Nazlı saçlarını əl yordamı ilə qarışdırıb , digər əlində olan kağıza baxdı.
Bu günü, hətta bu həftəsini bu zibilə qalmış sənədi əldə etmək üçün fəda etmişdi..
23 yaşı yenicə tamam olan Nazlı , axır ki özünə bir iş tapmışdı. Maliyyəçi qızımız qapı qapı gəzib iş axtarırdı. Atasıgil də ona dəstək olurdu və nəhayət ki bəxti onun üzünə gülmüşdü.
İndi əsas məsələ əyin baş almaq idi , çünki onun geyinməyə bir şeyi qalmamışdı!!!
___________
"Bəlkə bunu yoxluyasan ?"
"Yoox.."
Asılqanların şıqqıltısı mağazanın içinde əks səda verirdi. Satıcı qız onlara nifrət dolu bakışlarını dikib nə vaxt qərar verəcəklərini gözləyirdi .
Nazlı və sevimli əmisi qızı Ayan bu gün şəhərdə girilməmiş dükan, baxılmamış vitrin , əsəb edilməmiş satıcı qoymamışdılar. Mövzu geyim alış-verişi olanda onları dünyaya gətirən anaları belə onlardan üz döndərir , onları saymır və hətta mümkün qədər məsafə saxlamaqlarını xahiş edir.
Ayan , bir anda gözünə çarpan mavi paltarı asqısı ilə bir yerdə Nazlının gözünə gözünə dürtdü.
"Əmi qızı bunu almalısan , almasan Allaha and olsun ki özümü asaram . Mən artıq bezdim bəsdi day , bəli mən də bezdim ." Üzünü turşudub qapıya tərəf baxdı , " Deyəsən anamı biraz da olsa anlaya bilirəm ."
Çox çək çevir edəndən sonra - ya da kassirin 'artiq mağaza bağlanır seçin bitirin ki biz də gedək '- baxışlarından qorxandan sonra nəhayət ki evin yolunu tapdılar .
__________
Daniel qolundakı saata baxıb sürətini biraz da artırdı . Ayağının altında olan maşının dili olsaydı , " başa düşürəm tələsirsən amma mənim də potensialım bir yerə qədərdi " deyərdi amma yoxdu da dili nə etsin ?
Daniel özünü şadlıq sarayının qarşısına çatdırdı, maşının açarını götürüb qaça qaça içəri girdi . Anası Mədinə xanımın halı pisləşmişdi.
Daniel içəri girəndə anasını bir stulda gözləri yarı açıq tapdı , tez özünü ona yetirdi . Anasının yavaş yavaş özünə gəldiyini görəndə bədənini çevirib tam əks istiqamətdə əlindəki telefonla hərarətli şəkildə danışan xalası qızı olan həm də onun dərd yoldaşı , ömür törpüsü Səbinənin qolunu tutub kənara çəkdi.
Gözlərindən od çıxan Daniel hirsini Səbinədən çıxartdı.
" Elə bil ki , mən anamı sənə əmanət eliyib bura göndərmişdim. Bu nə hoqqadı sən çıxardırsan ??!"
Səbinə də ondan geri qalmırdı, qolunu Danielin qısqaclarından bir həmlədə qurtarıb gözünü onun gözlərinə dikdi.
"Xalamın vəziyyəti məni sevindirmir! Xatırladım ki , mən ondan cavabdeh idim bəli!! Amma restoranın yeməklərinin ən zay olanının onun qarşısına çıxması mənim günahım deyil! Eh bilib bilmədən mənim üstümə bozarma!!!"
Eldar eynəyini düzəldib bu tərs keçilərin yanına yanaşdı .
"Gözəlim, məncə məsələni bu qədər böyütməyin . Mədinə xala indi yaxşıdı. Akif əmi də restoran müdiriyyəti ilə danışır. Bəsdirin , camaat bizə baxır ."
Eldarın sözləri ilə özlərinə gələn xala uşaqlarının gözlərindəki qəzəb pərdəsi yavaş yavaş çəkildi . Bir neçə dəqiqədən sonra Daniel boğazını təmizləyib əlini Səbişin çiyninə qoydu .
ŞİMDİ OKUDUĞUN
SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
RomanceDaniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi. " Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. " Nazlı başını sevgilisinə tərəf çevirdi. " Necə özəl?" Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üs...