Yardım əli

321 21 26
                                    

İstefamdan 5 gün keçmişdi. Səlim həkimlə heç danışmamışdıq. Niyə də danışaq? Amma belə qərara gəlmişdim ki, Asyanı bu gün məktəbdən xəstəxanaya aparım , əmin idim ki, tanış həkimlərdən kimsə onun maraqlı suallarını cavablandırmağa razı olacaq. Rəsm sərgisinə göndərdiyim rəsmim bəyənilmişdi deyə kefim kök idi.

Məktəbin həyətindən çıxan ağ-qara geyinmiş uşaqlara baxırdım. Demək olar ki Asyanın sinif yoldaşlarının hamsı qabağımdan keçmişdi. Düşünürdüm ki, son dərs biologiya olduğu üçün o dərsin sonunda müəllimə suallar verir. Lakin biologiya müəlliminin də çıxdığını gördüm. Ona yaxınlaşıb salamlaşdım.

-"Asya çıxmır?"

-"Asya? o bu gün dərsə gəlməyib.Düşünürdüm ki, soyuq havaya görə" Bakının səliqəsiz küləyi müəllim danışdıqca saçlarını dağıdırdı.Elə bu sözü deyib getdi.

Səhər Asyanı məktəbə gətirdiyimə əmin idim. Sırf onun üçün dərsə belə getməmişdim. Necə yəni yox idi?

-"Ah Asya ... hardasan?"

Atama xəbər vermək qərarında deyildim. Bunun üçün onu təşvişə salmaq yersiz olardı. Beynimdə nə olacağını və hara gedəcəyini analiz edirdim. Elə bu vaxt telefonum çalmğa başladı.

-"Ayla. Əməliyyat uğurlu keçdi.." 5 gündən sonr yenə onun ciddi səsi. Sanki kimsə məni xəbərdar etmək üçün onu məcbur edirdi.

-"Sizin adınıza sevindim ,amma olar sonra danışaq ?"

-"Nə olub?"

-"Asya yoxdur. Bilmirəm hara gedib"

-"Hara gedə bilər?" Mənim həyəcan dolu səsimə baxmayaraq yenədə öz təmkinli tonunu qoruyurdu.

-" Bilmirəm. O çox ağıllı qızdır. O belə etməzdi....yəqin ki, dəniz kənarına gedib"

-"Nə dəniz kənarı ? sənin bacın olduğu üçün təəccüblənmirəm"

Hə dəniz kənarı!danışanda ağlıma gəlmişdi. O hər zaman ora getməyi sevirdi. Heçnə demədən telefonu söndürdüm.

Dəniz kənarı parkda küləyin məni geri çevirməyə çalışmasına baxmayaraq irəliləyirdim. Bu havada heç bir ağlı başında olan insan burda olmazdı. Ona görə park boş idi. Sadəcə lap uzaqda bir neçə insanın bir araya toplaşdığını görmək olurdu.Hətta yağış yağmağa başladıqdan sonra onuda görmək olmurdu. Başdan ayağa islanmışdım. Getdikcə mənim kimi islanmış insanların olduğunu daha aydın görürdüm.

-"Bura necə gəlmisən ?"

-"Ananın nömrəsini de ,zəng edək gəlsin"

-"Üşümürsən?"

Bu Asya idi. Başına insanları yığan Asya. Əsəbi şəkildə ona doğru qaçmağ başladım. O qədər külək və yağış vardı ki , dəniz kənarı ilə qaçdığımı unutmuşdum. Həmdə elə bir yer ki burdan düşsən , dayaz yerə yox dərinliyə düşürsən.Son dəfə ayağımın burxulduğunu və Asyaya baxan kütlənin qışqırığımdan sonra mənə tərəf çevrildiyini hiss etdim.

"Bu nə idi belə?" "Mən bura necə gəlmişdim?" suyun dərinliklərinə endikcə özümə bu sualları verirdim. Getdikcə huşumu itirirdim. Bildiyim tək şey , ölüm çox qəddar idi. Bütün arzularımı ümidlərimi heçə sayaraq məni özünə doğru çəkirdi. Huşumu itirdikcə bədən hərarətimin də surətlə aşağı endiyini hiss edirdim. Anamın səsini eşidirdim. "Gəl " Deyirdi " Gəl qızım "

Daha dərinlərə endikcə bir əl uzanırdı mənə doğru. Hansı ki, bu əli anam mənə saçımı hörmək istəyəndə uzatmışdı. İndi isə istəyi bu deyildi. O məni yanına çağırırdı. Yanına çəkərək mən bir dəfəlik boğulmaqdan qurtarmaq istəyirdi. Amma çox tez deyildimi? Həyat daha yeni başlamırdımı?Mən 20 ildə ilk dəfə 5 gün idi ki, istədiyim bir şeyə addım atmışdım. Bu vaxt çox qısa deyildimi?

İndi bir əl daha hiss edirdim. Bu əli həqiqətən hiss edirdim. Bu əl mənim xəyal məhsulum deyildi.

Məni gözlərimi açmağa otaqdan gələn səslər vadar etmişdi. Ya kimsə telefonla danışırdı, ya da öz-özünə danışırdı. Gözüm ilk olaraq qolumdakı sistemə sataşdı. Hə! Bu səhnəni xatırladım .Hətta otaq və yataqda eynidir. Tək fərqli olan , bu sistemə indi həqiqətən ehtiyacım vardı.

-" Deməli xəstəmiz oyandı "

-"Oyandı"

-"Yaxşısan ?"

-"Yaxşıyam.. hanı o ? onu çağır bura" Ölümdən dönsəmdə ,Asyanı danlamamış rahatlamayacaqdım.Bu bacı olmağın qanunudur.

-"Orda neynirdin ?"

-"Heç" onun ağlamaqdan qızarmış gözləri nə qədər peşman olduğunun bariz nümunəsiydi.

-"Düzünü de sən ancaq məndən küsəndə ora gedirsən."

-"Səndən yox sizdən" başını çevirib qapıda dayanmış atama baxdı.

-"Biz neylədik?"

-"Siz evi satmaq istəyirdiz. Axı söz vermişdiz. Anama aid olan hər şey axıra kimi elə qalacaq"

-"Elədə qalacaq. Sən bu fikiri hardan çıxardın?"

-"O gün siz dediniz"

-"Sən qapıdan bizim zarafatımızı eşitmisən."

-"Kaş ki, zarafat olduğunu bilsəydim"

-"Belə hallarda normal adamlar soruşur, bacısını öldürmür"

-"Bağışla" baxışlarını yerə dikdi.

*******************

-"Ayla əslində istehfa etdiyin üçün sənə əsəbləşmişdim. Amma hər zaman xəyallarının arxasından get. Həqiqi sözümdür"

-"Ya siz ? Sizində xəyalınız bura deyil"

-"Zaman xəyallarımı dəyişdirmədi. Amma məni bura alışdırdı. İnsanlara yardım etmək məni yaxşı hiss etdirir. Deyəsən bu cəhətdən qardaşım oxşamışam."

Danışarkən Səlim həkimin saçlarının yaş olduğunu gördüm. Mənə əlini uzadanın kim olduğu bəlli idi...

Gecikmə-(TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin