Önəmsəmirəm

269 27 11
                                    

Onun bildiyi qızlardan deyiləm mən. O sadəcə anlamaq istədiyini anladı. Mənə söz deməyə icazə vermədi. Axı mənim nəyimdir ki? Ona elədiyim hərəkətə görə açıqlama verməli deyiləm. Sadəcə o, Elgün, mən Asyayam. Onunla mənim aramda sadəcə tanışlıq var. Universitetdə tanıdığım tələbədir. Bu qədər. Niyə bu qədər onu düşünürəm özümdə anlamıram. Həyəcanlandığımın da səbəbini bilmirəm. Axı necə oldu çıxdı qarşıma.

O gedəndən sonra mən də sinifə geri qayıtdım. Olanlara görə özümü günahkar hiss edirdim. Elgünlə heç bir əlaqəm olmasa da yenə də məni tanıyır və pis tanımasını istəmirəm. Ona danışmaq istəyirəm. Alı da onun dostu imiş. Alıya nifrət edirəm. Dərsi dinləməyib bunları düşünürəm. Axmaq Asya!

Zəng vuruldu. Sinifdən çıxıb yuxarı mərtəbəyə onun siniflərinə çıxdım. Sinifdə yox idi. Qrup yoldaşları tənəffüs olduğundan həyəti düşdü dediyində qaça-qaça pillələri düşdüm. Həyətə gələndə skamyaların birində tək oturduğunu gördüm. Yanına yaxınlaşdım. Mənim gəldiyimi görüb, getmək üçün ayağa qalxdı. Yanımdan keçəndə əlimlə qolundan tutub saxladım. Üzümə baxmırdı. Anlamıram niyə belə edir?Onunla mən kimikki? əlimi qolundan çəkib gedərkən, Saxlayaraq dedim.

Asya" əgər bir qız söz demək üçün səni saxlayıbsa, demək onu dinləmək lazımdı" Üzünü çevirmədən dayandı.

Elgün"Səni dinləmək istəmirəm"

Asya"Dinləməsən analayacam ki, kobud birisən."

Elgün"Mən kobud deyiləm" dediyi sözlə getmək istədi. Bu dəfə qarşısına keçdim.

Asya"Mənə qulaq as"

Elgün"Elə davranırsan ki, sanki sevgiliyik." Başımı aşağı saldım. Sinifə gedəndə yanından keçərək "Kobud və inadkar"dedim. Eşitdiyi sözlə qolumu möhkəm tutub arxaya çəkdi. Qolumun ağrımasına dözməyib." Qolumu burax" bezmədən gözlərimin içinə baxırdı. Qolum isə hələ də əlində idi.

Asya"Eşitmirsən?"daha da möhkəm sıxdı. "Mən kobud deyiləm". Dedi və məndə ağrayan qoluma baxıb"hiss olunur" dedim. Çox hirsli görünürdü. Qulağıma yaxınlaşıb, yavaş səslə "Səni önəmsəmirəm" qolumu buraxıb, sürətli addımlarla pilləkənləri çıxdı.

Dərs qurtardıqdan sonra evə gəldim. Ağlıma bir söz təkrar təkrar gəlirdi. "Səni önəmsəmirəm". Qolum artıq göyərmişdi. Başa düşürəm önəmsəmir. Amma bu sözü demək üçün nə dərəcədə tanıyır ki məni? Önəmsəməsin, onsuzda məndə önəmsəmirəm deyərək anamın yanına film izləmək üçün gedib divana oturdum. Bu zaman telefonuma mesaj gəldi. Bahar idi.
Bahar: Eşitdim Alı ilə sevgili olmusan. Mənə nə vaxt demək istəyirdin.

Asya: Nə sevgili? Belə bir söhbət yoxdur.

Bahar:Atma

Asya:Bahar Haradasan?Gəl danışaq.

Bahar:Mən küsmüşəm səndən

Asya: Gəlirəm.

Mesajı sonlandırıb, anamdan Baharın yanına getmək üçün icazə aldım. Anam hər zaman icazə verirdi. Yenədə dedim. Otağıma gedib, paltarımı dəyişib, evdən çıxdım. Bahargilə gəlib nələr baş verdiyini soruşdum.

Bahar" Alını ikinci dərsdən sonra həyətdə həmişə ki uşaqlarla gördüm. Murad, Orxan, Elgün. Çox eşitmədim deyirdi səninlə sevgili olub. Eşitdiklərimə inanmadım. Elgünü də hirsli gördüm. Skamyanın başında oturmuşdu, ordan düşüb getdi. Alı, Murad nə qədər çağırdısa da dayanmadı."

Asya"Yalandı. Biz sevgili deyilik."Bir dəqiqə, Elgün ona görə mənə önəmsəmirəm dedi. Alı isə yalandan deyib. Mən onunla necə sevgili ola bilərəm. Anlamıram. Onları heç düz əməlli tanımıram.

Bahar"Asya, fikrə daldın. əminsən ki, sevgili deyilsiz?O, sənin əlindən tutub."

