Çox inadkar

307 27 5
                                    

Medyada Elgün

Hekayə Asyanın dilindən

Dediyi sözlə hirsləndim Sübut elə nə deməkdir? O gedəndən sonra yoluma davam elədim. Yaxındakı dayanacaqda gözləməli oldum, qarşımdan sürətlə ağ maşın keçdi. Bir az uzaqda saxladı yenidən arxaya sürərək yanıma gəldi. Elgün idi. Nə edəcəkdi? əyilib maşının qapısını açdı."Gəl otur" dedi bic gülümsəmə ilə. "Marşurutu gözləyirəm" axı mənə dediyi sözə görə üzr istəməyəcək? Bir qızı ağlaymaq sonra üzr istəməmək nə deməkdir? Çox alicənab olduğundan xəbər verir? əlbəttə ki, yox.

"Gəl otur, bir də deməyəcəm" o kimdi mənə əmr verir. Demirsən demə.

"Gedə bilərsən. Oturmayacam" onun maşınına minmək istəmirəm. Həm hardan bilim ki, pis insan deyil.

"Oturmursan?əminsən?"

"Marşurut gələcək, mən də gedəcəm.əminəm." Elgün bir söz demədən sürətlə qaza basıb getdi.

Dərs çoxdan bitmişdi. Bir saat olardı gözləyirəm. Marşrut niyə gəlmədi görəsən düşünərkən telefonuma zəng gəldi. Zəng eləyən Bahar idi.

Bahar"Hardasan?"

Asya"Dayanacaqda"

Bahar"Hələ ordasan? Tez evə gəl"

Asya"Necə tez gəlim hələ marşrut gəlməyib"

Bahar"Taksiyə min."

Asya"Taksi? Yolda heç kim yoxdu axı"

Bahar"Universitetin qarşısında deyilsən?"

Asya"Bilirsən.." Bahar sözümü kəsib " Gözlə orda, gələcəm" deyib telefonu üzümə söndürdü. Səbirsizliklə Baharın gəlməyini gözlədim. 5 dəqiqədən sonra yanımda maşın dayandı. Bahar belə tez gələ bilməzdi.

Elgün"çox inadkarsan"bu dəfə həqiqətən əminəm məni güdür.

Asya"İndi maşın gələcək"

Elgün"Yollar bağlıdı. O maşının bura gəlməsini gözləsən gecə burda yatmalı olacaqsan"

Asya"Bəs sən necə gedib gəlirsən?"

Elgün"Bu yaxınlarda qalıram."

Asya"Deyirsən sizə gəlim? Yuxunda."

Elgün"Hmm elə deyirsən? əslində pis fikir deyil. İnadkarlıq eləmə gəl, kəsdirmə yol bilirəm. Ordan apara bilərəm səni" demişdiki, telefonuma zəng gəldi. Bahar idi.

Bahar" Asya yollar bağlıdı. Bilmirik necə gələk, atam deyir bir az da gözləsin." Elgün eşidib gülməyə başlamışdı. Deyəsən onunla getməli olacam. Başqa çarəm yoxdu.

Elgün"Bu gün açılmayacaq yollar."

Bahar"Yanında kim var?"

Asya"He..heç kim. Deyəsən yollar açılmayacaq bu gün."

Bahar"Asya evə gəl. Hər kimdisə gətirsin səni. Sonra nələr baş verdiyini mənə danışacaqsan. Mütləq!" Uzun danışıqdan sonra telefonu söndürüb Elgünə baxdım. Maşında oturub,məni gözləyirdi.

Asya"Yaxşı"

Elgün"Nə yaxşı?" Sanki dilimdən eşitmək istəyir.

Asya"yaxşı da apar evə məni."

Elgün"Nəhayət inadkarlığından bezdin?"

Asya"Məcbur olmasaydım minməzdim."

Hirsli şəkildə maşına oturub qapını çırpdım.

NəfəsimWhere stories live. Discover now