10.bölüm

12.9K 782 85
                                    

Bölümləri yazmağımda mənə motivasiya olmağınızı çox istəyirəm:))

Ona görə vote verin , comment yazın 🍀🍀🍀

Xoş oxumalar

________________

Nazlı yuxu görürdü .

Görürdü ki , guya məhkəmə baş tutub,  onun sevimlisi Daniel azadlığına qovuşub. 

O elə yuxudaca heyfsləndi. Gözəl yuxudur , kaşki gerçək olardı. 

Nədənsə kiminsə onu tərpətdiyini , adını səsləndiyini hiss elədi.  Ayıla bilmirdi , elə bu dəmdə üstündə bir soyuqluq hiss etdi .

Ayıldı .

_______

Daniel başı qucağında olan qızın üzünə suyu çırpdı.  Nazlı boğularaq ayıldı.  O hələ reallıqla yuxunu ayırd edə bilməyən zaman , Nihat onu pazladı. 

" Xəstəsən sən? Qız həyəcandan yox boğulmaqdan öləcəkdi.  "

Daniel dodaqlarını içəri büzüb sakit qaldı. 

Nihat əmisi qızını ayağa qaldırmağa çalışanda Nazlı axır ki , hər mənada özünə gəldi. 

Ətrafına baxdı.  Sözügedən ətrafda sadəcə Daniel və Nihat var idi .

Nazlının ürəyi gedən kimi , Nihat onu maşına söykəmişdi.  Bu sırada gözləri ilə ətrafda onları axtaran Daniel hərşeyi görmüş , atasını dostlarına əmanət edib qızın yanına qaçmışdı .

Nazlı gözünü Danieldən çəkə bilmirdi . Necə darıxmışdı onun üçün,  necə..!!!

Qucaqlayıb,  başını Danielin boynunda gizlədi.

Artıq onları tək qoymalı olduğunu başa düşən Nihat maşınına minib oradan uzaqlaşdı. 

Nəhayət ki , sevgililər tək qalmışdı. 

Nazlı çolkalarını üzündən çəkib,  Danielin üzünə baxdı.  Üzündə yorğunluq, bezginlik və çarəsizliyin izləri vardı.  Lakin , bunlara rəğmən gözləri yenə işıl işıl idi . Mavi gözləri maraqla Nazlının simasında gəzinir,  sanki onu ilk dəfə görmüş kimi həyəcan keçirirdi .

Daniel dodaqlarını dişləyib başını əydi. 

" Telefonum , pul qabım yanımda deyil . Sənə nəsə ala bilmirəm.."

Nazlı tez əllərini Danielin çiyinlərinə qoydu .

" Dəlisən sən? Mən səndən heçnə istəmədim ki. "

Sonra gözləri doldu, 

" Təkcə yanımda ol , bəsdi mənə inan . İnan zaman keçmirdi.  Nə yerdəydim,  nə göydə. "

Daniel yorğunluq axan gözlərini yumdu , qızı bağrına basdı. 

Bir birini yenicə tapmış olan bu cütlük,  ayrılıqların ən xatalı olanından hələ ki qurtulmuşdular. 

Daniel burada durmaq istəmirdi.  Nazlının əlindən tutub yolu keçdi,  bir taksi saxlayıb onunla yollarına davam etdilər.

________________

Sübhan girməyə siçan deşiyi axtarırdı.

Bayaq xəbər gəlmişdi,  məhkəməyə təqdim edilən sübutlar o qədər güclü idi ki , nəinki Danielin həbs olunması,  heç pul cəzası da kəsilmədi ona .

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin