Düşünmək təhlükəli bir dərinlikdir. Bir şeyi günlərcə hərtərəfli təhlil etməyə başlasanız , sonda özünüzü qarışıq bir çıxmazda tapacaqsınız.
Öz qarışıq çıxmazıma doğru irəliləyirdim. Günlərdir ki, insanlara zərər verən fikirlərim haqqında düşünürdüm.Düşüncə boşluğumda boğulmamaq üçün evin bütün otaqlarını ilk dəfə görürmüş kimi gəzirdim. Bacım Asyanın otağının qapısı bağlı idi,çünki yenə öz bioloji dünyasında araşdırmalar edirdi. Digər otaqdan aparıcının səsi gəlirdi. "Elə indicə aldığımız məlumata görə, yaralananları sayı 5-ə çatıb." Atam orda xəbərlərə baxıb dodaqaltı nəsə deyirdi.Yavaşca keçib atamın yanında oturdum.Mənə baxıb gülümsədi
-"Dərslər necə gedir?"
-"Hər zamanki kimi, yaxşı"
-"Bəs xəstəxanada işlər?"
Elə onda anladım ki, mənim içəri gəlib orda oturma səbəbim buymuş. Mən atama istehfa fikirim haqqında danışmaq istəyirdim. Əslində onun reaksiyası mənə məlum idi. Heç etiraz etməyəcəkdi , çünki o hər zaman mənə ağır gəlirsə işləmək məcburiyyətində olmadığımı deyirdi.Amma qarışıq düşüncələr mənə mane olurdu. Limon nə olacaqdı? O başqa tibb bacısı istəmirdi? Elə buna görə Səlim həkim məni orda saxlamadımı?Yox! yox! mənim uşaqca düşüncələrim insanlara heç xoş təsir bağışlamırdı. Bu dəfə şanslı idim ya gələn dəfə olmasam?Bəs mənə anidən gələn ayrılıq qorxusunu nə edək?
Bu qədər düşüncədən sonra , sadəcə bir söz dedim:
-"Yaxşı"
Bu söz mənim hisslərimin yarısının yarısını belə ifadə etmirdi, amma gəl gör ki biz insanlar hər zaman sanki başqa veriləcək cavab yoxmuş kimi bu süni ifadəyə sığınırıq .
İndi kiçik evimizdə getmədiyim bir otaq qalmışdı. Anamın otağı. 2 ildir ki nəyinki bu otağa girmək, hətta yanından keçmək belə böyük cəsarət tələb edirdi.Elə ki, gözün otağın qapısına sataşdı beynindəki film kaseti 2 il əvvələ çəkir görüntüləri. Hər kəsin hiss etdiyi , amma gizlətdiyi qorxu.Hiss edilmək istənməyən kədər,ağlamaqdan qızarmış gözlər,buz kimi əllər, solğun bədən, gecikmiş cümlələr,çıxılmaz qaranlq boşluq bir də ki, bu hisslərin və olanların hamsını yox edib xoş günlər gətirə biləcək ümid.
Çox istəyərdim ki, qapını cəsarətlə açım ,amma yenədə qorxaraq açdım. Anamın çarpayısına yaxınlaşdım. Sağ tərəfdə oturdum. Həmin gün anamda sağ tərəfdə yatmışdı.Öz-özümə danışmağa başladım.
-"Bəlkə də, o burda olsa mənə çox yaxşı bir məsləhət verərdi. O burda olsa mən bu otağa qorxaraq girməzdim. Axmaq-axmaq danışma! o burda olsa sən heç bu haqda düşünməzdin."
Oğurluq üstündə tutlan insanlar kimi güldüm.
-"İnsanların varlığndan yox, yoxluğundan qorxmaq lazım imiş."
Ətrafı diqqətlə nəzərdən keçirməyə başladım. Dolabın üstündə bizim şəkillərimiz vardı. Asya hər gün onların tozunu alırdı. Bu iş onun xoşuna gəlirdi. Budur mənim qısılıb saatlarca ağladığım künc. Güzgünün üstünə də yenə Asya saç bandlarını asıb.Gözüm yatağın küncünə sürüşüb düşmüş oyuncağa sataşdı. Hansı ki, bu anamın mənə aldığı , əlində qutu tutan ayı oyuncağı idi. İndi bu köhnəlmiş oyuncaq məni kiçik keçmiş səyahətinə çıxardı.
Elə illər öncədə bu otaqdayam.Hətta deyəsən eyni yerdə oturmuşam.Gülümsəyirəm . Gülüşümdə indiki gülüşümə bənzəyir. Sanki bir az fərq var. Sanki daha içdən gülümsəyirəm. Oyuncaqlarımla oynayıram. Anam yenə saçımı öz bildiyi kimi hörüb.Qırmızı rəngədə paltar geyinmişəm . Anamın ən sevdiyi rəng. Deyəsən 5 yaşım var. Anam otağa gəlir. Nə üçün gəldiyini xatırlamıram.Onu xatırlayıram ki , yanımda oturur. Mən ondan nə vaxt böyüyəcəyimi soruşuram. Niyə bu qədər maraqlı gəlir ki böyümək? O da böyüyənə qədər mənim yanımda olacağını söyləyir.Sonra əyilib qulağıma "Sən hər zaman mənim balaca qızım olacaqsan" deyir. Qəribədir ki, bunların hamsını məni 1 gecədə tərk etdiyi yerdə söyləyir.
