Son vida

305 17 5
                                    


Səhər tezdən oyanıb hazırlanmışdım.Neçə vaxtdır ki, belə həvəslə hazırlanmırdım. Əslinə qalsa o gün, o vaxt yatağımda olmalıydım. Çünki nə xəstəxana günüm idi, nə də dərs. Amma mən ərazi xəstəxanamıza heç olmadığım qədər həvəslə gedirdim. Atam da həvəsdə məndən geridə qalmırdı.Hətta məni o gün xəstəxanaya şəxsən özü "son model" maşını ilə aparacaqdı. Yalnız Asyanın  baxışları qəribə idi. Nə xoşbəxt ,nə kədərli. Xəstəxananı tərk etmək fikrimi niyə bu qədər böyütmüşdü bilmirdim.

Maşında yol boyu atamla xeyli söhbət edib gülmüşdük.  Onu təkrardan belə deyib-gülən görmək lap, uşaqlıq xatirələrini günümüzə gətirirdi. Asya isə arxada oturub sakitcə yola baxırdı. Bir an ağlayacağını belə düşündüm. Sanki mən yox, o işini tərk etməyə gedirdi.

Bu dəfə xəstəxana qapısından sevinclə girmişdim. Bir vaxt qovulacağımı düşünüb qorxuyla girdiyim qapıdan, indi özüm "qovulmağa" gəlmişdim. Həyəcanla 3-cü mərtəbəyə çıxdım. Səlim həkiminin otağının önündə dayandım. Sonra durub özümə sual verdim "Mən niyə  burdayam?"İstehfa üçün 4-cü mərtəbə də olmalıydım. Qayda belə idi amma ayaqlarım ilk olaraq məni buraya gətirmişdi. qapını 2 dəfə vurduqdan sonra içəri girdim.

-"Səlim"

-"Səlim?"

-"Həkim.."

-"Eşidirəm" Hələdə niyə orada olduğumu anlamayan baxışlarla mənə baxırdı.

-"Gedirəm"

-"Hara ?"

-"Evə"

-"Nə ?"

-"Yox elə yox. İstefa edirəm.." İndi ondan bir təbəssüm və sevinc gözləyirdim.Çünki mənim kimi diqqətsiz və uşaqca düşünən "Tibb bacısından" qurtulurdu.

-"Nə?" O isə elə eyni sözləri təkrar edib dururdu.-"Mümkün deyil"

-"Niyə? Mümkündür indi çıxıb istehfa edəcəm"

-"Niyə?"

-"Necə yəni niyə ? Çünki mən burda olmamalıyam...çünki istəmirəm....çünki həyat bizə öncədən praoqnoz vermir ...nə durmusunuz ? sevinin"

-"Dəiqiq yaddaş problemin yoxdur? Axı sən mənlə əməliyyata girəcəyinə söz vermişdin"

-"Yaddaşım yerindədir. Mən qızla danışdım çox həyat dolu qızdır. Sizin dediyiniz kimi problemi elədə böyük deyil. Əminəm ki, uğurlu olacaq . Lazım gələrsə mən əməliyyat günü 1 günlük xəstəxanaya gələ bilərəm" 

-"Yəni qərarlısan?"

-"Həmdə necə " birdən otağa niyə gəldiyimi xatırladım "Sadəcə sizə son dəfə sağol demək üçün gəlmişdim"

-"Son vida hə?"

-"Hə...Elə isə mən gedim" Gözlədiyim nəticəni əldə etməmişdim. O heç sevinməmişdi. Bəlkə də, elə  sevincidə bütün emosiyaları kimi durub baxmaq idi. Sanki nəsə demək istəyirdi ....

                                            *************

İstehfa etdikdən sonra rahatlamışdım .Hər kəslə vidalaşdıqdan sonra üstümdən yük qalxmış şəkildə çıxış qapısına doğru gedirdim. Qapıda Firuzə xalanı gördüm  yenədə səliqləi geyimi və saçı ilə diqqət çəkirdi. Yanında çantaları vardı. Deyəsən ,bu gün xəstəxanaya tək mən vida etmirdim.Elə ona yaxınlaşan andaca danışmağa başladı.

-"Elə bilməyin ki, geri qayıtmayacam. "

-"Deməli gedirsiz?"

-"Gözləmkdən bir şey çıxmaz hə?"yenə güldü. Bu onun gülüşünü son görüşüm idi. -"Ayla, bəzən gözləmək yetmir. Gözlədiyin gəlmirsə sən ona get" bu qadın sanki, bir şeylər bilirmiş kimi danışırdı.

-"Ya siz?"

-"Sonuna qədər gözləyəcəm... Baxma elə...gələcək"

-"Ya da siz gedəcəksiniz"

-"Deyirəm də ...bu qız məni başa düşür"


İstehfa etdikdən sonra  atamın kefi dahada yaxşı olmuşdu. İndi gəldiyimiz kimi maşında geri qayıdırdıq. Asya isə qəddar baxışlarını bizdən ayırmırdı"

Gecikmə-(TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin