7.bölüm

12.9K 790 34
                                    

Bölümləri bəyənməyi unutmayın :))

Siz Bölümləri bəyəndikcə mən motivasiya oluram ;))

_________________________

Nazlı burnunu çəkib,  maşından düşdü.  Nihat təmkinli olmağa çalışaraq Nazlının ardınca getdi .

Nazlı bloka girəndə qolunu tutdu , " Gözlərin çox şişib. Əmigil başa düşəcək ki nəsə olub."

Nazlının göz yaşları hələlik dinmişdi,  amma iç çəkirdi durmadan .

Baxışlarını Nihatın gözlərinə çevirdi. Sonra heç nə demədən qucaqladı.  Bu dəqiqə onun sakitləşməyə ehtiyacı var idi . Nihat sakitcə Nazlının kürəyini ovxalayır və özünə gəlməyini gözləyirdi. 

Biraz sonra bir yerdə evə getdilər.  Ailəyə məsələni izah etmək Nihatın boynuna qalmışdı. 

Arif bəylə Gülər xanım o gecə Nazlıya dəyib dolanmadılar. 

_________________

Qapının gecənin bu saatında döyülməsi xeyirə əlamət deyildi. Eldar Səbişi arxasına alıb qapıya tərəf getdi .

" Kimdi ?"

" Danieldi.."

Ürəyi rahatlayan cütlük qapını açdı,  amma Danielin üzünü görəndə quruyub qaldılar. 

^^^^^

Yarım saat sonra Daniel Səbişin əlinin altında qıpraşmadan durmaq üçün dişlərini sıxırdı. 

Səbiş gözlərini tikdiyi qaşdan ayırmadan asta asta dilləndi, 

" Az qalıb , bitir . Səbirli ol.."

" Çox pis açılıb ki qaşım?"

Səbiş cavab vermədi,  tikişi bitirib ipi qayçı ilə kəsdi.  Yenidən sterilizasiya qaydalarına əməl edib , başqa harasında yara var deyə Danielin orasına burasına baxdı. 

Eldar əlində iki stəkan çay ilə qonaq otağına girdi , yoldaşına xitabən danışdı. 

" Bunun köynəyini maşına atdım,  qoşdum.  Başqa bir şey lazımdı indi ?"

Səbinə dodaqlarını büzüb, başını sağa sola yellədi.

Daniel səssiz səssiz çayını aldı və evə gedən kimi bu əynindəki futbolkanı dəyişdirməyi ağlına qoydu .

Eldar da hündürboylu biri idi lakin , Daniel kimi geniş gövdəsi yox idi . Ona görə də futbolka biraz dar idi .

Səbiş Danielin kürəyinə toxundu , " Əyil.."

Onurğa sütununun lap yaxınlığında uzun bir cızıq var idi . Səbiş cızıqla məşğul olan zaman , həmçinin qulağı söhbətdə idi .

" Nazlı dəhşət qorxdu. Mənim başım o şərəfsizi döyməyə qarışdı , qız nə hala düşdü. "

Eldar divanda arxaya söykəndi. 

" Olan oldu , keçən keçdi.  Sən qızın ürəyini necə alacaqsan onu düşün."

" Temboli , o qız çox kövrək qıza oxşayır.  İşin şuluqdu Daniel."

Səbişin bu sözləri Danieli fikrə apardı.  Bu sırada Səbiş futbolkanın ətəklərini aşağı çəkdi,  sonra Danielin çiyninə toxundu .

"Qurtardı.."

Daniel təşəkkür edib , ayağa durdu.

" Mən evə gedim , anam yüz faiz yatmayıb gözləyir.  "

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin