Yalan deyir

208 23 5
                                    

Keyifli oxumaqlar!

Mediada Ramal Israfilov-Yalan deyir

Bahar getdikdən sonra çox düşündüm. Artıq gecə idi və mən yatmalıydım. Səhər günəşin isti şüaları ilə oyandım.  Özümü rahat buraxmaq istəsəmdə ağlımda hələ də Elgün vardı. Düşünürdüm Fatimə mənimlə mübahisə edər? Necə də olmazsa onun sevdiyi insandı və mübarizə aparmaq istəyəcək. Düüşncələrdən ayırılıb, yerimdən qalxıb, dərsə hazırlaşırdım, birdən telefonuma mesaj gəldi. Nurlan idi.
Səni necə aldatdığını gördün? Hər gün bir qızın yanına gedir? Heç soruşmusan özündən? Sevirsə, niyə demir? Bəlkə hələ də unutmayacağı biri var?

İçimdə gülümsəmə yarandı. Üzümə də yansıdı. Deyəsən Nurlanın hansı qızdan bəhs etdiyini bilirəm.

Yenidən mesaj gəldi.
Demək yadımdan çıxdı. Sən düşündüyün qız Fatimə deyil....bay baay..

Fatimə? Mən onsuzda onu düşünmürdüm. Nurlanın dediyi qız, Elgünün bacısıdı. Lalə, ya da o biri bacıları.. Belə düşündüyünə görə Elgünün bacılarının olduğunu bilmir.

Artıq universitetə gəlmişdim. İlk qapıdan keçən kimi Nurlanı axtardım. Bir qrup uşaq ilə danışdığını görsəmdə, onu çağırıb, danışmağa başladım.

Asya"Yanıldın."

Nurlan"Mən yanılmıram! Heç vaxt"

Asya"Heç vaxt?! Desəm ki, dediyin qız Elgünün bacısıdı..."

Nurlan"Ha ha ha..Laö səsli güldüm. Elgünün bacısı? Bu yalanı kim uydurdu?hə hə əlbəttə ki, özü."

Asya"Nə yalan?  Heç kim deməyib mənə!"

Nurlan"Sən bu yalana inandın hə? Üzündən görünür ki, inanmısan!" Gülürdü.

Asya"Sən yalan deyirsən. O heç bir qız ilə görüşmür. Onun sevdiyi var!"

Nurlan"Kim sən?"

Asya"Bu cür danışığınla heç vaxt yaxşı insan ola bilməzsən. Özündən razı! Uşaq vaxtı belə deyildin. Nifrət eləyirəm sənə!"

Nurlan"Mənsə yox gözəlim. Sevirəm səni!"

Asya"Bir yalanında çıxdı üzə. Bilirsən hansı? Qutuya öz istədiyin yazını qoyduğun gün!"

Nurlan"Bunlar sənin sevgindən yaranıb. O qədər sevirəm ki, başım dönür!"

Asya"Səninlə danışmağım qəbahətdi." Deyərək yanından uzaqlaşdım. Elgünü görüb ondan hər şeyi soruşmaq istəyirəm. Ondan soruşmasam heçnə həll olmayacaq.

İkinci dərsin zəngində Elgünü görmək üçün həyətə düşdüm. Skamyada oturdum. Görmədiyim üçün mesaj atdım.
Hardasan?

Elgün
Yanında

Asya"Nə vaxt gəldin?"

Elgün"İndi"  onunla danışarkən həmişə üzümə gülümsəmə gəlirdi.

Asya"Elgün"

Elgün"Hə?"

Asya"Bilirsən mən səni sevirəm?"

Elgün"Hı hı o gün demişdin."

Asya"Hə bax o gün nə olmuşdu sənə?"

Elgün"Asya, o günü, istəməzdim deyəm."

Asya"de"

Elgün"O gün ürəyimə möhkəm güc ilə elə bil nəisə vurdular."

Asya"Nə??"həyəcanla soruşdum

NəfəsimWhere stories live. Discover now