Yeni bölüm gəldiiii
Like , comment atmağı unutmayın.
Ayan həyəcanlı, həm də qəmgin idi . Yaşadığı, boya başa çatdığı ölkəni tərk edirdi . Gəzməyə getmirdi , dincəlməyə getmirdi. Ailəsinə utanc hissini yaşatdığı üçün sürgün edilirdi .
Nargin adasına sürgün edilən Mikayıl Müşfiq qədər də şanslı deyildi. Çünki Nicat onun canını hər gün almağı daha məntiqli bir qərar olaraq qəbul etmişdi.
Qonaq otağında divanda uzanan İsgəndərin yanına asta asta getdi. Atası ayaq səslərin eşidib gözlərini açdı. Ayanı görəndə məyus oldu . Onun bircəcik qızı onu çox peşman etmişdi.
Ayanın qəhərdən gözləri doldu . Atasının baxışlarını ondan qaçırdığını görüb gözlərini yumdu. İki damla yaş sürətlə yanağından boynuna doğru süzüldü.
Atasının ayaqlarının altında oturdu . Başını atasının dizlərinə qoydu . İsgəndər bəy də özünü güclə sıxırdı. Ayan uşaq vaxtı olduğu kimi indi də eyni şeyi edirdi.
Nə vaxt ki , Mehriban xanım Ayanı döyürdü, qız qaçıb atasının dizlərini qucaqlayıb ağlayırdı. Ayan içini çəkə çəkə ağlayır, atasının dizini qollarının arasına alırdı.
İsgəndər bəy dözə bilmədi . Qamətini yüngülcə düzəltdi. Qızının saçlarına sığal çəkdi . Ayan bunu hiss edən kimi bərkdən ağlamağa başladı . Ayan hönkür hönkür ağlayırdı, atası da dodaqlarını sıxıb dolan gözləri ilə övladına baxırdı.
Qonaq otağındakı səsi eşidən Mehriban xanım nəvəsinin köynəyini geyindirməyi bir qırağa qoyub koridordan boylandı.
Mənzərə ağır idi .
Firuzə tez başını çevirib otağa keçdi. Bu gün ağlayan tək Ayan olmayacaqdı.
Atasız böyüyən Firuzə bu hadisədən bərk təsirləndi. Balaca oğlunu bağrına basıb səssiz səssiz göz yaşlarını axıtdı.
Ayan "Ata.." deyirdi nəfəsi əl verdikcə. Atasının əlini çəkdiyini görəndə həmin əli biləyindən tutdu.
" Ata nolar bağışla məni. Ata.."
İsgəndər bəy qızını qolundan tutdu , qız qalxdı.
" Get.. get ki hər şey düzəlsin."
" Ay ata...! Ataaa..!"
Bu dəfə Ayan başını atasının sinəsinə qoyub ağladı.
Bu sırada evə gələn Nicat dumanlı gözlərlə bacısına baxdı.
" Çıxırıq. Hazırlaş. "
Bacısının tərpənmədiyini görəndə, yaxınlaşıb qolunu tutdu .
Mesajı alan Ayan qolunu qardaşından qurtarıb başını əydi. Hıçqıra hıçqıra otağına keçdi.
İyirmi dəqiqə sonra artıq yola çıxmışdılar. Arxada uşaqların yanında oturan Ayan , Bakının işıqlı yollarına son dəfə baxır, qəlbindəki qaranlığın tez bir zamanda yox olmasını arzulayırdı.
________________
Ayan göz yaşları içində ölkə sərhədlərini tərk edən zaman , İntizar da ölümlə qalım arasında bir yerdə idi.
Onu xilas etmişdilər, bəli amma , başqa bir xəstəliyi olduğu ortaya çıxdı.
Qaraciyər serrozu imiş. İndi ağır bir müalicə onu gözləyirdi.
ŞİMDİ OKUDUĞUN
SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
RomanceDaniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi. " Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. " Nazlı başını sevgilisinə tərəf çevirdi. " Necə özəl?" Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üs...