32.bölüm

12.8K 753 29
                                    

Salam gənclər!!!

Asimann gəldiiiii:)))

Bu bölüm çox uzun və aksiyonludur. Ümid edirəm ki, zövqünüzü oxşayar!

Sevgi Əngəl Tanımır ailəsi, Sizi çox sevirəm!!! 🌸
Nəysə çox danışmayım, buyurun bölüm.))

___________

Nazlı fikirli halda pəncərədən çölə baxıb ağlayırdı. Bu da başına gəldi. Xəyanətə uğradı!

Sürücü ilə göz gözə gəlməməyə çalışaraq özünü sıxırdı. Danielin ardı arası kəsilməyən zəngləri də bir yandan onu bezdirirdi. Hər şey olub bitəndən sonra istəyəcəyi üzrün mənası nə idi axı? Nazlının qəlbi bir daha toplanmayacaq şəkildə parçalanmışdı.

Bu aralar sirdaşı olan Nihata zəng elədi. Zəngi məşğula verildi. Nazlı düşündü, görəsən bu gün Nihat işdədi?

Qısa hesablama prosesindən sonra bu gün evdə olduğunu bildi. Bir dəqiqədən sonra Nihat ona özü yığdı.

"Əmi qızı necəsən?"

"Çox pisəm, Nihat."

"Nə olub? Danış görək."

Nazlı burnunu çəkdi, lakin qəribə olan nəsə vardı. Məsələn Nihat qaça qaça harasa gedirdi. Deyəsən maşına minmişdi.

Nihat maşına minən kimi qulağıyla çiyni arasında tutduğu telefonu diafona qoyub mühərriki işə saldı.

"Nazlı hardasan? Gəlirəm dalınca."

"Taksidəyəm. Evə gedirəm."

"Yox yox, de görüm indi hardasan?"

Nazlı pəncərədən çölə baxdı, "Russel Otelin yanından keçirik. "

Nihat dodaqlarını çeynədi, "Metronun yanına çatanda düşərsən. Gəlirəm. "

Nazlı bunun altında səbəb axtaracaq qədər enerjili deyildi. Ona görə də başını buladı. Sürücüyə metronun yanında saxlamasını tapşırdı.

Təqribi on dəqiqə sonra Nihat gəlib çıxmışdı. Qızın sağına soluna baxır, nəsə axtarırdı. Sonra ətrafa gözlərini qısıb nifrət dolu baxışlar atdı. Ardınca maşına minib oradan uzaqlaşdılar.

Nazlı artıq içli içli ağlayırdı. Öz salfetləri bitmişdi deyə, Nihatın maşınında olanları işlədirdi.

Axan burnunu səsli şəkildə sildi. Bu dəqiqə xanım xatunluq düşünməyə ağlında hüceyrə qalmamışdı. Hamısı yasdaydı.

"Ühühühühü... Nihaaaaat!" Sonra bir fırt daha.

"Mənə bunu necə elədi? Niyə elədi? Ühü ühü ühü ühü..."

Nihatın bir gözü aynada, bir gözü yolda, bir əli də qızın çiynindəydi.

"Yəni mənə görə onun ağzını burnunu əlinə verməkdən başqa çarə yoxdu. Döyüm onu? Qan qusdurum?"

Nazlı bir an duruxdu. Onsuz pis haldaydı, yenə nəsə olsa daha ayağa qalxa bilməzdi. İçdən içə özünə şillə vurdu. Bax sənə xəyanət edib, gözünlə də gördün! Nə pox yeməyə onun yaxşılığını düşünürsən? Why da ala why?? Bu sevgini ya öz xoşluğunla ya da zorla içindən söküb atacaqsan!!!!

İç səsi qulaqlarını bir anlıq kar eləmişdi. Amma bu Nazlıya kar eləmədi, yenə Danieli düşünürdü.

Nihat bir də qızı silkələdi, "Eşidirsən?"

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin