Salam, Asimann yeni bölümlə görüşünüzə gəldi:))
Hekayəmizin oxuyucuları gün keçdikcə artır, çox sevinirəm. ❤️
Sizdən xahişim oxuyun, oxutdurun))
Hekayə ilə bağlı fikirlərinizi bildirməkdən çəkinməyin. Siz mənim üçün çox dəyərlisiniz.
Sevgi Əngəl Tanımır ailəsi, Sizi çox sevirəm!
Buyurun bölüm
Nazlı Danieldən gələn mesajı oxuyan kimi anasının yanına uçmuşdu. Anasına məsələni izah etmişdi. Anası başda nəm nüm eləsə də sonradan razılaşdı.
Bir saatdan sonra Mədinə xanım evlərinə zəng eləmiş, elçi gəlmək istədiklərini bildirmişdi. Sonrası su kimi axmışdı. Analar birinci uşaqlarının görüşməsini məqbul bilmiş, sonra da bunu icra etmişdilər.
Bu hadisələr olub bitdikdən sonra Nazlının atası Arif bəyə məsələ danışıldı. Kişinin qaşları başda çatım çatım çatıldı. Amma qızının üzündə gül açdığını görəndə 'gəlsinlər' deməkdən başqa çarəsi qalmadı.
Bu biri yandan da Günel yır-yığış edirdi. Renat üç günün içində mebeli olan ev tapmışdı. İndi də ora köçürdülər.
Gülər xanım evi başdan sona silib təmizlədiyi vaxt Günel də əşyalarını qapının yanına qoydu. Nazlı qonaq otağından yox sanki müharibədən çıxmış kimi yorulmuşdu. Ən son anası da özünü itirmişdi. Bir ara yerləri şüşə silən dərmanla yumağı ağlına qoymuşdu. Nəhayət ki evin təmizliyi bitirdi. Günel Nazlının kürəyini ovxaladı.
"Toyunda kömək edərəm day."
Gülər xanım dilləndi,"Bu gün köçməyiniz şərtdir ki?"
Günel sadəcə qaşlarını oynadıb uşağı ilə maraqlanmaq adına yataq otağına qayıtdı. Qaynanasına cavab vermək belə istəmirdi. Çünki öz özlüyündə ərinin bütün günahlarını anasına yıxırdı. Gülər xanım oğlunun ayrı evdə yaşamağına razı deyildi. Sadəcə ərinin təkidlərini göz ardı edə bilmirdi. Arif bəy ona söz vermişdi ki, bir müddət ayrı qalsınlar sonra özləri bizim yanımıza qayıdacaqlar. Buna tutunan Gülər xanım da gəlininə dəyib dolaşmır, səbrini basırdı.
Nazlı tez bazar özünü mətbəxə yetirdi. Yüngül axşam yeməyi hazırladı. Sonra da son gücünü işlədib hamama girdi.
Hamamdan sonra yeməyə içməyə halı qalmamışdı. Özünü yatağa atıb yatmışdı. Onu oyadan isə telefon zəngiydi.
Başı hərlənə hərlənə telefonu açıb qulağına tutdu.
"Alooouuu..." Sonlara doğru əsnəmişdi.
Daniel güldü, "Noldu, yorulmusan ürəyim?"
Nazlı sevgilisinin onu görmədiyini bilə bilə gözlərini süzdürdü.
"Daniel, bəlkə bu işdən əl çəkək?"
Daniel dikəldi, "Yoox, niyə ki?"
Nazlı üzünü gözünü ovuşdurdu, "Çünki mən durmadan ev təmizləyirəm. Yoruldum axı nə qədər olar? Anam deyir ki, səhər azanda durarsan evləri bir də başdan sona silərsən."
Daniel indi nə doyunca gülərdi,gəl gör ki, ağrıları hələ vardı. Üzünün gözünün də düzəlməsi bir həftə çəkərdi.
"Nə düşmüsən bu qədər evin üstünə? Onsuz bizimkilər gəlib uzağı bir saat oturacaq da. Məncə maman məsələni şişirdir."
ŞİMDİ OKUDUĞUN
SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
RomanceDaniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi. " Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. " Nazlı başını sevgilisinə tərəf çevirdi. " Necə özəl?" Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üs...