Asya"Mənə inanmırsan? Sevgili deyilik. İkincisidə o mənim əlimdən tutdu. Özüm də bilmədim necə oldu."

Bahar"Özündə bilmədin? Asya?"şübhəli baxışlarla baxırdı. Görünür mənə inanmır.

Asya"Bilmədim. Mənə inan. Axı sən niyə inanmırsan?"

Bahar"Sənin dediyin mənə inandırıcı gəlmir!"

Asya"Belə düşündüyünə təəssüf eləyirəm." Baharın otağından çıxmaq üçün gedərkən, çevrilib danışdım" Alını sevdiyini mənə əvvəldən desəydin, indi səndən bu qədər inciməzdim. Mənə inanmamaqda səhv edirsən"deyib iri addımlarla evimizə geri döndüm. Otağıma girib, çarpayıya uzandım. Baharı çoxdan tanıyırdım. O mənim uşaqlıq rəfiqəm idi. İkimizdə eyni universitetə qəbul olduğumuza görə çox sevinmişdim. Lakin indi bir oğlana görə mübahisə edəcəyimizi ağlıma gətirə bilməzdim. Göz yaşlarım axmağa başladı. Ağlamaq istəmirəm. Ağlamağa nifrət edirəm. Saatın tez olmasına baxmayaraq yorğanımı üstümə çəkib yuxuya daldım.

Səhər günəş şüalarının gözümə düşməsi ilə oyandım. Gecə yarısı bir qışqırıq səsi eşitmişdim. O heç üzünü görmədiyim oğlan idi. Çox zaman belə səslər eşidirdi bütün məhəllə sakinləri. Narahat olsaq da artıq öyrəşmişdik. Bu səs daha qorxulu gəlmişdi. Yerimdən qalxıb, səhər yeməyimi də yeyib, hazırlanaraq dərsə getdim. Bu gün Alı dediyi sözə görə cavab verməlidir mənə.

Universitetə gəlib dərsdən sonra tənəffüsə çıxıb, Alını axtarmağa başladım. Bu gün Bahar gəlməmişdi. Dediyim sözə görə bir az peşman olsam da düz anladığıma yüz faiz əminəm. Həyətdə tapa bilməyib sinifə çıxdım. Həmişə ki, qrup oturmuşdu. Gözümə biri dəymirdi. Elgün. Oğlanlardan biri Orxan məni görüb"Alı, gəlinbacı gəldi"dediyi sözlə dayandım. Alı yaxınlaşıb"salam" dedi.

Asya"Səni tanımıram. Dediyin sözə görə peşmanlıq çəkmirsən?"

Alı"Nə demişəm?"

Asya"Xahiş eləyirəm məndən uzaq dur. Get dostlarına de ki, səninlə sevgili deyiləm"

Alı"Dostlarıma? Yoxsa Elgünə?"

Asya"Nə danışdığını bilmirsən. Elgünün bu söhbətə nə aidiyyatı var. Sadəcə mənimlə bağlı istəmədiyim insanla sevgili olmağımı deməyə haqqın çatmır."

Alı"Sevgili deyilik, yAxşı. Amma ola bilərik."

Asya"Bunu ağlına da gətirmə"deyib sinifdən çıxdım. Qarşıma Elgün çıxdı. Ürəyim birdən möhkəm döyünməyə başladı. Üzümə baxmadı. Ümumiyyətlə heç üzümə baxmırdı. Danışanda belə.

Elgün"Bundan sonra bu tərəflərdə tez tez görərik səni hə?"

Asya"Alı ilə sevgili deyilik. Yalandan deyib."

Elgün"Necə istəyirsən, mənim üçün problem deyil. Kimlə istəyirsən sevgili ola bilərsən."

Asya"Mənə inanmırsan"

Elgün"Elədi" Bahar da inanmır. Halbuki, ona heç yalan danışmamışam. Elgün də inanmadı. Yenidən davam elədi. "Mən inanmışdım sənin fərqli olduğuna"alnını qaşıdı."Yanılmışam. Sən də hamı kimisən"

Asya"Peşman olacağın sözləri deməyə çalışma. Sən məni tanımırsan. Bilmirsən mən nələr çəkirəm."

Elgün" bilmirəm?bilmirəm?" Təəccübmü, yoxsa, şokmu keçirirəm.

Asya"Nə demək istəyirsən? Yoxsa bilirsən? De. Utanma, çəkinmə də. De?" Başını aşağı saldı. Bilmirəm demədən getdi...

Elgünün bu cür rəftarı sizə qəribə gəlmir?
Bəs həmişə səsini, haqqında eşidib üzünü görmədiyi oğlan barəsində nə düşünürsüz?

Verilən oylar yeni bölüm yazmağa daha da həvəsləndirir məni. Oxuyanlara, oy, yorum verənlərə təşəkkürümü bildirirəm.
Bu ay həqiqətən də mənim üçün çətin keçir. Ailəmdən uzaqdayam və onlar üçün çox darıxıram. Ona görə fikrimi hekayə yə verirəm.

Hekayə haqqında iradlarınızı oxuya bilərəm. Yazmaqda çəkinməyin!

NəfəsimWhere stories live. Discover now