Asimann gəldiiii....!
Bunu demək həqiqətən məni kədərləndirir... amma, hekayənin finalına az qalıb dəyərlilərim :(
Amma narahat olmayın, aralarda özəl bölümlər yazılacaq. Sevgi Əngəl Tanımır elə belə hekayələrdən deyil...
Çox danışdım yenə, bölümü təqdim edirəm...
Fikirlərinizi bildirməkdən çəkinməyin:)
____________________
Daniel heç nə düşünmədən yola düşmüşdü. Könlünü almalı olduğu yarını görməliydi. Vahim Bəşirovdan yolda zəng edib, adını öyrəndiyi xəstəxananı naviqatorla tapıb düz ora sürdü.
Nəhayət ki, gəlib çatmışdı. Sürətlə maşından düşüb təcili yardım qapısından içəri girdi. Bir mühafizəçi qabağını kəsdi.
"Buyurun, nə lazımdı?"
Daniel mühafizəçiyə başdansovdu bir baxış atdı, "Bayaq bura bir yaralı gətirilib. Adı Nazlı Mərdanova."
Mühafizəçi qaşlarını çatdı, "Nəyisiniz?"
Daniel dişlərini sıxdı, "Nişanlısı."
Mühafizəçi qaşlarını oynatdı, sonra da belə dedi. "Bayaq çıxıb getdilər."
Daniel əlbəttə ki, ona inanmadı. Qeydiyyat şöbəsinə yaxınlaşıb məlumat aldı. Bəli, mühafizəçi düz deyirmiş. Onlar çıxıb getmişdilər. O, sevgilisinə yenə gecikmişdi.
Xəstəxanadan çıxıb maşının baqajına söykəndi. Sonra telefonunu çıxarıb qıza zəng elədi.
Bu nömrəyə müvəqqəti olaraq zəng çatmırdı. Danielə də çatmırdı ki, indi nə etməlidir. Çarəsiz şəkildə dodağını dişləyib ora bura getdi. Gecənin bu vaxtında boş olan həyətdə o yan bu yan dolanırdı. Ona yoldaşlıq edənsə, peşmançılığı və məyusluğu olmuşdu.
Burada daha çox durmaq istəmədi. Maşına minib düz qızgilin məhəlləsinə sürdü. Maşın yavaş yavaş gəlib blokun qabağında durdu.
Bir neçə maşın daha buradaydı. Gördüyü üzrə də Nazlıgilin evlərində işıqlar yanırdı.
Maşından düşdü, o sırada mesaj gəldi. Səbinə mesaj atmışdı.
"Dur bizə gəl, tayfa bizdədi."Daniel Nazlıgilin evinə son dəfə nəzər yetirib yan bloka tərəf addımladı.
_______________
Mərdanovların evində yenə bir gərgin bir gecə yaşanırdı. Arif bəylə Gülər xanım pijamayla divanda oturub şokdan şoka girirdilər.
Arif bəy çox ağıllı bir insandı. O, saçlarını bu sürdüyü ömür boyunca gördüyü əziyyətlərə görə ağartmışdı.
Bu kürəkənin nəsə hoqqa verdiyi aşkardı. Lakin, işin bu qədər təhlükəli və çıxılmaz hal aldığını bilmirdi.
Gülər xanıma bu hadisəni olduğu kimi danışa bilməzdi. Ona görə də Nihatla aralarında bir danışıq etmişdilər. Nazlının ardınca gedən Nihatın arxasınca bir neçə nəfər düşübmüş. Bunlar da Nihatla ədavəti olan şəxslər kimi qələmə veriləcəkdi. Maşını vurub aşırıblar və Nihatgil yaralanıb. Vəssalam şüttamam.
Nihat üz gözündəki yaralara edilən müdaxilələri telefonunun ekranından baxırdı. Yaman pis günə düşmüşdü. Lakin Nazlının halı heç yaxşı deyildi. Boynunda uzunsov göyərmiş hissələr vardı. Qolları ayaqları da qanamış,yara olmuşdu.
ŞİMDİ OKUDUĞUN
SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
RomanceDaniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi. " Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. " Nazlı başını sevgilisinə tərəf çevirdi. " Necə özəl?" Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üs...