Asimann , başı gözü axsa da sizləri unutmadııı!!
Bölüm nəhayət ki bitdi. Çünki mən də bitdim:P
Sizi çox sevirəm ❤️
Dəstək olmağı unutmayın ♡♡♡♡
"Guten Morgen,Blondie."
Daniel boynunda, ən çox da şah damarının üstündə sağa sola sürüşən bıçağı düşünürdü. İlk olaraq onu uzaqlaşdırmalıydı.
Udğunub geri çəkilirdi ki, Marko gözlərini böyüdüb nç nç elədi.
"Bleiben Sie stehen."
(Tərpənmə.)Sonra başını yana əyib gülümsədi. Gülüşü qatil gülüşünün eynisiydi və təəssüflər olsun ki,qurban da Danieldi.
Marko işini bərk tutmuşdu. Danielin ardınca Sloveniyandan Çexiyaya gəlmək biraz cəncəlli olsa da bacarmışdı. Gün intiqam günüydü.
"Warum hast du mich verraten?"
(Mənə niyə xəyanət etdin?)Daniel özünə təskinlik verirdi,gözlərindəki qorxunu kənara tulladı.
"Ich habe dich nicht verraten. Du hast mich als Pfand benutzt."
(Mən xəyanət etmədim. Sən məndən sui istifadə etdin.)"Aber Sie kannten mich...?"
(Sən ki məni tanıyırdın..?)Daniel dişlərini sıxdı. Bəli, Markonu yaxşı tanıyırdı. Bilirdi ki, öz mənfəəti uğruna onu gözdən çıxara bilər. Necə ki, çıxarmışdı.
Daniel çıxış yolu axtarırdı. Sonra gözlərində parıltı meydana gəldi. Həyatıyla qumar oynadı.
Üzündəki kibirli gülüş peyda oldu, "Bist du wie eine verängstigte Ratte hergekommen, weil du Angst vor Tadej hast?"
(Tadejdən qorxduğun üçün bura qorxaq siçan kimi gəlmisən?)Tadejin adı keçən kimi,Markonun qara gözləri hiddətlə böyüdü. Bıçağı sərt bir şəkildə Danielin çənəsinin altında tutdu.
"Spielen Sie nicht mit meiner Geduld, Daniel! Das wird dich was kosten!"
(Mənim səbrimlə oynama, Daniel! Bu sənə baha başa gələr!!)Danielsə sadəcə 'hah' deyib onu alçaltdı.
Bu hərəkətdən qəzəblənən Marko Danielin üstünə əyildi, "Woher kommt dieses Vertrauen? Worauf vertrauen Sie?"
(Bu cəsarət haradan gəlir sənə? Nəyinə güvənirsən?)Danielin ağlından babat bir cavab keçdi, lakin bunu dilləndirmədi. Tam vaxtı olduğu qənaətinə gəlib boşda qalan sağ əliylə Markoya ölümünə bir yumruq vurub üstündən aşırtdı.
Bəli, Danielin gözlədiyi buydu. Marko qəzəblənəcək, müdafiəni unudub hücuma keçəcək. Onun kibrinə hakim olan Daniel, bundan dibinə kimi istifadə etdi.
Marko yerə yıxılan vaxt bıçaq əlindən düşmüşdü. Cəld davranıb bıçağı ələ keçirdi. Lakin,pis xəbər vardı.
Marko ironik şəkildə gülüb cibindən başqa bir bıçaq daha çıxardı. İndi ikisi də bir birinə əllərində soyuq silahlarla baxır,ilk hücumu gözləyirdilər.
Daniel bu sonsuz sükuta son verdi. Markonun üstünə atıldı. Marko ani şəkildə bədənini yana qaçırıb Danielin kürəyinə bıçaq zərbəsi vurmağa hazırlaşırdı. Olmadı.
Çünki Daniel arxaya doğru təpik atıb onun yumurtalarını əlinə verdi. Yəni istəsə bu qədər dəqiq vura bilməzdi.
Daniel dikəlib dodaqlarını içəri büzdü. O ağrını özündə hiss etdi bir anlıq. Marko dikəldi, kəsik-kəsik nəfəslər alaraq Danielin üzünə baxdı.
ŞİMDİ OKUDUĞUN
SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
RomanceDaniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi. " Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. " Nazlı başını sevgilisinə tərəf çevirdi. " Necə özəl?" Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üs...