Tanıdıq sima

619 44 65
                                    

Həyatımızı dəyişdirən, bizim üçün ən dəyərli insanlardan birini alan, anamı yalnız xatirələrdə yaşadacaq o gündən 2 il keçmişdi. Bu cür yaraların dərmanı zaman deyil, sən sadəcə ona alışırsan, amma heç vaxt unutmursan. Atam hər zaman "Bir insan dünyanı tərk etdikdə yox, unudulduqda ölür" deyirdi. Bizdə buna görə, anamı hər zaman xatirələrdə yaşadırdıq. Asya onun bizi gördüynə inanır və hər zaman onun xoşuna gələcək hərəkətlər edirdi. O, tibb bacıları üçün olan kursa yazılmışdı. Yaçı bunun üçün balaca olmasına baxmayaraq, o indidən gələcəyin addımalyır ən xırda detalları öyrənirdi. Amma onun hədəfi daha yüksəklərdə idi. O baş həkim olmaq istəyirdi. O qədər əzmlə çalışırdı ki, artıq bu peşəni həqiqətən sevdiyini anlamışdım. Atam özünə yeni iş tapmışdı. Hər səhər bizi maşınla dərsə apardıqdan sonra işə gedir, axşam saat 9 da evə gəlirdi. O dəyişməmişdi, yenə də bizi güldürmək üçün əlindən gələni edirdi, amma artıq özü hər zamanki kimi gülmürdü. İnsanlar həyatımızdan birdəfəlik çıxdıqlarında bizdən nəyisə alırlar. Deyəsən, anam atamdan gülüşünü almışdı, və onu geri gətirməyə niyyəti yox idi. Mən də həm dərsə gedir, həm də ərazi xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərirdim.

Bir gün yenə dərsdən sonra xəstəxanaya getmişdim. Mən adətən bura gələn bəzi xəstələrə iynə vurmaq, ya da yaraları sarğıyla bağlamaq işinə baxırdım. Ən pis halda, mən həkimlərin iş alətlərini sterilizə edirdim. Axşam olmuşdu, nəhayət ki, xəstələr azalmışdı. Çox vaxt həkimlər günün bu hissəsində bufetdə söhbətləşərək çay içirdilər. Mənsə sabaha olan dərslərimi çatdırmaq üçün ümumi xəstə palataları olan yerdə dərs oxuyurdum. Hətta, dərslərim çox olanda bəzən orada yatıb qalır, səhər dərsə ordan gedirdim. O gün yenə dərslərim çox idi. Mən xəstə palatalarının birində yuxulamışdım.

Səhər gözlərimi açmamışdan əvvəl qulağıma səslər gəlirdi. Ya kimsə öz-özünə danışırdı, ya da telefonla danışırdı. Sonra öz-özünə danışan adamın səsi kəsdi. Mən hələdə yuxudan oyanmaq qərarında deyildim. Ta ki, kiminsə qoluma iynə vurub sistem qoşduğunu anlayana qədər. elə o andaca yerimdən atılıb qalxdım. Önümdə ağ xələtdə, uzun boylu, sarışın, 24-25 yaşlarında bir həkim qoluma sistem qoşmağa çalışırdı. Bu mənzərəni gördükdən sonra dünən mənə nəsə olub olmadığını xatırlamağa çalışdım. Yox, mənə heçnə olmamışdı, mən dərs oxuyarkən burada yuxuladığımı xatırlayırdım. elə isə, indi bu tanımadığım adam mənə niyə xəstə kimi davranırdı? Oyandığımı gördükdən sonra sanki normal bir şey edirmiş kimi heç nə demədən işinə davam edirdi.

-"Siz nə edirsiniz?"

başını mənə tərəf çevirib gülümsədi.

-"Deməli xəstəmiz oyandı" bunu eşitdikdən sonra daha da təəccübləndim.

-"Nə?...Xəstə?" O isə öz sadə danışıq tərziylə davam edirdi.

-"Yəqin ki,  Nərgiz həkimin xəstəsisiniz . O mənə bu gün yeni xəstə haqda danışmışdı"

- "Yox, mən Nərgiz xanımın xəstəsi deyiləm. Mən xəstə deyiləm" Mənə diqqətlə və ciddi şəkildə baxdı. Sanki nəyisə düşünərkən xatırlamışdı.

