Mənsiz xoşbəxt ola bilməz!

168 18 3
                                    

Salamlar! Keyifli oxumaqlar
Mediada Murad-Bahar

Elgündən

Nurlanın dediyi yerə getdim. Qarşımda Asyanın atasını və Nurlanı gördüm. Ona mənim kim olduğumu deyib, bizi ayırmaq istəyirdi.

Nurlan"Gəl, xoş gəldin."

Elgün"Nə istəyirsən?"

Nurlan"Hələ də anlamamısan?"

Elgün"Nə eləmisən ona belə?"halsız başını aşağı salmışdı.

Nurlan"Sadəcə bura gətirəndə başına vurdum, o vaxtdan belədi."

Elgün"Axmaq. Sən bizi ayıra bilməyəcəksən"

Nurlan məni dinləmədən harasa getdi. Qayıdanda isə əlində vedrə içində su var idi. Cəmil dayının üstünə suyu atıb, onu ayıltmağa çalışdı. Bir az keçdikdən sonra Cəmil dayı ayıldı. Halsız-halsız durarkən məni görüb təəccübləndi. Ona danışmağa başlamamışdan qabaq Nurlan danışdı.

Nurlan"Cəmil dayı, bu oğlan sizin qızınızın sevgilisidir. Onlar bir-birilərini elə çox sevirlər ki, onlara paxıllığım gəlir. Amma bu oğlanı siz uaxşı tanımırsız. əslində bilirsiz mən sizin qızınızı sevirəm. Mən yaxşı insanam."

Elgün"Nə boş-boş danışırsan?"

Nurlan"Sakit ol. Mən vəziyyəti danışıram."

Cəmil"Kimdi bu oğlan?" Halsız danışırdı.

Nurlan"əkiz uşaqlarınızın qatili"

Elgün"Cəmil dayı, mən sizə hər şeyi başa salaram. Yetər ki, ona inanmayın!"

Cəmil"Öncə qollarımı açın"

Nurlan"Oh bağışlayın, mən eləmişəm. Dedim qulaq asmazsız mənə." Cəmil dayının üzündə hirs açıq görünürdü.

Nurlan dayının qollarını açıb, rahat oturmağı üçün kömək elədi. Dayı bir az özünü toplayıb, danışdı.

Cəmil"Nə olduğunu düz əməlli deyin."

Nurlan"İndi hər şeyi danışsam, uzun olacaq. Ona görə qısa dedim.  Bu oğlan uşaqlarınızın qatilidi."

Elgün"Valideynlərin niyə səndən imtina elədilər, Nurlan?"

Nurlan"Əsas söhbətimiz bu deyil."

Elgün"Şad xəbər verim, onlar ölüblər"

Nurlan"Nə?"

Elgün"Ölməyiblər, amma, bir az geciksən yanğından sonra küllərini çıxarmalı olacaqsan. Belə baxanda ölmüş olacaqlar."

Nurlan"Sən nə danışırsan? Nə eləmisən onlara?"

Elgün"Hə bir də onlardan, niyə imtina olduğunu öyrənə bilməyəcəksən. Vaxt gedir... Get"

Nurlan dönüb üzümə baxmadan, qaçdığı kimi də uzaqlaşdı. Nurlanın psixoloji problemləri var idi. Mən də onun valideynlərinin sağ olduğunu düşünsəm də araşdıqdan sonra öyrəndim ki, onlar illər əvvəl Nurlanı uşaqlar evinə verib, özləri şəhəri tərk ediblər. Sonra isə qayıtmaq istəyiblər. Arzuları ürəklərində qalıb, gələ bilməyiblər. Başlarına işlər açıblar, həbsxanaya düşüblər və dözməyib, intihar ediblər. Nurlan sonralar bu haqda bilsə də onların hələ də yaşadıqlarını düşünür və onlardan nəyə görə övladlıqdan rədd olduğunu öyrənmək istəyir. Nurlanın zəif damarı, valideynləri və yalnızlığıdı.

Evini yandıracağım düşüncəsi ilə bir də ümid edirəm qayıtmayacaq. Çünki, onu sağaltmaq üçün dəlixana deməzdim, xəstəxanaya aparacaqlar.

Fikrimi Nurlandan ayırıb, Cəmil dayıya yönəltdim. Hirsli baxışlarla baxırdı. Nə baş verdiyini anlamamışdı. Onunla danışmaq mənim üçün çətin ola bilər. Lakin danışmağa başladım.

Elgün"Dayı mən sizin qızınızı sevirəm." Heçnə demirdi. "Bütün baş verənlər Nurlanın Asya ilə məni ayırma planları idi. Sizə həqiqətləri demək istəyirəm. Mən sadəcə gecə ailəmlə Bakıya gələn insanam. O insan ki, bir neçə insanın həyatını qaraltmışam. Bunu bilərəkdən heç vaxt eləməzdim. Həyat bunları qarşıma çıxardı. Mən də valideynlərimi itirdim. Valideynsiz 5 ildi. Yol qəzası idi. Əkiz uşaqlarınızla birlikdə toqquşduq. Ardını siz bilirsiz."

Cəmil"Sən. Sən nə haqla qızımı sevməyə cürət eləmisən?! Heyy mən burdan qalxıb, gedəcəm və bir də ailəmə yaxınlaşmayacaqsan!"

Elgün"Cəmil dayı, mən onu sevirəm"

Cəmil"Məni maraqlandırmır!!!" Həyatımın sonu. Görəsən özümü intihar edim?

Elgün"Mən axı sizə danışdım. Bilə-bilə olmayıb."

Cəmil"Elgün, qızımla bir daha qarşılaşma. Uzaqlaş ondan. Uzaqlaş."

Elgün"Uzaqlaşa bilmərəm."

Cəmil"Onun yaxşılığı üçün."

Elgün"O, mənsiz xoşbəxt ola bilməz!"

Cəmil"Əmin olma."deyərək yavaş addımlarla getdi. Ona nə deyə bilərdim ki? Asyadan uzaqlaşmaq? Bu olmayacaq.

Bahardan

Mirlan getdikdən sonra atamın yanına getmişdim. Muradla danışma desə də, ona mesaj ataraq "Səni sevirəm" yazmışdım. Bir daha əmin olmuşdum ki, həqiqi sevir. Atamın ani qərarları həmişə qəribə gəlib mənə. Bir gün Muradı çağırdı ki, onunla tək söhbətim var. Murad gələndən sonra onlar danışmağa başladılar. Murad otaqdan gülə-gülə çıxanda mən də ona qarşı gülümsədim. O, dedi.

Murad"Bahar, səni sevirəm."

Bahar"Bilirəm."

Murad"Atanı da."

Bahar"Özündəsən?"

Murad"Mirlan söhbəti yalan imiş, bizi sınayırmış. Daha doğrusu məni. Və mən qalib gəldim. Sevdiyimi heç kimə vermədim."

Bahar"Nə? Doğurdan? Əla"

Murad"Bundan sonra rahat görüşə biləcəyik."

Atam otaqdan çıxarkən, bizim sevindiyimizi görüb, gülümsədi. əlini Muradın çiyninə qoyaraq dedi:"Sənə inanıram, bilirəm ki, qızım xoşbəxt olacaq səninlə. Gözüm arxada qalmayacaq." Sözlərinə sevinmişdim. Hər bir ata qızının xoşbəxtliyini istəyər...

Gələn bölümdə görüşənədək. Bəyənən oy, yorum ;)))

NəfəsimWhere stories live. Discover now