Söhbətlər var , çox uzun söhbətlər . Saatlarca çəkən anlamsız söhbətlər. Birdə söhbətlər var, 5 dəqiqə hətta bəlkə 1 dəqiqə sonra bitən söhbətlər. O söhbətlər ki , uzun illərlə davam edən ömrümüzdə xatırladığımız zaman bizi gülümsədən söhbətlər.Əminəm ki, hər kəs ən azı 1 dəfə belə söhbətə şahid olur. O an fərqində olmasa belə.
Sükuta qərq olmuş xəstəxanada səs-küy yavaşca baş qaldırırdı. Bir müddət sonra bu səs-küy narahat edici forma almağa başladı."Bura xəstəxanadır. Bura bəlli bir saata qədər çalışmır . İnsanların həyatları üçün xüsusi qaranti kağızı verilməyib. Hər an , hə kəsə, hər şey ola bilər. Elə biz həkimlərdə."Nərgiz həkim bu sözləri mənə ilk dəfə xəstəxanaya gələndə demişdi. Buna görədə anidən gələn qəribə səslərə görə artıq təəccüblənmirdim.
Mən artıq rəsmlərimi və kitablarımı çantaya yığmış vəziyyətdə evə getməyə hazır idim.Səlim həkimdə qorxularını səmimi söhbətimizin altına gizlətmişdi.Qapıya doğru gedəndə ona diqqətlə baxdım. O baxışları ilə hələdə qorxduğunu bəlli edirdi. Sanki məndən getməməyimi istəyirdi. Ona yardım edə biləcəyimi düşünürdü. Deyəsən o an ömrümdə ilk və son dəfə həqiqətən çox yaxşı bir həkim olmağı istəmişdim. Anam bilsə necədə qürurlanardı.Böyük ehtimal ki, bu gəlib keçici xəyal heç vaxt həqiqət olmayacaqdı, amma ona sözlərimlə kömək edə bilərdim. Bəlkə tibbdə yoxdur, amma həqiqətən inamla deyilmiş 1 cümlə uğurun başlanğıc nöqtəsi ola bilər. Ən azından mən belə düşünürdüm.
-"Bilirsiz? Mənim tanıdığım ən yaxşı həkimlərdənsiz." artıq qapının digər tərəfində idim.Bir an düşündüm və geri qayıtdım.
-"Sübut istəyirsiz ? Bu günə qədər yaşama şansı verdiyiniz insanların sayına baxın "
Açığı, onun necə reaksiya verdiyini bilmirəm. Ümid edirəm ki , müsbət təsir etmişdi. Günün sonunda evə gedirdim. Klassik xəstəxana iyi verən uzun dəhlizlə irəliləyirdim. 1 ci mərtəbədə elə də çox səs- küy yox idi. Axşam növbəsi işləyən işcilər artıq gəlmişdi.Evə getdikdə nə edəcəyim haqqda düşünürdüm.
-" Səlim həkim ! Səlim həkim hardadır!" Düşüncələrimi bu narahat edici səs pozmuşdu.
-" Bir günümüzə sakit keçsin" yavaş səslə dedim.
Tibb bacısı təlaşlı halda sağa-sola qaçırdı .Hətta qaçarkən əlindəki kağızların və işlənmiş iynə qutularının bir hissəsini yerə saldı.
-"Ordadır" Əlimlə az öncə çıxdığım qapını göstərdim. O heç mənə baxmadan ora qaçdı.
-"Nə olub?" Buna cavab gözləməkdə düşüncəsizlik idi, çünki artıq o tibb bacısı yox idi.
Mən yarışda bitiş xəttinə yaxınlaşıb sonra geri qayıdan yarışcılıar kimi geri döndüm. Elə çox keçmədi ki, Mavi formada başqa bir tib bacısı əlindən yerə səpələnən kağzlarla təlaş içində gəldi.
-"Nə olub ? Yeni xəstə gəlib?"
-"Yox ...Yox... o balaca uşaq "
- "Hansı uşaq?"
- "Adı nəydi onun...? Limon .. yox yox.. Mehdi" Bu andan etibarən niyə qaçışanları izləyib heçnə etmədən dayandığım üçün özümə hirsləndim.
-"Nə olub Mehdiyə ? Ətraflı de . Qorxudursan !"
-"Əməliyyat olacaq . Səlim həkim lazımdır"
-"İndi ? bu qədər tez?!"
-" Bizdə bilmirdik . Halı birdən pisləşdi "
-"Nərgiz həkim hanı !?"
ŞİMDİ OKUDUĞUN
Gecikmə-(TAMAMLANDI)
Ficción General"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itir...