Bir söz deyim???

162 19 6
                                    

salam əzizlərim İnşaAllah bəyənərsiz.
Keyifli oxumaqlar.

Elgündən

Elgün"Asya, özünə gəl."  Onun düşməyi gülməli gəldi. Onun dayanmadan danışmağından mənə elə gəldi ki, nəyin baş verməsindən asılı olmayaraq, məni sevir və məndən ayrılmaz. "Asya, balaca bir şey idi. Niyə özündən getdin ki?" Gülümsəmə var idi üzümdə. İçimdə sevinc. Bəzi insanlar anlamazlar bu hissin nə demək olduğunu. Yaşayanlar bilər. O qədər incə və safdı ki,, ona yenidən, hər gün yenidən aşiq oluram. Onu itirməyəcəm."Asya!"hələ də özünə gələ bilmirdi. Bir az keçdikdən sonra gözlərini açdı. "Asya, nəhayət özünə gəldin" təkrar yumdu.

Asya"Baxma mənə."

Elgün"Asya, yaxşı."

Asya"Öküz"

Elgün"Hə bilirəm. Sevirəm deməkdir."

Asya"Elə bir şey demədim."

Elgün"Sənə sözüm var demişdim."

Asya"Üzünü çevir baxma mənə."

Elgün"Bax, yenə çox danışırsan."

Asya"Yox yox, danışmıram. Danışmıram."

Elgün"Sən məni yaxşı tanımırsan" gözlərini yummuşdu."Asya, mənə bax. Aç gözlərini"

Asya"Öküz başa düşmürsən? Utanıram."

Elgün"Yaxşı, gözlərini yuma bilərsən. Amma diqqətlə qulaq as." Asya başını yellədincə danışmağa davam elədim."Mənim valideynlərim yoxdu. Ölüblər. Maşın qəzasında. Maşını mən idarə edirdim."

Asya"İndi deyəcəksən öZünü günahkar hesab edirsən."

Elgün"Günahkaram."

Asya"Nə olsun? Məndə özümü günahkar hesab edirəm."

Elgün"Hə. Amma məndə fərqlidir."

Asya"Buna görə məndən ayrılmaq istəyirdin?"

Elgün"Səbəbi başqadı."

Asya"Səbəbi nə olursa, olsun, səni sevirəm"

Elgün"Asya, əsas səbəb.."

Asya"əsas səbəb nə ola bilərki?"

Elgün"2010 cu il. Sentyabr ayının yağışlı günü 10 u idi. Ailəmlə əmimgildən Bakıya gəlirdik. Maşınımızda yalnız atam, anam və mən var idik. Gözəl gün idi. Maşını mən idarə edirdim."

Asya" 2010 "həyəcanla dedi. Nələrisə xatırlayırdı.

Elgün" Bir anda qaranlıqda heçnəyi görmədim, qarşımıza maşın çıxdı."

Asya"Bizimdə" gözlərini açdı və daha da yaxınlaşıb qulaq asırdı.

Elgün"Biz onlarla toqquşduq."

Asya"Bizdə"həyəcanla deyirdi. Onu incitdiyim üçün özümü pis hiss edirəm.

Elgün" Arxadan maşının gəldiyini bilmirdik. O maşında bizə dəydi. Üç maşın qəzası. bədbəxtlik idi. Anam mənim arxamdakı oturacaqda oturmuşdu. Başı şüşəyə dəymişdi. Gicgahından qanlar axırdı. Mənim yastığım açılmışdı. Onları görə bilirdim. Özümə gələ bilmədim. Atam da qarşı şüşədən çıxmışdı. Artıq valideynlərim həyatda deyildilər. Bunu çox düşünmədən maşından düşdüm. İki maşında da yaralılar var idi. Cəld təcili yardıma zəng vurdum. Onlar gələnə ki, yaralıları xilas etmək istədim maşından. Arxa maşına yaxınlaşdım. Gözlərimə inanmadım. İnanırsan üç qız uşağı var idi. Atanın yanına gəldim. Atası can verirdi. Ölərkən mənə bir iki söz dedi: " Qızlarımı sənə əmanət eləyirəm. Sənidə Allaha. Onlara yaxşı bax, oğul." Və canını tapşırdı. Qızlara heçnə olmamışdı. Onlar çox sürətlə gəlməmişdilər. Bizimlə toqquşan maşına yaxınlaşdım. Qarşıda əkiz qardaşlar var idi."

NəfəsimTempat cerita menjadi hidup. Temukan sekarang