Daniel bütün gecəni yata bilməmişdi. Səhərə yaxın artıq bədəni dözmədi və özündən gedərək yatdı, dincəldi.Günə dünəndən pis başlamaq kimisi yox idi . Amma nə yaxşı ki , bir nəbzə olsun yaxşı hadisələr də baş verdi .
Qardaşı Şəhriyar zəng eləmişdi. Bir neçə gündən sonra on günlük evə gələcəyini xəbər vermişdi. Bu sevinc dolu xəbər onun gündəmdən düşməyinə bəs eləmədi. Anası ona bəlkə də yüz dəfə tənbeh etdi ki , vaxtında orada olsun . Daniel isə sadəcə susurdu. O görüşə gec gedəcək , qıza bir sevdiyi olduğunu bildirib məsələni başlamamış bitirəcəkdi.
__________
Mehriban xanım gözünü açıb ətrafa baxdı. Hələ də xəstəxanada idilər. Dünən olanlar ağlına gəldikcə başına hava gəlirdi.
DÜNƏN
Otağında hönkürtü ilə ağlayan Ayanı heç kim hərləmirdi. Anası dəqiqə başı saata baxır və ərinin gəlməyini gözləyirdi.
Hirslə qazanı sobanın üstündən çəkib qırağa qoymuşdu ki , qapı döyüldü.
Gələn Nicat idi . Ayanın qorxulu yuxusu , bir baxışı ilə hamının qanını donduran Nicat .
Nicat ailəsinin keçməyi üçün yol verdi . Firuzə gülümsəyərək qayınanası ilə görüşdü və uşaqlarını qucağına alıb içəri keçdi. Nicat çantaları qapının yanına qoyub , qapını da bağladı.
Anasının danışmağına aman vermədən soruşdu.
" Ayan hardadı?"
Deməli Nihat ona hərşeyi danışmışdı..
Anası Mehriban xanım otağında olduğunu bildirib qonaq otağına keçdi. Bu saatdan sonra Nicat Ayana od vurub yandırsa da dönüb baxmayacaqdı.
Ayan otağının qapısından görünən qaraltını o saat tanıdı. Bu iri oğlan əlbəttə ki Nicat idi .
Nicat içəri girdi , heç nə demədən keçib stulda əyləşdi. Qan daman gözlərini bacısının ağlamaqdan qan çanağına dönmüş gözlərinə çevirdi.
" Ailənin namusunu ayaqlar altına aldın.. Xoşbəxtsən?"
Ayan dilənmədi. Sadəcə içini çəkdi. Amma oğrun oğrun Nicata baxırdı. Alnındaki damar ortaya çıxmışdı. Üzü həddindən artıq gərgin idi .
" Bir əyri ayaq şərəfsizə görə dəyərdi səncə?"
Ayandan bu dəfə bir hıçqırıq qopdu .
Nicat gözlərini yumdu, " Ayağa dur ..!"
Ayan güclə ayağa durduğu anda Nicat bir pələng kimi nərildədi.
" SƏNƏ DUR DEDİMSƏ DURMALISAN !"
Ayan özünü itirmişdi, durmadan ağlayırdı, bədəni artıq ona tabe olmurdu.
Nicat iki böyük addımla bacısının dibində durdu . Əlini çiyninə qoyub sıxdı,
" Universiteti dondurursan, bu evdən də bayıra çıxmırsan. Gün işığına həsrət qoyacam səni. "
Bunları o qədər soyuq və qəddarlıq yağan səslə demişdi ki , Ayan bir an öldüyünü fərz etmişdi.
Nicat otağı tərk edən zaman , Ayan göyərmiş çiynini tuturdu .
________________
İntizar yuxudan oyandı, tavanı seyr edirdi . Ağlına yenə Ayan gəlmişdi. Qızdan xəbər ala bilmirdi . Yatdığı yerdən durmaq istəyirdi ki , bir ayaq onun ayaqlarının üstünə atıldı. Bu cazibədar ayaq əlbəttə ki , Nurlananın idi .
ŞİMDİ OKUDUĞUN
SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
RomanceDaniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi. " Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. " Nazlı başını sevgilisinə tərəf çevirdi. " Necə özəl?" Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üs...