Media Asya-Bahar
Zaman keçmişdi ondan ayrıldığımızdan. Evdə oturub elə heyy onu düşünürdüm. Onu tanımaq istəyirəmsə bəs nə eləməliyəm. Təqib! Hahay qəşəng fikirdi. Necə də olmazsa, onun məni sevdiyinə əmin olmalıyam. Amma mənə kömək lazımdı. Ağlımda Bahar var. Onu zəng eləyib çağırmaq,əla fikirdir.
Onbeş dəqiqədən sonra Bahar gəldi.
Asya"Necə eləyək? Ağlıma heçnə gəlmir."
Bahar" evinə girək."
Asya"Necə, qapısı bağlı olar."
Bahar"Axmaq Asyam, demirsən təqib, kimin yanına gedərsə, bəlkə dediyin o qız mm nə idi adı?.."
Asya"Fatimə bajı" ləhçəmi dəyişdim deyə güldü.
Bahar"Hə hə Fatimə bacıgilə gedir bəlkə. Ora getsə, Elgün çıxan kimi onun yanına gedib öyrənərik hər şeyi yox, çox şeyi."
Asya"Yaxşı fikirdi amma o bu vaxtlar olmur buralarda."
Bahar"Mənim gözəl fikrim var"
Asya"Aha.."
Bu gün neçə vaxtı getmədiyim yerə getmək istəyirəm, məni apararsan?
Bahar"Mesaj getdi"
Asya"Nə yazdın?" Mən mesajı görüb, mal mal baxarkən,,,
Bahar"Dur nə oturmusan. Çıxaq evdən."
Asya"Niyə?"
Bahar"Sən mənə qulaq as!" Oldu deyib, evdən çıxdıq. Anama gec gəlmərik deyə çıxmışdım. Atam isə ağıllı qızım deyib məni səmalara çıxarmışdı. Bahar ilə məhəllədə görünmədiyimiz yerdə gizləndik. Çox insan burda olduğumuzu bilməzdi yəni. Deyəsən təqib başlamışdı. Uzaqdan maşının gəldiyini eşidib, bir azda gizləndik. Təəssüf gələn o deyildi. Bir neçə maşını belə yola verdikdən sonra Elgün gəlib çıxa bilmişdi. Qapının qarşsında olanda telefonuma zəng gəldi. Bahar əlimdən yüngülcə qoparılan telefonun səsini səssizə aldı. Telefon çaldıqca, mən ona baxırdım. Çarəsizcə zəngi sonlandırıb, gözləməyə başladı. Bahar isə "Tez ona bəhanə uydur, tez"
Asya"Axı Bahar, nə uydurum?"
Bahar"Yaz ki, atam kefsiz olduğumu görüb, məni bibimgilə apardı. Ona heçnə deyə bilmədim. Bağışla" yazaraq Elgünə göndərdim. Zaman keçmədi, o telefonuna baxaraq məyus halda telefonunu cibinə qoydu. Maşına minərək getdi. Bahar isə qolumdan tutub, taksiyə mindirdi. Sürücüdən onu ondan xəbərsiz təqib etməyi
xahiş elədikdə, bir söz demədən apardı. Elgünün gəldiyi yer tələbə evi idi. Üstündəki yazıdan bəlli olurdu. Amma niyə bura gəlsin? Taksidən düşüb, bir yerdə gizləndik. Qapını açıq qoydu. Bizim girməyimiz asan olacaq. Elgün həyətə girəndən az keçmiş Bahar ilə birlikdə girdik. Həyət çox gözəl idi. Hər tərəfdə qızılgüllər var idi. Demək olar ki, evə bu çiçəklərin arası ilə gedirdik.
Asya"Qorxuram. Birdən bizi görsə"
Bahar"Kimdi bizi görən. O çoxdan içəri girdi." Demişdi ki,
"Heeyy, siz kimsiz?"
Asya"Bibizz" bircə burdan çıxsam, həyat var deyəcəm!!!
Bahar"Bəs sən kimsən balaca qız?"
"Birinci mən soruşdum." Bizdən səs çıxmayınca" Sən fındıq, sən danış!" Məni göstərirdi.
Asya"Mənim adım Asyadı. Sən kimsən?"
YOU ARE READING
Nəfəsim
ChickLitElgün ve Asyanın hekayesi Ümidin nefes qeder lazımlı olduğuna inanırsız? en azından yeniden yaşamağa cehd etmek üçün... Oxuyub, fikir yazmadan keçmeyin ;)) 02.06.2015.