Qutunu kim gətirə bilər deyə çox düşündüm. Ağlıma heç kim gəlmədi. Otağıma qoyub, dərsə getmək üçün hazırlaşdım. Anamla sağollaşıb, universitetə gəldim. Bahar ilə Muradı birlikdə koridorda danışarkən gördüm. Çox sevincli idilər. Beynimdə yalnız qutu idi. Kim gətirə bilər? Bunu Bahara demək istəyirəm. əgər dinləsə. əminəm bu dəqiqə başı Murada qarışıb. Deməsəm daha yaxşı olar. Dərs başlamamış sinifə getdim. Rəna yanıma gəldi. Görəsən indi nə bəhanə ilə gəlib.
Rəna"Sən Elgünü sevirsən?"
Asya"Elgün?bu hardan çıxdı."
Rəna"Neçə vaxtı sizdən danışırlar. Demək istəyirəm ki, sevmirsənsə çəkil aradan." Bu nə deməkdi çəkil aradan. Döyüş filmi çəkirik deyəsən. Ya da qızların saç yondusu filmi.
Asya"Mən onsuzda onu sevmirəm. Get istəyirsən, sev. İstəyirsən eşq elan elə. Özün bilərsən."
Rəna"Sən çox yaxşı qızsan. Çox sağol. Elə bildim eşitdiklərim həqiqidir."
Asya"Hansı eşitdiklərin?"
Rəna"Eşitmişdim sevgilisiz"
Asya"Allah göstərməsin."sözümü deyən kimi müəllim içəri girdi. Zəngin vurulmağını eşitməmişdim.
Axırıncı dərsin sonunda zəng vuruldu, hamı sinifdən çıxdı. Mən də çantamı götürüb, çıxacaqdım ki, Rəna ağlayaraq sinifə geri qayıtdı. Dərsin əvvəlində müəllimdən icazə alıb, bayıra çıxmışdı.
Asya"Rəna, nə olub?"təlaşla soruşdum. Sinifdə ikimiz idik.
Rəna"Heyvan!" Ağlayaraq nə dediyini bilmirdi."Kobud, vəhşi, odun" Rənanın dayanmayacağını görüb, danışdım.
Asya"Kimdi o, heyvan?kim nə deyib sənə? Tez cavab ver, gedib payını verim."
Rəna"Asya"deyib,yanıma gəlib, möhkəm qucaqladı. Sonra davam edərək"Mən onu çox sevirəm. O sevmir. Mənə bilirsən nə dedi?"soruşdu.
Asya"Nə?"
Rəna"Get dedi, özünə fikir ver dedi, mənə yaraşmırsan dedi, mənim sevgilim olsan, biabr olaram dedi, bütün universitetdə dedii" Ağlayaraq dedilərinin sayını da artırmışdı.
Asya"Kimdi o özünü bəyənmiş?"
Rəna"Kim olacaq, kobud Elgün." Rəna hələ də mənim qucaqlamışdı. Adı eşidən kimi özümdən ayırıb, üzünə baxdım. Gözləri artıq şişmişdi.
Asya"Harda idi kobud?"
Rəna"Həyətdə"
Asya"Gedək" Rənanın qolundan tutub, mənimlə gəlməsi üçün həyətə qədər apardım. Elgün bəy dostları ilə qapıdan çıxırdılar. Qaça qaça yanlarına çatıb. Elgünün qarşısında durdum. Üzümə baxmadı.
Asya"Utanmırsan?"
Elgün"Nədən?"
Asya" Bir qızın qəlbinə dəymək nə deməkdir bilirsən?"
Elgün"Asya, fədakarlıq eləmə, get işinə gücünə."
Asya"Sən nə qədər kobudsan. Dediyin sözə görə üzr istə." Qışqıraraq danışırdım və tələbələrin çoxu bizə baxırdılar.
Elgün" Üzr istəsəm, yavaş danışacaqsan?"
Murad"Hə hə hətta gedəcəkdə"Murad yerimə cavab versədə, heçnə demədim.
Elgün"Rəna, xahiş eləyirəm bağışla. Amma mənimlə sən, heç vaxt sevgili ola bilmərik. Təəssüf."
Bravo Elgün də üzr istəyərmiş. Məndən üzr istəmədi. Rənadan üzr istədi. Haqsızlıq.
ESTÁS LEYENDO
Nəfəsim
Chick-LitElgün ve Asyanın hekayesi Ümidin nefes qeder lazımlı olduğuna inanırsız? en azından yeniden yaşamağa cehd etmek üçün... Oxuyub, fikir yazmadan keçmeyin ;)) 02.06.2015.