Keyifli oxumalar!...
Düşüncələrlə evə gəldim. Otağıma gəlib, Tuqu ilə oynamağa başladım. Sonra anam günorta yeməyinə çağırdı. Ailəliklə yemək yeməyə oturduq. Divarda qardaşlarımın şəkillərini vurmuşduq. Onlara baxaraq yeməyimi yeyirdim. Onlar üçün darıxmışam. Artıq neçə vaxtdır ki, qorxulu yuxular görüb, oyanmıram. Bu arada atam söhbət eləməyə başlamışdı. Mən yeməyimi bitirib, otağıma keçəndə qapımızın zəngi basıldı. Anam qapıya qaçdı. "Nə olub? Yaxşı yaxşı gəlirəm" kimi sözlər işlətdi və tez ayaqqabılarını geyinib, çıxdı. Yəqin kiməsə nəisə olub düşünüb, dərslərimlə məşğul olmağa çalışdım. Amma hələdə ağlımda O oğlanın kim olduğu gəzirdi. Bir az dərs elədikdən sonra Baharla şopinqə çıxdıq. Bahar bu gün çox sevincli idi.
Asya"Nə xəbər?"
Bahar"Məndə əladı hər şey. Səndə?"
Asya"Bahar, sənə deməli sözlərim var" Bir tərəfdə oturduq. Ona danışmaq istəyirəm. "Nurlan mənə heç də yaxşı olmayan şeylər dedi"Bahar təəccüblənmiş soruşdu" Necə yəni?"
Asya"Sənə danışdığım oğlan var idi ha. Məhləmizdəki. Yalnız gecələr görürdüm. Deyir onun kim olduğuna bax. Onu tanımağım vacib imiş dediyinə görə"
Bahar" Niyə vacibdi görəsən?"
Asya"Bilmirəm. Həmdə dedi bundan sonra Elgünə nifrət edəcəm."
Bahar"Elgünlə nə aidiyyatı var?"
Asya"Mən də elə onu soruşdum. Heçnə demədi. Bahar,,,,nolar mənə ""ağıl""ver, bilmirəm necə eləyim."
Bahar"Gecə baxarıq kimdisə. Baxarıq deyəndə,, baxarsan."
Asya"aa Bahar, sən də gəl. Tək istəmirəm"təkliyə görə yox, neçə vaxtdır onunla düz əməlli danışmırdım. Desəm ki, söhbətə,, gəlmək istəməz. Deyəcək yenə söhbət? Bəhanə yəni. Hahaha..onu çox istəyirəm.
Bahar"Amma bax, keçmiş xatirələrdən danışmayacağıq."
Asya"Hm hm söz" gülümsədik. Onunla uşaqlıqdan maraqlı hadisələrimiz olub. Bu gün mütləq onları ya da salacam. Onu qoluma keçirib, evə gəldik. Evə gələndə anamın tək oturduğunu gördüm. Yanına gedib, günorta kimin gəldiyini, nə baş verdiyini soruşdum. Anam isə qorxulu bir şey olmadığını dedi. Ürəyim rahatladıqdan sonra Baharla otağıma keçib oturduq. Gecəyə az qalmışdı. Baharı otağımda tək qoyub, çay gətirməyə getdim. Mətbəxdən çıxarkən yadıma Nurlan düşdü. əstəğfurullah deyib, otağıma qayıdırdım. Pəncərədən keçərkən, açıq pəncərədən o oğlanı, adını bilmədiyim oğlanı gördüm. Sinini ( padnosu ) əlimdən stola qoyaraq Baharı çağırdım. Bahar qaça-qaça gəldi. Pəncərədən baxdım. İlk dəfə ona dəqiqliklə baxdım. Gecə deyildi. Amma hava qaranlıqlaşmışdı. Atam ilə anam televizora baxdıqlarına görə bizi ona baxan görmədilər. Asta-asta qapını açıb, küçəyə onu daha yaxşı görməyə çıxdıq. Bahar da yanımda idi. Gizlincə ona baxırdım. Ağlayırdı elə bil. əlini gözlərinin üstünə tutub, başını aşağı salmışdı. Üzünü görmək çətin idi. Anidən hey deyə səsləndim. Eşitmədi. Anam bizim aşağı düşməyimizi görüb, yanımıza gəldi. Heçnə olmayıb deyərək otağıma çıxdıq. Artıq yuxum gəlirdi. Amma heç yatmaq fikrində deyildim. Baharla yadımdan çıxartdığım çaylarımızı dəyişdirib, çay içdikdən sonra o Tuqu( tutuquşu) ilə oynayıb, yatağa girdik.
Asya"Nurlan yadındadı?"
Bahar"Nə Nurlan?"
Asya"Balaca olanda ürəyim gedirdi. Onun amma məndən zəhləsi gedirdi."
Bahar"Hə o? Heç yadımda deyildi."
Asya"Hər gün gördüyün insan necə yadında olmaya bilər?"
ESTÁS LEYENDO
Nəfəsim
Chick-LitElgün ve Asyanın hekayesi Ümidin nefes qeder lazımlı olduğuna inanırsız? en azından yeniden yaşamağa cehd etmek üçün... Oxuyub, fikir yazmadan keçmeyin ;)) 02.06.2015.