção Geral"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itir...