-"Yoxsa,  psixoloji tramva?" Mən heçnə başa düşməmişdim. Amma mənə icazə vermədən yenə özü danışırdı.

-"Əgər, elədirsə siz 2 ci mərtəbədə olmalısınız."

- "Xeyr, mən indi universitetdə olmalıyam" saatıma baxıb təlaşla sistemi çıxarmağa çalışırdım.

-"Siz nə edirsiniz? Nərgiz həkim gəlməmiş sizi buraxa bilmərəm." Bu məni dahada əsəbləşdirmişdi.

- "Niyə başa düşmürsünüz axı? Mən burada işləyirəm,  gecə də burada yatıb qalmışam. indi isə getməliyəm bu gün mənim iş günüm deyil" bu zaman onun simasına diqqətlə baxdım. Bu həkim mənə hardansa tanış gəlirdi. Amma indi onu xatırlamağın yeri deyildi. təkrardan sözümə davam etdim  "Həm də mən sizi heç burada görməmişəm. Əsl mən sizin həkim olduğunuza inanmıram"

-"Siz mənim tanımadığım birinə sistem qoşaraq onu öldürməyə çalışan psixoloji xəstə olduğuma inanırsız?"

-"Xeyr, mən elə ifadə işlətmədim"

-"Amma o mənaya gəlir"

Bu zaman mənim adətən kömək etdiyim baş həkim Nərgiz xanım içəri girdi.

-"Səlim, axı sən kimlə mübahisə edirsən? " elə həmin an, bir qoluma sistem qoşulmuş şəkildə xəstə yatağında oturub digər tərəfdən bir əlimlə çantamı yığmağa çalışan məni gördü.

-"Ayla.. Sən yaxşısan? dünən nəsə baş verib?"

-"Yox , Nərgiz xanım mən sadəcə yenə burada yatıb qalmışam"

-"Sən dərsə gecikmirsən?" qolumdakı sistemə diqqətlə baxıb soruşdu.

Qoluma sistem qoşan həkimə əsəbi şəkildə baxaraq .

-"Artıq kifayət qədər gecikmişəm" dedim.

Elə bu vaxt o da söhbətə qoşuldu .

- "Bir dəyqə. O burda çalışır? "

-"Hə" Nərgiz xanım təmkinlə cavab verdi.

-"Yəni, o həm burda çalışıb, həm dərsə gedir?"

-"Hə"

- "İndi mən onun qolundakı sistemi çıxarmalıyam?"

-" Bunu sən etmisən? " Nərgiz xanım çaşıb qalmışdı. Nə olduğunu başa düşə bilmirdi.

-"Nərgiz həkim mən sadəcə, onun sizin haqqında danışdığınız xəstə olduğunu düşünürdüm"

- "Nə? ... yox , O yan palatadadır" Əliylə digər tərəfdəki pərdəni çəkdi. Orada hardasa mənlə eyni yaşlarda olan bir xəstə yatırdı.

Yerimdə oturub onların söhbətini teatır səhnəsi kimi izləyən mən, indi mübahisədə qalib çıxmış şəkildə gülümsəyirdim.

O təkrardan mənə baxıb, sonra Nərgiz xanıma baxdı.

-"İndi o xəstə deyil? Mən sistemi çıxarım ?"

-"Hə!" ikimizdə eyni anda söylədik.

O, sistemi çıxardıqdan sonra məndən dəfələrlə üzr istəmişdi. Eyni zamanda, orda yatıb qaldığıma görə günahın yarısının da məndə olduğunu söyləmişdi. Kifayət qədər dərsə gecikdiyim üçün onunla mübahisə etməyə vaxtım yox idi. O gedərkən məni haradansa tanıdığını söyləmişdi. Bu sözlər mənasız şəkildə məni düşündürməyə başlamışdı. Dərsdən sonra,ancaq bu haqda fikirləşirdim. Elə bir xasiyyətim var ki, Əgər, bir şeyi xatırlayacağımı bilirəmsə, onu tam xatırlamamış düşüncəmdən ata bilmirəm. Məncə bu insanların çoxunda belədir. Çünki mən də bu simanı haradansa xatırlayırdım. Əslində eyni xəstəxanadaydıq, bu normal idi. amma eyni zamanda, onu orada görmədiyimdən əmin idim.

Bəs mən bu tanıdıq simanı harada görmüşdüm?

Gecikmə-(TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin