O hardadı?

200 24 5
                                    

Gəzintidən sonra üç gün Elgünü görmədim. Bir az darıxmışdım. O günlər ərzində yanımda Nurlan olurdu. Ona əhəmiyyət verməsəmdə, yanımda olurdu həmişə. Elgünü bütün qrup yoldaşlarından, onu tanıyanlardan soruşmuşdum. Heç kim bilmirdi. Birdən birə hara gedə bilərdi. Dərsə gəlmək istəmirdim. Maraqsız olmuşdu. Onu görməyəndə darıxıram sanki. Bu gün də həmişə ki kimi hazırlaşıb, dərsə getdim. Universitetin həyətinə girən kimi, Nurlan gəldi.

Nurlan"Necəsən"

Asya"Pis"

Nurlan"Dərsdən sonra kafeyə gedərik?"

Asya"Kefim yoxdu. Olsa da gəlmək istəmirəm."

Nurlan"Xətrimə dəyirsən"

Asya"Dərs başlayıb, dərsə çatmalıyam." Deyib, sürətlə ondan uzaqlaşdım. Ürəyimdə qorxu var idi. Dərs boyu Elgün yadımdan çıxmadı. Bu gün də Elgün dərsə gəlməyib. Görəsən niyə?

Bahar"Asya, nə düşünürsən?"

Asya"Elgünü"

Bahar"ooo aşiq olmusan ona?"

Asya"Hə. Olmuşam və onun üçün darıxıram."

Bahar"Belə də bilirdim. Eşq vurub başına deyəsən. Darıxmaq zad. Nə tez baş verdi bunlar hə???"

Asya"Baş verib, sən onu keç. Elgün niyə gəlmir neçə gündü."

Bahar" O da səni sevir? Sevgisini etiraf elədi?"

Asya" Off Bahar, mən nə hayda, sən nə hayda" Bahar ürəyimin sıxılmasını görüb, həyətə düşmək üçün dilə tutdu. İkimizdə həyətə düşdük. Tələbələr arasında Elgünü axtardım amma təəssüf! Zəng vuruldu, biz dərsə girdik. Axırıncı dərsdən sonra evə getdim. Bu gün cansıxıcı olmuşdu. Həmdə onu sevdiyimi etiraf elədim. Onu sevirəm hə. Sevirəm. Onunla mənə mahnılar qoşacam. Mahnılar oxuyacam. Bəlkə o məni sevmədi?! Mən onu sevərəm. Bəlkə heç mənim haqqımda eşitmək istəmədi?! Eybi yox mən daim onu öyrənməyə çalışacam.( tanımaq barədə). Birdən üzümü görmək istəmədi?! Yoox bunları düşünmək istəmirəm. Dşünürdüm ki, qapı döyüldü. Atam ilə anam bir neçə günlüyə evdə olmayacaqdılar. Qohum ziyarətinə getmişdilər. Evdə tək qalmışdım. Qapını açdım. Heç kim yox idi. Yəqin səs gəlib qulağıma deyib, qapını örtəcəkdim, yerdə qutu gördüm. Üstündə adım yazılmışdı. Bir gün bu insanı tapmalıyam deyə düşündüm. Açdım. İçində vərəq vardı, vərəqdə yazılmışdı: Maraqlı gəlmir bu insan kimdi deyə?

Bu dəfə xətt başqa idi. Qapını bağlamaq istədiyim anda, qapının arasına kimsə ayağını qoydu. Adama baxdım. Nurlan. Axmaq mənə üç gün bundan qabaq sevgisini etiraf etmişdi. Mən isə onu sevmədiyimi desəmdə anlamadı.

Asya"Nurlan, kefim yoxdu."

Nurlan"Oxudun yazdığımı?"

Asya"Hər dəfə bunu gətirən sən idin?"

Nurlan"Həmişə gətirdiyimə görə, deməli indi də mən idim."

Asya"Sözünü açıq açıq dedin, daha nə mənası var, qutunu gətirməyinin?" Qapının bayır tərəfində Nurlan dayanmışdı. Mən isə içəridən onunla danışırdım. O gözümdən düşüb. Mənə sevgisini etiraf etməyi də qəribə idi. Elə bil kimsə məcbur edirdi. Saf, təmiz hisslərlə deyildi sanki.

Nurlan"İçəri gəlmək olar?"

Asya"Bağışla evdə heç kim yoxdu."

Nurlan" Eybi yox" deyib, içəri soxuldu.

Asya"Evdə heç kim yoxdu dedim!"axmaq hərəkəti məni əsəbləşdirmişdi.

Nurlan"Məndə dedim ki, eybi yoxdu." Divanda əyləşdi. əlini yumrulayıb divanın qoluna vururdu. Hirsli kimi görünürdü. Üzünü mənə çevirib" İçməyə bir çay təklif etməyəcəksən?" Çaşıb qalmışdım. Bir müddət gözlərini məndən çevirdi. Onun üçün çay gətirməyə mətbəxə getdim. Çay süzərkən o da mətbəxə gəldi. Qorxmağa başladım. Çünki qorxu filminin içindəyəm elə bil. Bahara zəng vurmaq istədim. Amma telefonum yataq otağımda idi. Hirsli hirsli nəfəsini güclə alıb verirdi. Çayı süzüb stolun üstünə aparmaq üçün gedərkən o da ardımca gəldi. stəkanı qoyandan sonra qolumdan tutdu və özünə yaxınlaşdırdı. Nəfəs ala bilmirdim. Unutmuşdum. Qorxurdum . "Sənə deyəcək sözlərim var" dedi. Nə baş verdiyini anlamadım.

NəfəsimTempat cerita menjadi hidup. Temukan sekarang