Gecə 3 ün yarısı vaxtında küçədə soyuq hava vardı. Yağış yağır və ətrafı damla səsləri ilə bürüyürdü. Külək elə əsirdi ki, sanki evlərin damları yerindən çıxacaqmış kimi. Yoldan tək tük maşın şütüyən səslər gəlirdi. Gecə Asya hıçqırıqlarla oyanır. Gözünü açıb, hələ səhərin açılmadığını və bu kabusun hələ davam edəcəyini bilib yenidən yuxulamağa çalışır. Birdən canına üşümə düşür. Pəncərənin açıq qoyduğunu yadına salıb, pəncərəni örtmək üçün yerindən qalxır. Küçəyə boylanır. Bahalı maşınlara baxarkən birinin ona baxdığını görür. Cəld aşağı əyilir. Gizlincə qalxıb, baxır. Adam hələdə orda idi. Üzü tam seçilmirdi. Mahnı oxuyaraq yolun kənarından Asyagilin evinin qarşısına keçərək, məhəllənin aşağısındakı, evə girdi. Sərxoş olduğundan da nə oxuduğu da başa düşülmürdü. Məhəllənin yaşlı sakinləri həmişə ondan şikayətçi idilər. O adamı həmişə gecə görürdüm. Asyanın anasının dediyinə görə yaxşı adam deyil. Adam deyəndə cavan oğlandı. Qonşular onu bir neçə başqa qızlarla öz evinə gedən görüblər. Qonşular qışqıra qışqıra "Ayıb olsun sənə, bu məhəllədən rədd ol"kimi sözlər deyirdilər. Amma Asya onun yaxşı insan olduğuna inanırdı. Çünki, heç vaxt nə onun üzünü, nə qızları evinə aparmağı görməmişdi. Çox vaxt da içmirdi. Sakinlər boyunlarına almırlar amma o yaxşı insan idi. Asya çox fikir verməyib pəncərəni bağlayaraq, yatağına gəlir və yuxuya dalır.
.........
Səhər dünən heçnə olmamış kimi, günəş çıxmış, otağını günəşin şüaları bürümüş və anasının səsi ilə oyanır. Anası mehriban qadındı və anadı. Öz övladlarını çox sevir. Asyanın özündən balaca iki əkiz qardaşı var idi. Atası hərbçidi və onu iki ayda bir dəfə görür.
Asya anasının səsinə hay verib, mətbəxə keçir. Səhər yeməyini yeyib, universitetə getmək üçün hazırlanıb evdən çıxır. Universitet qapısından keçəndə skamya da oturan bir neçə tələbə gözünə dəyir. Dərsin başlamasına az qalmışdı. Onun fikri isə ilk dəfə gördüyü tələbələrdə idi. Yəqin ki, yeni gəliblər deyə düşünürdü. Onlara çox fikir verməyib, sinifə getmək üçün pilləkənləri çıxdı. Bir anda özüdə bilmədən ayağı burxuldu və pillələrdən aşağı düşdü. Ayağının ağrıdığını hiss eləyib, ayağını tutmuşdu ki, biri "istəyirsən sənə kömək edim?"deyib əlini uzatmışdı. Asya gözlərini ayağından çəkib o adama baxdı. Çox yaraşıqlı idi və həmdə skamyada oturan tələbələrdən biri. əlini ayağından çəkib o adama uzatdı. Yaraşıqlı idi həmdə çox. Gözləri, hə hə gözləri daha çox gözəl idi. əlini ona verib qalxdıqdan sonra oğlan əlini Asyanın belinə qoydu. Asyaya kömək edərək sinifə apardı. Zəng vurulmuşdu. Nəhayət sinif qapısına çatanda oğlan" Elgün " deyə özünü tanıtdı. Sonra bir söz demədən qapını döydü və getdi. Asya heçnə anlamamış qapını ağzında Elgünə baxa qalmışdı. Sinifə girib üzr istədikdən sonra yerinə əyləşdi. Ayağı isə hələ də ağrıyırdı. Dərs bitdiyində çantasını alıb, evə gedərkən rəfiqəsi Bahar gəldi. Ayağının burxulduğunu bilib " ehtiyyatlı ol, özünə bax, fikir ver, fikrin hardaydı?"deyə danışırdı. Asya heçnə deməyib yolunu gedirdi ki, biri arxadan qolunu tutub, dayanması üçün saxladı. Bahar təəccüblənmiş kimi baxan zaman Asya "Nə olub?"deyə soruşdu.
Elgün"Adını demədin."
Asya"Asya"
Elgün"şad oldum. Sən neçənci kursda oxuyursan?"
Asya"Elgün, bu gün mənə köməklik elədin. Çox saol. Amma bunların soruşmağının nə mənası var?"
Elgün"Yo elə belə"
Asya"Yaxşı onda. Hələlik" Elgünə bir söz deməyə icazə vermədən yoluna davam etdi. Sonra
Bahar"Asya, dəlisən?"
Asya"Niyə olmalıyam ki?"
Bahar"Yo yo sən axmaqsan"
Asya"Deyəsən sən dəli olmusan"
Bahar"Onu tanıyırsan?"
Asya"O oğlanı deyirsən? Bayaqki?"
Bahar"Hə, ondan başqa kim var ki?"
Asya"Sual vermə de nə demək istəyirsən."
Bahar"Asya o bizim universitetin ən yaraşıqlı oğlanıdı və bütün qızlar ona xəstədi. Bu vaxta kimi onu heç bir qızla səninlə olduğu yaxınlıq qədər yaxın görməmişəm."
Asya"Nə olsun ki?"
Bahar"Deyirəm, ancaq bir qrup oğlanlarla gəzir. Yaraşıqlı olmasına baxmayaraq heç bir qız olmur yanında."
Asya"Bahar, bu xarici film deyil baxasan. Özünə gəl. Nə olsun ki, yaraşıqlıdı. Olmur olmasında."
Bahar"Nə vaxt bu qədər hissiyatsız oldun?"
Asya"Gözəlim, istəyirsən yadına salım?"
Bahar"Bağışla Asya, bir də deməyəcəm."
Asya fikirli fikirli evlərinə getməyə davam etdi. Bahar evlərinə getmək üçün məhəlləni dönəndən sonra Elgünü düşünməyə başladı. "Demək heç bir qız olmur yanında. Amma həqiqətən yaraşıqlıdır. Niyə elə olsun ki? Yoxsa onunda mı, unutmayacağı biri var??? Maraqlıdı. Aman nəyimə lazım? Mənim öz həyatım özümə bəs edər!"düşüncələr onu yormuşdu. Evə gəlib yenə düşünməyə başlamışdı onu. İlk dəfə görürdü. Bir az kobudluq da eləmişdi. Neçənci kursda oxuğunu deməyib, hətta sözünə qulaq asmadan yanından keçib getmişdi." Bəlkə sabah kobudluq eləmişəm deyə üzr istəyim?. Bəlkə onun da mənim kimi unutmayacağı biri vardı. Nə qədər gülməli olsa da mən uşaqlıqda xoşladığım oğlanı unutmamışam. əslində bu uşaqca fikirlərdir. Həyatda hələ kiməsə rastlamamışam. Sevirəm deyəcəyim birinə. Rastlayacağımı da düşünmürəm."
YOU ARE READING
Nəfəsim
ChickLitElgün ve Asyanın hekayesi Ümidin nefes qeder lazımlı olduğuna inanırsız? en azından yeniden yaşamağa cehd etmek üçün... Oxuyub, fikir yazmadan keçmeyin ;)) 02.06.2015.