Sonra mənə indi qocalmış olan ayını verir.O zaman ayının əlində olan qutu mavi idi. İndi isə biraz boza oxşayır. Biz anamla belə məsləhətləşirik ki, bu qutuya istəklərimizi yazaq, ataq və onları hər ay edək. Düzgün xatırlayıramsa biz bunu 2-3 İl davamlı etdik. "Birlikdə rəsm çəkmək " "Həyətə gül toxumları əkmək" "istədiyim oyuncağı almaq" kimi uşaqca arzular yazıb yerinə yetirərdik.Sonradan bu qutuda gözəl xatirələr kimi tez unuduldu.
Qutuda hələdə kiçik kağızlar qalıbmı deyə yoxladım.Boz rəngə oxşar qapağını açdım. 3 kiçik üzük vardı . Hər halda, Asya bunları sonradan qoymuşdu. Bir neçə saralmış kağız parçası qalmışdı. Onlardan birində "Qızların saçlarını hör" yazılmışdı . Mən bunu anamla yazdığımı xatırlamıram. "Qızlar " yazılmışdısa deməli, anam bunu sonradan yazmışdı. Bəzilərində yenədə istədiyim oyuncaqların adları yazılmışdı. Sona bir vərəq qaldı. Bu digərlərinə nisbətən daha yeni görünürdü.Vərəqi yavaşca açdım. Burdanda hər hansı bir oyuncaq adı gözləyirdim. Amma bu fərqli idi. Deyəsən anam belə səliqəli yazmaq üçün xüsusi diqqət ayırmışdı.1 cümləni oxumağıma imkan verməyən göz yaşları , məndən tez hərəkətə keçmişdi.
"Gülüşünlə solmuş həyata rəng qat.Balaca qızım" . Cümləni dəfələrcə oxuyub , hər hissəsini təhlil etmişdim.Sanki anam saatlardır düşündüyüm problemin həllini 1 cümlədə tapmışdı.
-"Yoxluğunda belə , gülümsətdin qadın "
O insanlar ki, 5 dəqiqəlik anı ömrünüz boyu unudulmaz edir, onlar sizi sevən insanlardır.Bunu nə vaxt yazmışdı bilmirəm, amam o belə düşünürdüsə deməli mən insanlara müsbət enerjidə ötürə bilirəm. Onun 1 cümləsi qaranlıq düşüncələrimi çox uzaqlara qovmuşdusa, deməli hələ istehfa vaxtı deyil.Bəlkə də, çox emosiyonal fikirləşirdim.Nə fərqi vardı ki? Anam o an gülümsəməyimi istəyirdi.
********************************************
Mehdiylə ən sevdiyi kart oyunlarından birini oynayırdıq. Hələdə kitabın sonunu oxumamışdıq .Son vaxtlar onun halı tez-tez pisləşirdi.Buna görədə o yetərincə yerində uzandığı üçün boş vaxtlarındada uzanıb kitab dinləmək istəmirdi. Kart oynadığımız müddətdə Səlim həkim otağa nə az nə çox 5 dəfə gəlib yoxlamışdı. Məni Mehdini qaçırmağa çalşıan orqan mafyası kimi görürdü.Ümumiyyətlə o gündən bəri demək olar ki heç danışmırdı.
-"Hə indi sıra məndədir"
-"Yenədə mən qalib gələcəm "
-"İndi görərik" Rəngli kartlardan birini boş yerə qoydum.
Mehdi gülüb öz əlindəki kartlardan birini mənim karımın üstünə qoydu. Onun əlləri əsməyə başlayırdı.
-"Üşüyürsən?"
-"Yox"
Əlimdə qalan son 3 kartdan 1 ni yenə Mehdinin kartının üstünə atdım. O da cəld hərəkətlə başqa bir kart atdı. Əlləri birazda şiddətlə titrəyirdi.
-"Buna uyğun kart əlində ola bilməz" Güldü. yada buna cəhd etdi.
-"Deyəsən yoxdur" Mən heç kartlara belə baxmadım. Onun qızarmaqda olan üzünə baxırdım.
-"Elə də bilirdim. Bu da son kartım...." Kartı atdı, dərhal ayağa qalxıb vanna otağına qaçmağa başladı. O qapıya çatanda büdrədi yıxıldı və ayağa durub içəri girdi. Məndə tez onun arxasınca içəri girdim. Qızarmiş üzü getdikcə solurdu. Durmadan öskürürdü. Hiss etdiyi işgəncəyə dözməyən əlləri isə əsməyə davam edirdi.Axan göz yaşları onun xəzər gözlərində çöküntü yaratmışdı.
Mən etdiklərimin heç bir xeyiri olmadığını görüb dəhlizə qaçdım. 1 dəqiqə sonra bir çox həkim otaqda idi. O qədər çox idilər ki, mən giriş qapısından sadəcə səslər eşidə bilirdim.Onun yanında Nərgiz həkimlə Səlim həkim , başqa həkimlər və tibb bacıları, hətta bu şöbədən olmayan digər həkimlər vardı.
"Ay yazıq uşaq" " O hələ çox balacadır " " İynəni bura gətir" "Valideyinlərinə xəbər verim həkim?" Səslər bir-birini təkrar edirdi. Demək olar ki hamının səsi gəlirdi bir Mehdidən başqa. O daha ağlamırdı.
![](https://img.wattpad.com/cover/255121287-288-k953746.jpg)
ŞİMDİ OKUDUĞUN
Gecikmə-(TAMAMLANDI)
General Fiction"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itir...